среда, 30 июня 2010 г.

Azyaşlı qızların intihar səbəbləri

8-9 yaşlı qız həyatdan niyə bezir, özünü asmaq üçün ipin ilgəyini necə düzəldir, özünü asmaq texnologiyasını kimdən öyrənir...

Uşaqlar öz oyuncaqları ilə oynayanda, həyətdə, bağçada, məktəbdə yaşıdları ilə əylənəndə daha gözəl olur. Bu, kənardan baxan bütün normal insanlara xoş təsir bağışlayır. Uşaqlar dünyaya bəxtəvər olmaq, valideynlərinin həyatanı daha da mənalı etmək üçün gəlir, günlərin birində boynuna əcəl kəndiri salıb intihar eləməkdən ötrü gəlmir. İntihar sözü uşaqlara heç yaraşmır da.
Axı oyuncaqları arasında "intihar" adı olanı yoxdur. Özünə qəsd edən uşaqların heç birinin dostları sırasında "intihar" adlısı da ola bilməz. Çünki valideyn heç vədə uşağına bu adı verməz.
5-6 ildir ki, uşaqların intihar etməsi kütləvi xarakter alıb. Səhər eşidirsən ki, hansısa bir rayonda, şəhərdə 7, 8, 9, 10 yaşlı bir uşaq özünü yaşadığı evdə asıb. Azyaşlı boynuna kəndir salaraq özünə qəsd edib. Statistikaya nəzər salsaq görərik ki, intihara əl atan azyaşlılar arasında qızlar üstünlük təşkil edir. Bu günlərdə cənub bölgəsində 9 yaşlı bir qızın intihar etməsi barədə yayılan informasiya insanı hansı səbəbdən azyaşlı qızların intihara meyl göstərməsi haqda düşünməyə vadar edir.
Qeyd edək ki, sonradan həyatını itirən qızın qəsdən intihar etməməsi barədə məlumat yayıldı. Məlumatda bildirilirdi ki, o, bacısı ilə oynayan zaman kəndirdən ilgək düzəldib, ilgəyi boynuna keçirdikdən sonra ondan xilas olmaq istəyən qızcığaz canını əcəldən qurtara bilməyib. Yəni adi bir oyun, macəraçılıq, təsadüf uşağın ölümünə səbəb olub...
Sosioloqlar hesab edir ki, problemi çox olan cəmiyyətlərdə müxtəlif yaş qrupları arasında intihar hallarının yayılması təəccüblü deyil. Razıyıq. Böyüklər sosial problemlər, işsizlik, həyat yoldaşı ilə anlaşa, yeniyetmə və gənclər özlərini lazımi şəkildə ifadə edə, sevgisinə qarşılıq ala bilməməsi və s. səbəbindən boynuna kəndir keçirə bilər. Belələri dərman içmək və venasını kəsmək yolu ilə də həyatına son qoyur. Qızlara gəlincə, onlar da istəmədikləri şəxsə ərə getməmək, evdə valideynlərindən gördüyü mənfi münasibətə etiraz əlaməti olaraq çıxış yolunu intiharda görür. Bu da olan işdir. Amma 7, 8, 9, 10 yaşlı uşaqların intihar etməsi doğrudan da şok bir hadisədir. Azyaşlı qızlar (oğlanlar az faiz təşkil edir) nə üçün intihar edir? Onlar evdə gəlinciyilə oynamalı, məktəbə getməli olduğu halda niyə həyatından bezib? Onların körpə qəlbinə bu pislik toxumunu kim səpib?
Sosioloqların fikrincə, bu gün uşaqların ailələrdə zorakılığa məruz qalması faktı var və ola bilsin, azyaşlı qızlar da qarşılaşdığı müqavimətə görə intihar edir. Sosioloqların bildirdiyinə görə, bəzən azyaşlılar zorlanmaya məruz qalır. Bu halda onlar, sirlərini valideynlərinə açmaqdansa, ölümü seçir. Bəzi sosioloqların dediyinə görə ölkədə əhalinin sosial vəziyyətini, zorakılıq statistikasını araşdırmalı olan çoxlu qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar vaxtaşırı bu mövzuda tədbirlər keçirsə də, indiyə qədər bu kimi halların əsl mahiyyətini aça bilməyib. Yəni hələ azyaşlıların (xüsusən də qızların) özünü öldürməsi səbəbləri QHT-lər və sosioloqlar tərəfindən dərindən araşdırılmayıb.
Psixoloq Suad Axundova isə bildirdi ki, azyaşlılar həmişə intihara meylli olur. Onlar valideynlərindən, ətrafdan hər hansı bir soyuqluq, təpki görən kimi özünü öldürmək haqda düşünür. Qız uşaqlarının kütləvi intiharına gəlincə, S.Axundovanın sözlərinə görə, bu o uşaqlarda baş verir ki, onlar ailədə valideynləri tərəfindən əməyə cəlb olunur, məktəbə göndərilmir, yaşıdları ilə oynamasına icazə verilmir: "Azyaşlıların intihar etməsinin birinci səbəbi ailə ilə bağlıdır. Cənub bölgəsində bu halın geniş yayılmasını biz də müşahidə edirik. Bilirsiniz ki, orada kişilər Rusiyaya işləməyə gedir, qadınlar isə səhərdən-axşama qədər işləyir. Bir çox hallarda, onlar öz azyaşlı qızlarını məktəbdən ayırıb işləməyə məcbur edir. Uşaq nə uşaqlarla oynaya bilir, nə də məktəbə gedir. Bu da onlara, istər-istəməz, psixoloji təsir göstərir. Ailələrdəki mühit uşaqları bu işə sürükləyir".
Azyaşlıların az qala yaşlı adam kimi kəndirdən ilgək düzəldib onu boynuna keçirməsinə gəlincə, Suad Axundova dedi ki, kənd yerlərində bu ola bilər. Ailədə erkən işə, əməyə cəlb edilən qız uşaqlarının bütün ev, təsərrüfat işlərini bildiyini deyən S.Axundova onlar üçün bu ilgəyi hazırlamağın heç də çətinlik törətmədiyini bildirdi":Onlar uşaqlıqdan məhrum edilir. Bu da o cür uşaqlara əziyyət verir. Bir tərəfdən də analarının keçirdiyi ağır şərait. Tez-tez bu uşaqlar analarından "bu həyatdan bezmişəm, özümü asıb öldürəcəyəm" sözlərini eşidir.
Onlar elə bilir ki, bu, əziyyətdən qurtarmaq üçün yoldur. İlkin informasiyanı evdən alır və özünü öldürür. Hesab edirəm ki, bu məsələlər öyrənilməlidir. Uşaqların hansı səbəbdən intihar etməsi dərindən araşdırılsa daha yaxşı olar".
Erkən nikahların qız uşaqlarını bu işə vadar etməsinin nə dərəcədə ehtimal edildiyinə gəlincə, Suad xanım bu barədə məlumatsız olduğunu dedi.

MƏNBƏ: "BAKI xəbər" qəzeti

понедельник, 21 июня 2010 г.

İntihar yolları

Mənimlə razılşarsız, intihar statistikasını eşidəndə hər dəfə diksinirik və bir saniyə əvvəl eşitdiyimiz rəqəmləri tələsik unutmağa çalışırıq. Filan yerdə uşaq intihar etdi, filan yerdə qadın özünü yandırdı, filan qəsəbədə isə cavan kişi özünə qıydı… Təkcə bizim qəzetin bir neçə nömrəsini ardıcıl izləyənlər təsdiqləyər, intiharlar cəmiyyət üçün böyük problemə çevrilib və artıq bu barədə mütamadi yazmamaq olmur. Nədən? Niyə? Nə üçün? Bəs sonra?...

Bu kimi sualların hamısına cavab vermək iqtidarında deyilik. Amma araşdırma aparmağa çalışacağıq. Səmimi olmağa və özünü öldürən və cəmiyyət dilemmasını aparmadan bütün müsbət və mənfi tərəfləri işıqlandırmağa çalışıcığıq. İntihar edənin özündən başlamaq lazımdı. Axı özünə qıyan adam sonrasını bilməlidi.

Tale sənə yar olsa…

Əvvəl həyatdan getməyin üsullarını sadalayaq. Sırada ən birinci özünü asmaq gəlir. Bu üsulun müsbət tərəfi odur ki, hər kəsin evində bir qırıq ipi və onu ilişdirməyə qarmağı var. Adətən insanlar özünü boğazından asırlar. Amma mövzu üzrə araşdlırma apararkən İnternetdə özünü qolundan asmış əsgərin əhvalatını oxuyub hətta bir az güldüm də. O, bir az məşq eləyirmiş kimi əvvəl özünü qolundan asmaq qərarını verib. Qolundan asılmaqdan əlbəttə ki, o, ölmədi. Belə pozada bir sutka asılandan sonra onu tapdılar. Qolu göm-göy göyərmişdi, özü isə it kimi peşman idi. Bu üsulun avadanlıqları: ip, ya kəmər, qarmaq, ağac, və ayaq altına atılmalı heç olmasa bir taburet. Bir sözlə axmaq başı halqaya salıb ipi çəkmək üçün lazım olanlar bunlardır. Üsul çox sadədi, düzdür, bir az, yox lap çox ağrıdır. İndi mənfi tərəflərini sadalayaq. Hamı bilir ki, ipin qırılmaq adəti var. Özü də ki, o, yəqin ki, siz alt paltarınızı yaş eləyib, nəcislə doldurandan və bundan sonra bayılandan sonra baş verəcək. Bunu özünə qəsd edib amma sağ qalmışlar təsdiqləyər. Adamı belə vəziyyətdə tapandan sonra xəcalətindən bir daha ölməyin gəlir. Ustəlik ağrının tamını dadandan sonra hamının ağlı başına qayıdır. O dünyanı görüb gələnlər başa düşür ki, tale adlı bir anlayış var, onunla oynamazlar. Əgər sənin alnına 90 yaşa qədər yaşamaq yazılıbsa sürünə-sürünə, xəstəliklə, ya adam kimi sən o yaşacan yaşayacaqsan. Ölüm alnına yazılmayıbsa indicə mağazadan aldığın ip də qırılıcaq, təptəzə taburet də çiling-çilling olacaq. Qarmaq isə əclaflıq edib dibindən qırılıb düz təpənin ortasına düşəcək.

Özünü öldürmək istəyən qadınların əksəriyyəti özünü asmağı seçmir. Çünki qadın öləndə də işin estetik tərəfini düşünür. Axı özünü asmış meyitin gömgöy olmuş dili bayara çıxıb sallanır, sifəti Şiva ilahının özü kimi göyərir, boynu qaz boynu kimi uzanır, altdan- üstdən murdarlanmış olur. Ona görə də içəri girmiş adam iydən boğulur. Nə olsun ki, patoloqoanatomlar belə mənzərələrə öyrəncəlidir. İçəri birinci girən yəqin əzizlərinizdən biri olacaq.

Uzun tonnel və sonunda işıq

Ən çox yayılmış üsullardan biri də özünü zəhərləmədir. Üsul sadədir amma nəylə zəhərlənəcəyini bilməlisən. Çünki özünü vitaminlərlə zəhərləmək istəyənlər də tapılır. Sonra onlar uzun tonnel və işıq barədə qəşəng söhbətlər edirlər. Onlar tonneldə gəzişən zaman həkimlər onun bağırsağını, mədəsini yuyur və yəqin ki, nəslində söymədiyi adam qoymurlar. Ona görə də zəhərlənmək üçün heç olmasa 3 günlük daldalanmağa yerin olmalıdı. Və zəhərlənmək üçün ZƏHƏR tapmalısan. Amma yenə də onların əksəriyyət sağ qalır. Statistikaya görə 100 nəfərdən üçü ölə bilir. Bütün günahları həkimlərin boynuna ata bilərik, əclaflar lazım olmayanda elə yaxşı işləyirlər ki! Orqanizm də bir tərəfdən, bütün dəliklərindən fəvvarə açıb yaşamaq uğrunda mübarizə edir. Kayfı tuta bildinizmi? Yenə də tale… Sonunda sizi arabir dəlixanaya məcburi müalicəyə də göndərəcəklər. Bir kurs heç olmasa 2 ay çəkir. Bura can atırdız?

İsti vanna firavanlıqdır

Damarları kəsmək üsulu ən məşhur intiharlar içində sırada növbətidir. Alətləri sadədir və demək olar ki, hər evdə var. Lezviya, ya da bıçaq və isti su ilə dolu vanna. Əgər kasıbçılqdan hamam otağında vannaya qənaət edilibsə bir az çətin olacaq. Qan axıb hər yeri batıracaq. Meyitinizi götürməyə gələnlər artıq laxtalanmış qanı tapdayıb aləmi də bulayacaqlar. Qan isə venalar doğranandan sonra da laxtalana bilər. Siz tonneldə gəzişərkən və cənnətə gedən yolu soraqlayarkən «n» qədər qan itirməkdən bayılandan sonra sizi tapırlar, xəstəxanaya aparıb «təmir» edirlər. Ömrünün sonrakı bir neçə ilində qan yaradan yeməklər yeməyə və çuğundur şirəsi içməyə məcbur edirlər. Hətta venanın kəsikləri tam sağalandan sonra da «Bu nədir belə?» deyib burnunu həyatınıza soxan bir neçə adam da tapılır. Sən ölmürsən, amma travmalar ömürlük qalır. Necə deyərlər taleh…

Vida təbəssümü

Daha bir yol da var, özünü təkər altına atmaq. Təkər qatarın, maşının, tramvayın, lap arabanın təkəri ola bilər. Özünü atmağa cürətin çatsa ölüm bir neçə saniyəyə gəlməlidi. Tez olsa ağrı da olmaz. Özünü Annna Karenina kimi təsəvvür edib qatarın altına atsan bil ki, səndən roman yazan ikinci Tolstoy tapılmayacaq. Özünü təcili yardım maşının altına atsan, ağ xalatlı «mələklər» yerindəcə xilas edəcək. Milis maşınını tuş gəlsən əvvəl xilas edib sonra it imi çırpacaqlar. Şəxsi avtomobil altına düşsən sürücünü yazıq edəcəksən. Onun günahı nədi axı, ki, sən yaşaya bilmirsən. Statistikaya görə belə üsulla ölməyin cəmi 32 faiz reallaşmaq ehtimalı var. Bu rəqəm qatar altına düşənlərin hesabına yüksək görünür. Bəzən atılanın ürəyi gəlmir ayaqlarını qabağa verib tullanır. Qatar ayaqlarını kəsir. Soruşanda «başımla irəli atılmağa ürəyim gəlmədi» deyirlər. Onunçün «bəxti gətirdi» deyək yoxsa əksinə? Elə də olur ki, məhəbbət üzündən özünü öldürən adam sağ qalır və həmən sürücüyə də ərə gedir. Amma toydan qabaq düz 1 il xəstəxanada yatmalı olur. Onun bəxti gətirmişdi, çünki bəxti gətirməyənlər də olur ki, ömrünün sonuna kimi bitki həyatı yaşayır. Yeyir, içir və ifraz edir. Onu da dibçək gülü kimi arabir o böyrü, bu böyrünə çevirirlər. Əgər özünü öldürmək əzmindəsən və mütləq qatar altına düşməyi fikirləşirsnsə inan, bu səndə alınacaq. Qatar bədənini yüz yerə parçalayacaq. Sonra sənin tikələrini bir neçə gün yığışdıracaq və bəzi hissələri tapmayacaqlar. Çalış ki, hadisə səhər olsun. Çünki bir nəfər gecə vaxtı özünü qatar altına atmışdı. Ətinin dadını layiqincə qiymətləndirmiş ac itlər səhərəcən onun sümükləriylə futbol oynayırdılar. Bruklin ətrafında olmuş bu əhvalatdan ona görə xəbər tutmuşdular ki, hələ tam yeyilməmiş kəllə sümüyü diyirlənib düz göz qabağında dişlərini hamıya ağardrdı. Sümükləri üç gün toplayırmışlar. Adamı dişlərindən tanıdılar. İntiharı düşünənlər fikirləşir ki, öldün qurtardı. Sonrası vacib deyil.

Azad bir quşdum
Yuvamdan uçdum…

Quş olmağı hamı istəyir. Qanadlarını açmaq, gözünü yummaq və hündürlükdən tullanmaq. Uca binanın başından yerə çaxılanadək bütün ömrünü gözünün qarşısından keçirməyə çalışma, vaxtın olmayacaq. Deyirlər ki, belə yolla ölənlərin elə göydəcə qorxudan ürəyi partlayır. Yerə dəyəndə artıq ağrı nədi bilmirlər. Sağ qalası olsan mütləq əlil olacaqsan. Ömrünün qalan hissəsini əlillərə verilən vəsaitin azlığından, dərmanların çatışmamasından, həkimlərin ürəksizliyindən, dünyanın ədalətsizliyindən danışıb mırtıldanacaqsan. Bu üsulla intihar edənlərin cəmi 10 faizi ölür. Taleh belə şeydi. Cavan ölməlisənsə rahat yatağında yuxudaca öləcəksən. Taleyn açarı isə sənin əlində deyil. O kaprizlidir və sənin dünyagörüşünə heç tüpürmək belə istəmir.
İntiharın ən effektv yolu gülləni beyninə çıxmaqdı. Titəyi çəkəndə əlin titrəməsə, qorxaqlıq edib əlini bir az aşağı salmasan, düz gicgahına tuşlasan bu ölüm ən tez və effektivlisidir. Düzdü, meyitin görkəmi estetik baxımdan gözoxşayan olmur və sənin indiyəcək işləmək istəməyən beyninin boz maddəsini divarlardan qaşıyıb yığışdıran gərək olur. Pistolet tapmaq da asan deyil. Amma tarixdə gicgahına sıxılmış güllədən sağ çıxanlar da var. Nə deyək, yenə də tale…

İntiharçıların onlayn klubu

Özünü öldürməyi qəti qərarlaşdırmısansa və adı çəkilən üsulların heç biri səni qane etmirsə İnternetdə intihar etmək istəyənlərin onlayn klubuna da qoşula bilərsən. Burada onlar ən yaxşı üsulları forumlarda müzakirə edir, bəzən isə bir-birinə kömək əlini də uzadırlar. Hər bir iş kimi intiharı da öyrənmək lazımdı, deletant olmaq yaramır. «Wired» jurnalının yazdığına görə axtarış sisteminə «suicide», yəni intihar yazıb verəndə axtarış robotları depressiya ilə mübarizə, təcili psixoloji kömək qaynar xəttələri ilə yanaşı intiharı dəstəkləyən saytların adını verir. Belə saytlarda səni özünü öldürməkdən çəkindirən olmayacaq. Siçan zəhərindən, aspirinin yüksək dozasından nələr keçirəcəyini səninlə bölüşmək istəyən onlarla adamla tanış olacaqsan. Orda səni inandıracaqlar ki, intihar yeganə düzgün yoldur. Jurnal belə tip saytların içində lider olan «alt.suicide.holiday» saytının adını çəkir. Bu saytı qısa şəkildə a.s.h adlandırırlar. Tərcümədə yandırılmış meyitin külü deməkdir. Saytın şüarı «Öldür özünü, bu ən doğru yoldur» kimi səslənir. Qoy sənin də axmaq arzılarının günahını onların boynuna yıxaq. Çünki yüzlərlə özünə qəsd hallarında onların rolu böyükdür. Ölümlə nəticələnən hadisələri bu saytda fəxrlə «uğur tarixcəmiz» qrafasına «yaxşı sonluqlu hadisə» kimi yazırlar. Qeydiyyat anonim olduğundan heç nəyi izləmək olmur. Bu saytda qoşulmaqçün bir problem də var. İngilis dilini öyrənmək lazımdı. Amma ölmək istəyən üçün bu nədi ki…

***

Quru statistika:

İntiharın əsas səbəbləri bunlardır: 41 % - məlum deyil, 18 % - ruhi sarsıntı, 19% - cəzalanmaq qorxusu, 18% ailə və məişətdə problemlər, 6% - sevgi. Hər il 30 min amerikalı, 25 min yapon, 20 min fransız, 70 min rusiyalı intihar edir. Sosioloqlarn fikricə bu real rəqəmlərdən 2 dəfə fərqlənir. Ona görə də bu mövzunun davamı mütləq olmalıdır…

MÜƏLLİF: Gülnarə Rəfiq

суббота, 19 июня 2010 г.

Tükəzban

Sonya həm rahatlıq yaratmağa, həm yemək bişirməyə, həm də uşaq tərbiyə etməyə qadir qadın tipidir. Sonya teatra can atır, davamlı mütailə edir, az pulla sadə və zövqlə geyinməyi bacarır. Sonya tükəzbanın əbədi və ədəbi düşmənidir. Tükəzbanı özündən çıxardıb, əsəbləşdirmək üçün sonyaları azacıq tərifləmək kifayətdir. Ona görə də tükəzbanlar hər fürsətdə sonyaları pisləməyi, onlara şər atmağı peşə borcu sayırlar. Halbuki, bədbəxtlərin dekabristlərin üsyanlarından xəbərləri yoxdur.

“Sonyalar varkən, tükəzbanları neylərdin ilahi”

Bu misranı iki mənada anlamaq olar:
1.Ötən əsrin əvvəlində pullu və ağıllı kişilər tükəzbanlardan heç bir həzz almağın mümkünsüzlüyünü başa düşərək pulu sonyalara xərcləyirdilər.
2.Birbaşa məna... Yəni, sonyalar varkən tükəzbanlara həyatın heç bir sahəsində ehtiyac yoxdur.
Sonya həm rahatlıq yaratmağa, həm yemək bişirməyə, həm də uşaq tərbiyə etməyə qadir qadın tipidir. Sonya teatra can atır, davamlı mütailə edir, az pulla sadə və zövqlə geyinməyi bacarır. Sonya tükəzbanın əbədi və ədəbi düşmənidir. Tükəzbanı özündən çıxardıb, əsəbləşdirmək üçün sonyaları azacıq tərifləmək kifayətdir. Ona görə də tükəzbanlar hər fürsətdə sonyaları pisləməyi, onlara şər atmağı peşə borcu sayırlar. Halbuki, bədbəxtlərin dekabristlərin üsyanlarından xəbərləri yoxdur. Olsaydı bilərdilər ki, dekabristlərin arvadları nə qədər dözüm, mətanət, sədaqət nümayiş etdiriblər. Əgər tükəzbanlar Ostrovskinin həyatını oxumuş olsaydılar, bilərdilər ki, dünyada sonyalardan sədaqətli, əzmkar qadın tipi yoxdur. Bəziləri bilir. Və bildikləri üçün də sonyalara qarşı nifrət püskürürlər. Onlar bilirlər ki, sonyaların əllərinə su tökməyə belə layiq deyillər.
Savadlı tükəzbanlar
Sadəlöhv olduğum dövrlərdə tükəzbanların savadlanması, mariflənməsinin vacibliyi haqda düşünürdüm. Tükəzbanların haqları-filan haqda məqalələr yazırdım. Bəzi şeylər var ki, nə kinodan, nə də ədəbiyyatdan öyrənmək mümkün deyil. Gərək yaş üstünə yaş gələ. Həyat elə buna görə çox amansızdır. Zaman keçdi və anladım ki, ən qorxulu, ən iyrənc, ən murdar tükəzbanlar ali təhsilli, xarici dil bilən, Avropa gəzmiş tükəzbanlardır. Onlar daha təhlükəlidirlər. N rayonunun N kəndində inək sağan, pomidor əkən tükəzbanla mənim heç bir işim yoxdur. Onlar onsuz da bədbəxtdirlər. Bədbəxtlik doğulanda alınlarına yazılıb. Onların heç bir iddiası yoxdur. Mənim işim müxtəlif idealara sarılaraq, gündəmdən yapışan, sağçı, solçu, qolçu bakirə tükəzbanlarladır. 40 yaşlı bakirə aktrisalarladır.
Evin yıxılsın Molyer. Səni daha başqa cür təhqir etmək mümkün olmazdı. Molyeri adi ölülərdən altı metr dərinlikdə basdırmışdılar. Üstünə də kimyəvi məhlul tökmüşdülər. Ki, birdən ruhu qalxıb adamları zəhərləyər. Amma yenə də Molyer belə təhqir olunmamışdı. Təsəvvür edin: teatr, səhnə və 40 yaşında bakirə aktrisa. Moyem isə ona görə deyirdi: "Səhnənin ətrafında baş verənlər, səhnədə baş verənlərdən daha maraqlıdır".
ZAQS
Tükəzban öz üzərində böyük bir qıfıl gəzdirir. Bu qıfılı kəsmək, sındırmaq mümkün deyil. Qıfılın açarı yoxdur. Əvvəldən olmayıb. Qıfılın üzərində hərflər var. Qıfılı açmaq üçün dörd hərfi ardıcıl yazmaq lazımdır: ZAQS. Bu dörd hərfi yığan kimi qıfıl "şaqq" eləyib, açılaraq yerə düşür. Uzunburun ayaqqabı geyinən, qızıldişli aftoş oğlanlar tükəzbanların dilini yaxşı tapıblar. Ən dikbaş, üç xarici dil bilən, qadın azadlığından danışan tükəzbana ağ gəlinlik paltarı geyindir, toy təşkil et, toya gələnlər gic-gic danışsın və bu ayinlərdən sonra tükəzbanı hansı formada istəyirsən, təhqir et. Söy, döy. Ən dikbaş tükəzban belə, səsini çıxarmayacaq. Çünki tükəzban gəlin paltarı geyməklə tilsimə düşür. Ağıllı adamlar nə etdiklərini bilirlər. Uzunburun ayaqqabı geyənlər və tükəzbanlar bir-birlərinin dillərini yaxşı başa düşürlər, vay bu dili başa düşməyənlərin halına.
ZAQS sözü tükəzban üçün sehirli bir gücə malikdir. Necə ki, nağıllarda xüsusi bir sözü dedikdə divin, cinin ürəyi gedir. Ən dikbaş, özündənrazı tükəzban belə ZAQS sözünün qarşısında əriyir.
Onlarla tükəzban tanıyıram, dünyanın yarısını gəziblər, hələ də bakirədirlər. Onlar bakirə olduqları halda, həm də gecə həyatı keçirməyi, barlarda nazlı-nazlı, qazlı-qazlı pivə içməyi çox ustalıqla bacarırlar. Təsəvvür edin, bir Avropa görünüşlü bakirə tükəzbana tutaq ki, Londonda bir barda ingilis qaqaş yaxınlaşır. Danışırlar, söhbət edirlər, mazaqlaşırlar. Ən son mərhələdə tükəzban "yox" deyir. İngilis qaqaş min variant düşünə bilər, amma bakirəlik əsla ağlına gəlməz. Lap ağlına gəlsə belə, düşünər ki, qız hansısa ciddi təriqətin üzvüdür. Üzr istəyər. Prinsiplərə öz hörmətini bildirər. Bizim üçün bakirə inqilabçılar, bakirə bar sakinləri, bakirə aktrisaların mövcudluğu adiləşib. Bir az dərindən fikirləşənlər üçün bu anlaşılmaz bir şeydir.
Amalım
İndi mən gənc dostlarıma, xüsusən sənətlə məşğul olan gənclərə tükəzbanın nə qədər qorxunc varlıq olduğu haqda məruzələr, monoloqlar söyləyirəm. Tükəzban yaradıcılığın düşmədir. Təbiət tükəzbanı qıcıqlandırmır. Təbiət tükəzbanın qarşısında acizdir. Tükəzban müdrükdür. Tükəzbanı aldatmaq, yoldan çıxarmaq mümkünsüzdür. Tükəzban şeiriyyatın üzünə yüz il bundan əvvəl tüpürüb. Tükəzbanın ən böyük arzusu prokuror arvadı olmaqdır. Tükəzban etnik və mədəni mənsubiyyətə həddən ziyadə sadiqdir. Dovlatov yazır: "Yazıçının arvadında üç şey olmalıdır.
1.Qadın yazıçının qayğısına qalmalıdır;
2.Qadın ərinin istedadına inanmalı və hörmət etməlidir;
3.Qadın yazıçını rahat buraxmalıdır;
Bu üç şeydən heç biri tükəzbanda yoxdur. Tükəzban ən istedadlı, iradəli yaradıcı adamı öz məişət söhbətlərinin bataqlığında asanlıqla boğmağa qadir bir qadın tipidir. Ostrovskinin arvadı iflic, kor bir yazarın qayğısını çəkməklə bərabər, həm də Ostrovskinin ağızdan söylədiklərini yorulmadan vərəqə köçürürdü. Sonya qayğısını çəkdiyi yaradıcı adamın yaradıcılığında öz payını, öz fədakarlığını görməyi bacaran qadın tipidir. Bu hiss tükəzbana tamam yaddır. Ona görə də tükəzbanla ailə qurmuş yazar dostlarıma bədbəxt kimi baxıram. Tükəzban çox istedadların başını yeyib. Ümumiyyətlə, qələminə, fırçasına, sənətinə, istedadına hörmət edən adam tükəzbana ciddi baş qoşmamalıdır. Mən bu fikirləri hər imkan düşdükcə, gənc dostlarıma deyirəm. Qəzet səhifəsinə çıxarılması mümkün olmayan fikirləri həmçinin... Əməl edib, etməyəcəkləri öz işləridir.
Tükəzbandan qorunmağın yolları
Ola bilsin ki, bir tükəzban sizin gözünüzə mərhəmətli, məlahətli, bəlağətli, fərasətli, kəramətli görünsün. Aldanmayın. Tükəzban ağzını büzə-büzə danışmağı, yeməyi çəngəlin ucuyla götürüb, ağzına atmağı bacaran, müxtəlif cəlbedici üsullarla özünü mataha mindirə bilən bir məxluqdur. Yenə də təkrar edirəm, ən iyrənc, ən qorxulu tükəzban ali təhsilli, xarici dilin arxasında gizlənən, Avropa gəzən tükəzbandır. Və elə bir an var ki, dil arxasında gizlənən, yeməyi çəngəlin ucuyla yeyən, ağzını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxır. Həmin an xarici dilin arxasında gizlənən, dodağını büzə-büzə danışan, Avropa gəzmiş tükəzbanın dayandığı nöqtə ilə Cəfər Cabbarlının heykəli arasındakı məsafə asanlıqla yox olur. O zaman, yəni Avropa gəzmiş, dodağını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxanda siz Cəfər Cabbarlının heykəlinin ətrafında gəzişənlərə daha çox hörmət etməyə məcbur olacaqsınız. Nədən ki, Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər müxtəlif ideyaları alver predmeti kimi istifadə edərək ortaya heç bir iddia qoymurlar. Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər dodaqlarını büzə-büzə danışmırlar, xarici dilin arxasında gizlənmirlər. Məsələn, bir tükəzban var. Azərbaycanda liberal, Türkiyədə solçu olmağa qadir bir məxluqatdır. Bir ara qadın hüquqlarından-zadan danışırdı. Cırıq şalvar geyir, məqalələr yazır. Həmin tükəzbana bir-iki cümlə ilə ilişmişdim. Tükəzbanın əsl sifəti açıldı. Ondan belə bir mesaj aldım: "S...r başımdan". Lütfən nöktələrin yerini özünüz doldurun.
Xarici dillə, müxtəlif maneralarla maskalanmış tükəzbanın əsl sifətini açmaq böyük həzzdir. Maneralı tükəzbanın sifəti istənilən məkanda açıla bilər. Bu məkan filarmoniya, konservatoriya, hansısa konfrans zalı, lap elə redaksiya ola bilər.



***
1924-cü ildə Əli Bayramov adına Qadın klubunda müsəlman qadınlarla görüşən Klara Setkin yazır: "Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, müsəlman qadınlarında insanlıq ləyaqəti oyanır". Nə qədər sadəlövh yanaşmadır. Klara Setkin çox tələsik qərar çıxarıb. Ola bilsin ötən əsrin əvvəlində ümumi canlanma Klara Setkini aldadıb. Tükəzbanın heç vaxt ləyaqəti olmayıb.

1924-cü ildə Əli Bayramov adına Qadın klubunda müsəlman qadınlarla görüşən Klara Setkin yazır: "Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, müsəlman qadınlarında insanlıq ləyaqəti oyanır". Nə qədər sadəlövh yanaşmadır. Klara Setkin çox tələsik qərar çıxarıb. Ola bilsin ötən əsrin əvvəlində ümumi canlanma Klara Setkini aldadıb. Tükəzbanın heç vaxt ləyaqəti olmayıb. Yoxdur. Yəqin ki, bu gedişlə olmayacaqdır. Ona görə, bu xalqın seçilmiş və ağıllı kişiləri başqa xalqın nümayəndələrinə üstünlük veriblər. Üzeyir Hacıbəyov, Zərdabi, Ordubadi, Qara Qarayev nə yaxşı ki, tükəzbanlardan uzaq düşməyi bacarıblar.
Heydər Əliyev həqiqətən dahi siyasətçi idi. "Xalq qəzeti"ndə 8 mart qadınlar günü ilə bağlı təbrik nitqində "Qadın insanın dostudur" sözlərini öz gözlərimlə oxumuşam. Özü də bu sözləri səhifənin yuxarısında böyük həriflərlə vermişdilər. Həmin qəzeti saxlamamağı hələ də özümə bağışlaya bilmirəm. O zaman yazı yazıb, "Xalq qəzeti"nin rəhbərliyini qadınlara həqarət etdiyinə görə bərk tənqid etmişdim. Uşaq idim. Hələ heç nəyi dərk etməmişdim. Haradan biləydim ki, dövlət qəzetlərinin başında ciddi, həyatı dərk etmiş, müdrik adamlar dururlar...

Əbülfəz Elçibəy ətrafındakı qadınları "xanım", Heydər Əliyev isə ətrafındakı qadınları "Azərbaycan qadını" adlandırırdı. "Azərbaycan qadını" - bir Allah bilir, bu sözün arxasında nələr yatırmış. Nə niyyətlə deyirmiş bu sözləri.
Tükəzbanın ümumi əlamətləri
Ciddidir. Kədərlidir. Yalanı sevmir. Xəyanəti bağışlamır. Guya romantikdir. Yağış yağanda pəncərədən bayıra baxmağı sevir. Ən pis xasiyyəti ürəyi açıq olması, insanlara tez inanmasıdır. Ən yaxın rəfiqəsi anasıdır.
Ana Tükəzban
Ötən yazıda qeyd etmişdim. Ola bilsin ki, hansısa Tükəzban gözünüzə mərhəmətli, bəlağətli, fərasətli kimi görünsün. Aldanmayın. Tükəzbandan qorunmağın müxtəlif formaları var. Məsələn, siz gözünüzə məlahətli, mərhəmtli görünən tükəzbanı arvadınız kimi təsəvvürünüzdə canladırın. Yaxud Tükəzbanın anasının necə ola biləcəyini düşünün. Əgər bir qram ağlınız varsa ya qorxacaqsınız, ya da iyrənəcəksiniz.
Kədərli Tükəzban
Tükəzbanlar nakam, kədərli sevgi hekayəti quraşdırmaqda mahirdilər. Onların hər birinin ehtiyatda dramatik sevgi hekayətləri var. Tükəzbanlar özlərinin quraşdırdıqları bu hekayətlərə inandırırlar. Əsl mərəkə də bundan sonra başlayır. Belə tükəzbanlar sanki bir qanadı sınmış quş kimi yaşayırlar. Zatən onlar özləri-özlərini belə də adlandırırlar. Tükəzbanın daha bir xüsusiyyəti var. Əgər Tükəzbanın hər hansı məkənla bağlı bir xatirəsi varsa, növbəti sevgilisin də həmin yerə aparıb, kədərli halda dayanır.

Ümumiyyətlə, Tükəzban çox maraqlı, çox qatlı, çox mərhələli bir məxluqatdır. Araşdırılmalıdır bu məxluqat. Onun qara enerjisinin "resepti" mütləq öyrənilməlidir.
Bəzi dostlar ötən yazımın konkret bir Tükəzbana həsr edildiyini sübut etməyə cəhdlər göstərirdilər. Ötən yazıda çox Tükəzbanın təsviri vardı. Sadəcə, dostlar onlardan birini - Azərbaycanda liberal, Türkiyədə solçu olmağı bacaran, hər zaman hadisələrin içində görünməyə can atan Tükəzbanı daha tez tanıdılar. Hərçənd, mən başqa tükəzbanların xarakterini açmaq üçün onu bir tip kimi seçmişdim. Gerçəkdən çox maraqlı araşdırmaya layiq, yazılarında bəzəkli quşlar "buraxan" Tükəzbandır. May ayında Türkiyəyə getmişdi. Rəfiqəsi onu evdən bayıra buraxmamışdı. Çünki, bayırda solçular mitinqə çıxmışdılar. Sən demə, bu Tükəzban da inqilabçıya oxşayırmış.
Nəsə, bu hadisə hələ çox danışılacaq, bu haqda çoxlu dastanlar qoşulacaq. Yox, əgər dostlarım konkret Tükəzban tipi axtarırlarsa, buyursunlar. Bir gombul Tükəzban var. Çox gombuldur. Kifayət qədər populyar kütləvi informasiya vasitələrindən birinin rəhbəridir. Bir dəfə ağılsız vaxtlarımda bu Tükəzbanla mübahisəyə girişdim. Əli Əkbər də həmçinin. Tükəzban mübahisəni uduzdu. Ən pis Tükəzban oxumuş, gəzmiş, xarici dil bilən Tükəzbandır. Nə isə, mübahisədə uduzmuş Tükəzban heç cürə məğlubiyyətini qəbul edə bilmirdi. Uduzmağını rüsvayçılıq kimi qəbul edirdi. Təsəvvüredilməz vəziyyətə düşmüşdür. Axı, bütün Tükəzbanlar kimi, onun da iddiası yorğanına görə deyil. Ümumiyyətlə, iki kitab oxuyan Tükəzban ən dözülməz Tükəzbandır. Bu, özünü bizimlə mübahisədə uduzmuş Tükəzbanın simasında da təsdiqlənib. Həmin vaxtı əsl simasını açan Tükəzban özünəməxsus çıxış yolu tapdı. Bizimlə ingilis dilində danışmağa başladı. Ayağa qalxdı. Və dedi: "Əgər siz ingilis dilini bilirsinizsə, mübahisəni davam etdirək, bilmirsinizsə, mən gedirəm". Tükəzban getdi. Hadisənin başqa şahidi var. Elmir Mirzoyev.
Həyat çox qəribədir. Az keçməmiş ingilis dilində danışmasıyla fəxr edən İlham Əliyev gombul Tükəzbanın rəhbərlik etdiyi radionu bağladı. Doğrusu, buna sevindim. Yaxşı, Tükəzban mübahisəni uduzanda ingilis dilində danışmasıyla guya çıxış yolu tapdı, bəs radio bağlananda bu ingilis dili niyə kara gəlmədi?
Son
Hansı iddiaya düşməsindən asılı olmayaraq, Tükəzban gəlir - çıxarını çox gözəl bilir. Biz qoca bir Tükəzbanı danışdırsaq, o, mütləq deyəcək. Ki, 16 yaşında məni bir oğlan istəyirdi, görəsən ona ərə getsəydim, necə olardı. Mən bunları yaxşı tanıyıram. Ona görə gənc dostlarıma Tükəzbanın necə iyrənc, necə ürəkbulandıran məxluqat olduqları haqda məruzılır söyləyirəm. Onları Tükəzbandan uzaq qaçmağa, əsla Tükəzbana baş qoşmamağa çağırıram. Müxtəlif əhvalatlar danışıram. Fikrimi əsaslandırmağa çalışıram. Bu, azdır. Paralel olaraq, evli dostlarıma Tükəzbanın neçə məxluqat olduğunu tez-tez xatırladıram. Tükəzbanla həyatın heç bir sahəsində rahatlıq tapmağın mümkün olmadığını tez-tez vurğulayıram. Zatən, onlar bunu gözəl anlayırlar. Sadəcə ağılsız vaxtlarında buraxdıqları səhvi düzəltməyə çalışırlar. Əlbəttə, onlar bilmirlər ki, Tükəzban istedadın düşmənidir. Tükəzban həyatı məhv etməkdən, mənasızlaşdırmaqdan savayı heç nəyə yaramır. Bunu bilirlər, üstəlik, mənim aramsız monoloqlarım öz təsirini göstərir. Məhz buna görə iki adam Tükəzbandan yaxa qurtarmağı bacarıb. Üçüncüsü isə tərəddüt edir. Tükəzbanın nifrətini qazanmaq çox böyük sevincdir.
Üç kitabın, yüzlərlə məqalənin müəllifiyəm. Müxtəlif müsabiqələrdə mükafatlar almışam. İki ailəni dağıtmaq bahasına olsa da, iki insanı iki Tükəzbanın cəngindən qurtarmaq, fikirimcə, həyatda qazandığım ən böyük uğrumdur...

MÜƏLLİF: Seymur BAYCAN

пятница, 11 июня 2010 г.

İnsan daha çox cəhənnəmə meyllidir

Biz ki Allaha belə çox inananıq. Görəsən, niyə ölkəmizdə intiharlar baş alıb gedir? Mən psixoloq deyiləm. Psixoloji məsləhət vermək fikrində də deyiləm. Amma...

Sovet dövrünün bəlkə pis, bəlkə də yaxşı bir cəhəti vardı. Dünyanın hansı yanında nə olurdusa, olsun, sovet insanının bundan xəbəri olmurdu. Sovet insanı öz kəndində baş verən hadisələrdən belə doğru-dürüst məlumat ala bilmirdi. Beləcə Sovet insanı bəd xəbərlərdən uzaq qalırdı. Ona elə gəlirdi ki, dünyada gül-gülü çağırır, bülbül-bülbülü. O uzaqlarda da xoşbəxtlik-zad aramırdı. Nə vardısa, buydu. Əksinə, uzaqlarda Kozettalar, Qavroşlar, Cenni Herhardtlar vardı, hansı ki, yoxsulluqdan başlarına hər gün olmazın bəlalar gəlir . Sovet insanının özünü xoşbəxt hiss etməsi üçün çoxlu səbəbi vardı. Kəndli və proletariat kef edirdi... Şəxsən mənim atam fəhlə zümrəsinin nümayəndəsi kimi hələ də Sovet hökumətini dağıdanların yeddi təbəqəsinə lənətlər yağdırır. Və mən özüm də bir fəhlə balası kimi Sovet hökuməti dövründə gördüm gördüyüm xoş günləri. Dahası olmadı...

Hərdən adam fikirləşir ki, birdən o, XIX əsrin qadını olsaydı, paltaryuyan maşın, tozsoran, ətçəkən maşın, ümumiyyətlə, elektrik olmasaydı, yəqin ki, dəli olardı. Bu mövzuda bəndənizin “XIX əsrin insanı” adlı bir şeiri də var. Şeirdə əcdadlarımıza acıyıram, sonda qərara gəlirəm ki, əslində biz daha bədbəxtik. Niyə ki, XIX əsrin insanı yatsa yuxuda görməzdi, dünyada nə vaxtsa belə şeylər olacaq. Ona görə o, heç dərd də çəkmirdi ki, niyə onun bu əşyaları yoxdur. Amma XXI əsrin insanı -məsələn, mən -oturmuşam Bakıda, televiziyada baxıram ki, Parisdə, Nyu-Yorkda insanlar necə kef içində həyat sürürlər. Və həm də düşündükcə ki, bütün o zövqlərdən əbədi məhrumam, təbii, depressiyaya düşürəm. Və depressiya burulğanına düşən ruhən bir qədər zəif (bəlkə də güclü)olanlarsa intihar edirlər. Beləcə intiharların sayı gündən-günə artır. Yoxsulluq, işsizlik, nadanlıq, savadsızlıq, çarəsizlik hissi insanın içindəki axirət qorxusunu da yenir.

Bir müddət əvvəl Astarada 19 yaşında bir gənc qadın intihar etdi. Qəzetlər yazmışdılar, ordan oxudum təbii. Həssas biri kimi uzun müddət üzgünlük yaşadım. Olay adiləşib artıq. Səbəblər maraqlıdır. Fərqli bir səbəbdən intihar etmişdi qadın. Deməli, bu altı-yeddi ayın gəlini olub. Və uşağı olmur deyə durub özünü öldürüb. Bu səbəb məni o qədər təəccübləndirdi, ifadə etmək çətin. Axı on doqquz yaşın varsa ay adam, irəlidə illərin var, gözlə, bəlkə iyirmi, iyirmi beş, otuz yaşında oldu sənin uşağın. Təbii, kənardan bəkləntilər, yəqin ki, qaynana təzyiqi, ümidsizlik, ailəsini itirmək qorxusu, nəhayət, savadsızlıq- bir çox səbəb var qadını intihara itələyən.

Ümumiyyətlə, sürət əsri insanı ümidsizləşdirib. İnsan hər şeyin, hətta həyatının da tez başa çatmasına tələsir. Müasir insanın bir kitabı sona qədər oxumağa, bir filmi sonadək izləməyə, hətta həyatını təfərrüatlarıyla yaşamağa səbri qalmayıb. Tez-tez ana olmağa hazırlaşan məhşur qadınların müsahibələrində, hətta adi ev qadınlarının gündəlik şikayətlərində bu cümləyə rast gəlirsən: “kaş ki, bu tez doğulsaydı, kaş ki, tez böyüsəydi, kaş ki tez.... kaş ki tez....” Qadının hamiləliyini belə təfərrüatıyla yaşamağa marağı yoxdur. O, abzaslar, səhifələr ötürməyə can atır. Nəhayət, əgər sənə deyirlərsə ki, bu dünyadakı əzabların əvəzi cənnətlə ödənəcək. Və sən buna inanırsansa, “pultu” götürür, kaseti irəli fırladırsan.

Mən səhv də edə bilərəm. Axı intiharlar həmişə, dünyanın hər yerində olub. Ümumiyyətlə, insan əcaib məxluqdur. Çox naşükürdür və cənnətdən çox cəhənnəmə meyllidir. Onun işi-peşəsi özünün və başqalarının həyatını cəhənnəmə çevirməkdir.

MÜƏLLİF: Sevinc PƏRVANƏ

вторник, 1 июня 2010 г.

Atom silahı gücündə bikini

Cəmi 200 il əvvəl qadınlar çimərlikdə uzun ətək və corablarda çimirdilər

Bayırda termometr deyir, yox, bəlkə də çığırır ki, istirahətə getmək lazımdı. Bütün qayğılara, problemlərə tüpürüb narın quma sərələnməyin, buludların dilindən eksklüziv tərcümələr etməyin, qumdan saraylar, qəsrlər tikib onları dalğalar yalayıb sökəndən sonra şəhərdə sökülən evlərlə analogiyyalar aparmadan «Bu da keçəcək» cümləsini ağıllı görkəmlə fikrindən keçirib həyatın necə də gözəl olduğunu düşünməyin zamanı çatıb. Əlbəttə, bu ləzzətlərə qatılmaqdan əvvəl cəmi bir cümləlik suala cavab vermək lazım gələcək: «Bəs mən dənizə nə geyəcəm?». Necə edəsən ki, çimərlik kostyumu həm təzə, həm gözəl, həm yaraşan, həm çatışmazlıqları örtən, həm də dəbə uyğun olsun.

Yaş paltar ən erotik məqam kimi

Mütəxəssislər deyir ki, çimərlik kostyumunun tarixi 2 min ildən artıqdır. Amma o vaxtlar bizim anlamımızdakı kimi kütləvi çimmək ehtirası yox idi. Suya ya tamam çılpaq, ya da paltarla girirdilər. Ümumilikdə çimmək rəiyyətin yalnız yuxusuna girə bilərdi. Sarayda isə padşahlar süd gölündə istəsə çılpaq, istəsə paltarla çimə bilərdi. Qədim Romada başdan keçirilən dairə şəkilli örtükdə çimərdilər. Bəzi qədim Roma freskalarında qadınların bikiniyə bənzər paltarda çimmələri təsvir edilib. Qədim yunanlardan başqa heç kim öz bədənini məmnuniyətlə açıb göstərmirdi. Roma imperiyası dağılandan sonra suyla bağlı ictimai mərasimlər demək olar ki, 18-ci əsrə qədər unuduldu. İnsanları suya öyrəşdirmək prosesi çox çətin gedirdi. Çox vaxt sahildə oturan adamlar suya girməyə ürək eləmirdi, üzməkdən, suya tullanmaqdan isə danışmaq lazım deyil. Kişi üçün yaş olmuş paltardan qadın cizgilərini axtarmaq dövrün ən eriotik həyəcanı idi. Bu da çox vaxt müəssər olmurdu, çünki kişi və qadınlar ayrı-ayrı çimirdilər.

Cəsarətli qadınlar ayaqyalın çimir

Çimərlik kostyumununu dəbə uyğunlaşması tarixi Avropada 18-ci əsrdən başlayıb. Bu, Fransada, İngiltərədə ictimai çimərliklərin əmələ gəlməsiylə bağlı idi. O vaxtlar sahil iki yerə ayrılırdı, kişi və qadınların çimməsi üçün nəzərdə tutulmuş hissələrə. Keçmişdə hətta ər və arvad da bir yerdə çimə bilməzdi. Amma yanlarında ümumi uşaqları vardısa bu yasaq götürülürdü. Bizim anlamımızdakı kimi çimmək də yox idi. Xanımlar sahildə suyu şappıldadır, uzaqbaşı oturub üst-başlarını yaş edirdilər. Bu zaman onların əynində guya ki, çimərlik kostyumuna bənzər bir şey olurdu. Bu kostyum xanımı təpədən dırnağa kimi örtürdü. Açıq yeri bircə başı qalırdı, onu da şlyapalar, ləçəklərlə bağlamalı olurdu. Kostyumun əsasını korsaj, krinolin (paltarı şax saxlayan metal keçirilmiş alt paltarı) təşkil etdiyindən o hələ ki, çox ağır idi. Başı da mütləq bağlamaq, ayaqlara qalın corab və bağla dartılan dəri uzunboğaz çəkmə geymək də lazım idi. Suya girəndə paltar qalxmasın deyən balaqlarına ağır predmetlər bağlayırdılar. Bütün bunlar ona görə idi ki, birdən su qırağında xanım özünə artıq hərəkət etməyi icazə versə təsadüfən ayaqları və saçı görünməsin. Maraqlıdır ki, ballarda son dərəcə açıq-saçıq dekolte geymiş qadınları qəbul edən cəmiyyət qadının dizinin görünməsini biabırçılıq sayırdı. Qadınlar yalnız dəniz qırağında bəzəksiz istirahət etməyi özlərinə icazə verirdilər.
Dəmir yolunun inkişafı ilə çimərlik mədəniyyəti çiçəklənməyə başladı. Sudan uzaqda yaşayan insanlar çimmək üçün harasa getməyə, istirahətlərini su ilə bağlamağa başladılar. Su prosedurları idman və sağlamlığın simvoluna çevrildi. Dərzilər yüngülləşdirilmiş paltar modelləri təklif etməyə başladı. Ən cəsarətli qadınlarsa ayaqyalın cimmək cəhdlərini etdilər. Bu zaman kişilərin görkəmi də o qədər də ürək açan deyildi. Onlar göy, ya da qırmızı-ağ zolaqlı dizəcən və dirsəyəcən bədənə yapışan trikolarda lap sirk artistlərinə oxşayırdılar, ya da türmədən qaçmış cinayətkara bənzəyirdilər. Qadınların geydiyi kombinezonlar suda hava şarı kimi ufurulub şişər və çox gülməli görünərdi.
19-cu əsrdə üzgüçülük olimpiya oyunlarına daxil edildi və qadınlara kişilərlə bərabər çimmək hüqüq verildi. Qadın da əlinə bəhanə düşən kimi onu çimməyə qoymayan bütün artıq elementlərdən canını qurtardı. «Şahzadə» adlandırılan kostyumlarda çimmək qəbul edilmişdi. O, bir-birinə tikilmiş kofta və enli şaravardan ibarət idi. Abırlı xanımlar bunun üstündən dizdən aşağı olan daha bir ətək də geyirdilər ki, bədəninin xəttlərini gizlətsinlər. Ləçək, ya da həsir şlayapa hələ də kosyuma daxil idi. 19-cu əsrdə üzgüsülük Olimpiya oyunları siyahısına düşəndən sonra çimərlik dəbi sahəsində yeniliklər gündən–günə artmağa başladı. Hətta demək olar ki, indiki üçbucaq şəkilli geyimi məişətimizə bədənlərinin gözəl quruluşunu gizlətmək istəməyən üzgüçü kişilər daxil ediblər.

Müharibələr qoyur ki…

Bəziləri 20-ci əsri çimərlik inqilabı da adlandırır. Bu inqilabı heç kim hiss eləmədi. Çünki daha böyük və rəhimsiz inqilab- bolşevik inqilabı onu kölgədə qoydu. Ona görə də min il ərzində ilk dəfə qadının bədənini açması məsələsi kölgədə qaldı. Hələ bilmək olmaz ki, gələcək kataklizmlərin bu məsələyə nə dərəcədə dəxli var. Qanuna görə qadına bədəninin hissələrini açmaq qadaban olunsa da çimərlik kostyumları gün-gündən balacalaşırdı. 1907-ci ildə avstriyalı üzgüçü qadın Aneta Kellerman çox açıq-saçıq kostyum geydiyinə görə həbs edildi. Amma kostyumun balacalaşdırılma prosesini artıq saxlamaq mümkün deyildi. Aneta Kellermanın geyimini dünyanın minlərlə qadını təkrar etməyə başladı. Məhz Kellerman kino trixində ilk dəfə çılpaq çəkilmək cəsarətində bulunub.
Dünya müşaribəsinə 1 il qalmış 1913-cü ildə ən cəsarətli qadınlar kişi çimərlik kostyumuna bənzər zolaqlı kostyum geyməyə ürək elədi. İndi hətta dərzilər də belə qadın geyimi tikməkdən imtina edirdi. Müharibədən sonra çimmək son dərəcə dəbə mindi. İndi artıq piylərdən qurtulmaq problemi aktuallaşırdı. Artıq keçən əsr boyu yığılmış piy və dəbdən düşmüş iri sinə ilə vidalaşmaq lazım idi. Növbəti dünya müharibəsi qadınları yenə də kişi paltarı geməyə məcbur etdi. Ona görə də müharibədən sonra hamı Kristian Diorun oval formaları qaytarmış façonlarını çox həvəslə qəbul etdi. 40 ildən sonra yenə də incə bel, böyük büst və yenidən iri çanaq dəbli sayılırdı. Bu formaları almaq üçün işlədilər qubkadan, çaşkalardan əlavələri nahaq yerə «pistolet» adlandırmırdılar ki…
1920-ci ildən başlayaraq modelyerlər qol hissələrindən imtina etdilər. Az sonra isə uzun pantelonlardan imtina edərək qadın ayaqlarına hava görməyə imkan yaratdılar. Kostyumların hamar olması əsas götürülsə də hələ ki, təbbi parçalar, çit, trikotaj işlədilirdi. Çünki sintetika hələ ki, kəşf edilməmişdi.
20-ci əsrdə Koko Şanel idman kultu ilə bağlı çimərlik kostyumunda demək olar ki, inqilab elədi. Qadınlar bu dəfə çox qısaldılmış kostyumu qəbul etməkdə tərəddüd etmədilər. Çimərlik kostyumu balacalaşdıqca qadınların qarnı hava üzü görməyə başladı.
Hətta Salvador Dali də «dalikini» adlı kolleksiyasında çimərlik kostyumları təklif edirdi. Adama elə gəlir ki, modelyerlərin başına hava gəlib. Onlar mağazaya bikinidə getməyi, ərə gedəndə nikah mərasimində bikini geyməyi təklif edirdilər. Hollevud prosesdən dala qalmamaq üçün ibtidai icma quruluşundan seriya filmlər çəkir ki, burada aktrisalar incə bikinidə dinozavrlarla döyüşür. Növbəti müharibə, Vyetnam müharibəsi yenə də işə qarışdı. Müharibə əleyhinə çıxışlar, Ceyn Fonda və Anjela Devisin iştirakı ilə çıxışlar az qala kostyumun yuxarı hissəsini ixtisara çalacaqdı. Qadınlar etiraz əlaməti kimi lifçikləri çıxarıb tullayır, ən radikalları Ağ Evin qarşısında onlardan tonqal qalayırdı. Sonra hippi hərəkatı vüsət aldı və yenə də qadın sinəsi dəbdən düşdü. Axı «Çiçəklərin övladları»nın cinsi olmaz. 80-ci illər qadına «vamp» obrazında qayıtdı. İndi dənizə də parlaq kosmetika, çoxlu boyunbağıda gedirdilər. Bijuteriya maksimum, kostyum isə minimum olmalı idi. Yalnız 20-ci əsrin sonu bütün formalarla barışığa gəlib hər şeyi geyməyə icazə verdi. Deyəsən qadının özü kimi olmağının zamanı gəlib.

Bəşəriyyət tarixində ən balaca kostyum

1946-cı ildə dizayner Lüis Reardın Parisdə yeni kostyumu nümayiş etməsini bu sahədə əsil inqilab adlandırırlar. Çimərlik kostyumu ABŞ-ın atom çınaqları keçirdiyi bir adanın-Bikini adasının adı verilmişdi. Bikininin bu dəfəki partlayışı bütün dünyanı ağzına aldı. Bəşəriyyət tarixində insan kostyumu bu qədər balaca olmamışdı. Özü də hərbi şərait parçada qənaətcil olmağa çağırırdı. Bəlkə də bu səbəbdən puritan cəmiyyət bikinini belə rahatlıqla qəbul etdi. 40-cı illərdə ABŞ və Kanadada satılan bikinilər bazarın 20 faizini təşkil edirdi.
Sakit okeanda narahat həyat keçirən adanın adına adlandırılan bu kostyum bütün dünyanın rahatlığını əlindən aldı. Bikini artıq 60 illik yubileyini qeyd edib. Deyirlər ki, onun yaranması seksual inqilbın ilkin mərhələlərindən sayılır. Mini yubka və cins sonradan işə qoşulub. Onun «atası» avtomobil mühəndisi olub. Anası ona qadın alt paltarları satan balaca dükanı miras qoyub rəhmətə getmişdi. İndi biz bədəni örtməyə qadir olmayan nazik çimərlik kosyumunda rahatcana gəziriksə o vaxtlar bu belə deyildi. Cəsarətli modelyer yaratdıqlarını nümayiş etmək üçün «Mülen Ruj», «Kazino de Pari» kimi ad çıxarmış yerlərdən striptizçi rəqqasələr dəvət etməli olmuşdu, çünki normal modellər bu paltarları geyməkdən imtina edirdi. Nümayiş Parisin mərkəzində Delini basseyni ətrafında oldu. Gözləri kəlləsinə çıxmış fotoqrafların çəkdikləri fotolar bütün dünyanı gəzərək nifrət, maraq, heyranlıq kimi ziddiyyətli düyğular oyatdı. Məsələyə kilsə də qarışdı. Katolik ölkələrin bəziləri bikinini ölkəyə gətirməyə qadağa qoydu. Yeniyetmə Merlin Manro, əfsanəvi Bricit Bardo bikinidə ekranlarda görünəndə anlamaq olurdu, artıq yeni silah təcrübələri müvəffəqiyyətlə keçib.
1960-cı cəsarətli addımlar ilində Rudi Genriç bazara monokini adlı mobel çıxardı. İndi çimərlik kostyumunun yuxarı hissəsi də ixtisar edilmişdi. Stilist Rudi Qeyrnrayx monokinini müdafiə edərək deyirdi: «Seksuallıq insanın özündədir, geyimində yox».
1980-ci illərdə ilk strinqlər əmələ gəldi. Amerikada bir zolaq ipdən sallanan çimərlik geyimləri dəbdə idi. Fransız modelyerləri parçaya elastik laykra qatandan sonra çimərlk kostyumu hətta bədənin çatışmazlıqlarını da ört-basdır etməyə qadir oldu. İlk müsəlman qadınının çimərlik kostyumunda şəkli 2009-cu ildə yayılıb.
Çılpaq çimmək dəbi isə 20-ci əsrin əvvəllərində yaranıb. Anadangəlmə çılpaqlıq və təbiət qanunlarına tabe olaraq yaşam tərzi – naturizm Almaniyada yaranıb. 1903-cü ildən etibarən Almaniyada nudist çimərlikləri yaranıb. Alman mayoru Hans Zuren «İnsan və Günəş» adlı kitabında günəş şüalarının insanın bütün bədəninə dəyməsinin xeyrindən yazıb. Amma naturizm cərəyanının qadınlar arasında tərəfdarları az olub.
1951-ci ildə model Miçelina Bernadini ilk dəfə bikinidə çıxış edir. Bu ictimaiyyəti şoka salır. Dünya gözəli titulu uğrunda müsabiqədə isvesrəli Kiki Hakanson səhnəyə bikinidə çıxanda isə İspaniya və İrlandiyi müsabiqədən çıxacaqlarını deyib ultimatum vermişdilər. İndi gözəllik müsabiqələrində çimərlik kostyumunda çıxmaq vacib mərhələlərdən biridir.

Bikini aqressiyanın qarşısını ala bilər

Hazırda çimərlik kostyumu geyimdən çox bədənin bəzəyi kimi qəbul edilir. Ona görə də hər qadının qarderobunda heç olmasa bir dəst çimərlik kostyumu var. Çimərlik kostyumunun tarixi məntiqdən kənar bir tarixdir, lap qadının özü kimi. O, qadna dəxli olan hər bir şey kimi bəzən qorxulu, bəzən tədbirsiz, bəzən də səddləri aşıb keçə biləndir. Neynəməli, aşıb-daşan kişi testosteronunun qarşısında necəsə dayanmaq lazımdı axı! Alimlər deyir ki, cəmiyyətdə aqressiyanı doğuran əsas səbəblərdən biri elə testosterondur. 20-ci əsrin öhdəsinə aqressiya o qədər düşüb ki. Yaxşı ki, hansısa məqamda dizaynerlər anladı ki, kostyum sonsuzluğa qədər balacalaşa bilməz. Bu məqamdan başlayaraq dizaynerlər rəng və forma üzərində axtarışlar tərəfə yönəldilər. Nəticəsini görmək üçün çox uzağa yox, Xəzər sahilində olan hər hansı çimərliyə getmək olar.

MÜƏLLİF: Gülnarə RƏFİQ