пятница, 31 декабря 2010 г.

Kitabfobiya

Dostumla vədələşdiyimiz kimi Xutorun dar-düdük küçəsində görüşüb, üzü “Əcəmi” metrosuna sarı yollandıq. Tələbədir, baməzə, itoynadan, amma zəhmətkeş uşaqdır. Kaloritli danışığı, əla söz ehtiyatı var. Dərsdən sonra Dərnəgülün taxta bazarında günü səkkiz manata fəhləçilik edib yaşamağa çalışır. BDU-nun bufetində 20 qəpiklik çayla başımı piyləyib, danışdıqlarını öz dilindən yazmağı boynuma qoyanda razılaşdım. Yazım də, nə deyirəm?!

“Bazarda mənə ətbaş deyirlər. Əvvəllər bunun nə demək olduğunu bilməsəm də, indi dilimdən düşmür: yəni, key, maygülü, malbaş. Birinci dəfə fəhlə yoldaşım lökdodaq Cümşüddən eşitmişəm, altmış yaşı, altı qızı (hələ qapısını döyən olmayıb), 45 illik iş stajı var. Keçən ilin avqusutunda fəhləçiliyə başlamağımdan üç gün keçməmiş, Dərnəgülə kitab apardım. Dostoyevskinin “ İdiot”unu Qız qalasının yanındakı kitab mağazasında əlli qəpiyə almışdım. Dükan sahibləri bazarda əlikitablı adam görən kimi xoflanıb pıçıldaşmağa başladılar. Heç bir saat keçmədi, gücənə-gücənə çiynimdə altımetrlik taxtalar daşıdığımı görəndə, toxtaqlıq tapdılar, bir-birilə mazaqlaşıb gülüşməkdən qalmadılar. Mənim fəhlə yoldaşlarım-Cümşüd, Qafar, İsmayıl söyüd ağacının kölgəsinə yığışıb hansısa parnofilmə baxırdılar. Kitabı görər-görməz Cümşüd lök dodaqlarını aralayıb irişdi:

- Ə, bajıoğlu, kitab oxuyansan?

O vaxtlar mən utancaq, böyük-kiçik yeri bilən idim. Ədəb-ərkanla dedim ki, tələbəyəm.

- Oxuyuf-oxuyuf nə olajağsan, mantyor?

Qafardan bir gülmək çıxdı ki, qızın telefondan eşidilən nıqqıltısını batırdı.

- İncimə ha, məndən, - İsmayıl dilləndi. - Burda kitab oxuyana səy kimi baxırlar.

- Səy yox ə, bunun adı qaldı ətbaş! – Cümşüd əlini şalvarının altından salıb qarın-qasığını qaşıdı.

- Bazarda kitab satan kişi var, dəlidir. O qədər oxuyub, başı pozulub. Bir də görürsən qışqırır ki, mən planetin şefiyəm. Bu gün gəlsə səni tanış edərəm. - Qafar gülə-gülə dedi.

Onların şit zarafatlarından inciyib eləmədim, heç vecimə də deyildi. Qalınqabırğa olduğumu görəndə mənimlə dostlaşdılar. Həmin gün taxta bazarında kitab satan kişini gözləsəm də, gəlib çıxmadı.

Bekarçılıq olan kimi özümü söyüd ağacının kölgəsinə verib oxuyanda, hiss edirdim ki, mənə baxıb xosunlaşırdılar. Cümşüd şəhadət barmağını gicgahına söykəyib buranda, üçü də birdən gülüb məni ələ salırdılar. Onların acığına səhəri gün üç kitab alıb gətirdim. C.Cabbarlının pyesləri, Mopassanın hekayələri, Frans Kafkanın “Qəsr” romanı... Bir ay çəkmədi ki, tər iyi verən dar-düdük otağımızda əməlli-başlı kitabxana yaratmışdım. Mismar yeşiklərindən düzəltdiyim kitab şkafı otağımızın ən hörmətli yerini bəzəyirdi. Qafar hər dəfə otağa girib-çıxanda dodaqlarını gəmirib deyirdi:

- Qış gəlsin, hamısını peçə basıb yandıracam.

Bir dəfə də ərinməyib kitabların hamısını töküb-töküşdürdü ki, oxumağa bir şey axtarıram. Ağlım kəsmirdi, o, bir səhifəni axıra qədər oxusaydı, it olub hürərdim. Kitabların arxasında olan qiymətlərini bərkdən oxumağa başladı. Tərslikdən köhnə nəşr kitabların hamısının üstündə yeni pulla qiymətləri var idi. Hüseyn Cavid - 60 qəpik.

Heminquey- 80 qəpik.

Turgenev – 40 qəpik.

Dostoyevski - 80 qəpik.

M.Ə.Rəsulzadə - 1 manat 20 qəpik.

C.Məmmədquluzadə - 1 manat.

Kalkuyator götürüb hesabladı. Cəmi, 4 manat 80 qəpik.

- Sən öl, beş manat verirəm, icazə ver, bu kitabları yandırım.

Cümşüd əlini-əlinə sürtüb gözünü ağzıma zillədi ki, nə deyəcəm? Mənim susduğumu görəndə, Qafar bir az da şirnikləşdi:

- Yeddi manat verirəm, dördünü kitaba, üçünü zəhməthaqqı.

Zarafata salıb dişimin dibindən çıxanı dedim ona:

- Ay elmdən, təhsildən, maarifdən bixəbər qotur, sən nə bilirsən axı kitab nədir?! Bu dünyaya eşşək gəlib, eşşək gedəcəksən. Yandırmaq istədiyin Mirzə Cəlil sənin kimi debilləri adam eləmək üçün ömrünü çürüdüb. Kitab insana özünü tanıdır, dünyaya ayıq nəzərlərlə baxırsan. Oxumaqla heç kim dəli olmur...

Mənim zarafatla soxuşdurduğum təhqirlər Qafara ləzzət eləyirdi. Qarnını tutub dişini ağarda-ağarda hırıldayırdı. Elə bu vaxt qucağında bir yığın kitab olan lopabığ kişi “kitab, kitab” deyib bərkdən bağırmağa başladı.

- Sənin axırın bax belə olacaq. Ha-ha-ha, hi-hi-hi, hiii-hiiii-hiiii...

Cüllütə oxşar kişi mənimlə qabaq-qənşər dayanıb bağıra-bağıra dedi:

- Mən planetin şefiyəm, hamı məndən qorxur. Qorxur, bilirsən? Mən Bill Klintonun arvadı ilə sevişirəm. Hələ şahzadə Diana... oxxx, nə gözəldir o. Hər gecə onunla Şotland viskisi içib Məşədi İbad hamamında çimişirik. Bethoven, Bethoven hamamın damına çıxıb bizə fortepiano çalır. Keçən yay Havay adalarında Tolstoyla tennis oynamışam e, tennis. Salvador Dali az qala yadımdan çıxmışdı. O sarsağa dedim ki, özünü adam kimi apar, artistlik eləmə. Mən hər şeyi bacarıram. İstəyirsən qulağımın içindən bir tük çıxarıb ondan çay dəmləyim. Bığlarımdan hamburger düzəldərəm. İstəyirsən, istəyirsən?

- Haa-ha-ha, hi-hi-hi, ho-ho-hooo...

İsmayıl Qafara, Qafar Cümşüdə, Cümşüd də mənə baxıb gülürdü.

Cüllüt kişi kitablarin içindən birini seçib şəstlə mənə uzatdı : “Ailənin intim həyatı”

- Al oxu, gör dünyada nələr var.

Cümşüd kitabı onun əlindən qapıb bir manatı ovcuna basdı. Şalvarını isladan uşaqlar kimi sakitcə bir küncə çəkilib oxumağa girişdi. Dəlini bir təhər yola salıb başımı yellədə-yellədə debillərin yanına gəldim. Kişi geri qayıdıb var gücüylə bağırdı:

- Mən planetin şefiyəm. Mənim inəklərimi masonlar otarır. Qoyunlarımın altını Siciliya mafiyası təmizləyir. Planet mənimdir, mənim.

Qanım it qanına dönmüşdü. Debillərin mənimlə məzələnməyi əməlli-başlı qüruruma toxunmuşdu. Cümşüd qonşu fəhlələri də başına yığıb kitabı ucadan oxuyub qurtaran kimi bazarın ayaqyolunda növbə idi...

Həmin gün müdir məni iş dalınca göndərdiyindən günortadan xeyli keçmiş otağa qayıtdım. Yeyib-içirdilər, stolun üstündəki “Xan” arağı, xiyar turşusu, kolbasa-çörəklə bir yerdə V.Hüqonun “Səfillər”ini də gördüm. Səhifələrini cırıb süfrə əvəzi stolun üstünə düzmüşdülər. Cümşüd rəngimin bozardığını görüb qolunu boynuma saldı.

- Otur, bacıoğlu. Sən mənim xoşuma gəlirsən. Demə Cümşüd içib, ağzının qatığını dağıdır. İstəyirəm ağsaqqal kimi mənim nəsihətlərimə qulaq verəsən. Çörəkvay uşaqsan, sənə yazığım gəlir, ürəyim yanır. Oxuyan uşaqsan, çalışırsan, amma sənin oxumağın kimə lazımdır? Qazandığını da aparıb kitaba verirsən. Bu Viktor Hüqonu tanımıram, amma yüz faiz bilirəm ki, dalında adamı var. Adamı olmasaydı bu boyda kitabı çıxmazdı. İndi kasıb-kusubun kitabın heç kim çıxarmır. Düzdü, bacıoğlu? O oxuduğun institut da axmaq şeydir, oxuyub nə olacaqsan, hə? Sənə kim kömək edəcək, kim irəli çəkəcək? Elə bu Dərnəgüldə qırxın çıxacaq, çezib gedəcəksən. Mən sənə kömək eləmək istəyirəm. Bizim qohumumuz Günəşlidə moyka işlədir. Səni aparım onun yanında, ol moyşik. Sözümün canı var, bacıoğlu, moykaya yaxşı qızlar gəlir. Hamısının xarici maşını, pulu. Kişi istəyirlər, başa düşürsən, kişi. Biriylə tanış ol, özünü istəd, səndən ötrü öləcəklər. Maşallah, yarın-yaraşığın var. Bu qədər kitab oxuyursan, dilin-dilçəyin də yerində. Bir uşaq tanıyıram, indi əsgərlikdədir. Qız hər onun yanına gedəndə, tumuşuna qədər alıb aparır. Uçastkovı qızıdır, özü də can şeydir. Mənə baxma, üstümdən halva iyi gəlir, gora bilet almağa hazırlaşıram. Amma sən cavansan, kef çəkməlisən, qızlardan istifadə eləməlisən. Onların yanında maşın ustası var, “slesarlığı” öyrənərsən, gələcəyə sənətin də olar. Yoxsa düşmüsən institutun, kitabların dalına, bilmirsən axırın nə olacaq. Sözlərimi qulaqardına vurma, yoxsa kitab satan kişi kimi sən də gicbəsər olacaqsan, hamı sənə güləcək, ələ salacaq. İndi götür bu stəkanı, vur mənim sağlığıma. Götür, götür, niyə ağlayırsan, götür...

MÜƏLLİF: Cavid ZEYNALLI

воскресенье, 26 декабря 2010 г.

İtgin Atlantida


Atlantida - bu qədim əfsanəvi ölkə harada yerləşib? Bu barədə üç fərziyyə var. Onlardan ən tanınmışı qədim yunan filosofu Platona məxsusdur.

O deyirdi ki, Altandida Cəbəllütariq körfəzindədir. Geniş yayılmış digər fərziyyəyə görə, Atlantida Santorin adasında vulkan püskürməsi nəticəsində məhv olmuş qədim Krit mədəniyyətilə əlaqəlidir. İndi isə əfsanə və əsatirlərə istinad edərək məlum olub ki, Atlantida Mərmərə dənizi sahillərində yerləşib. Bir çox əsrlərdir ki, Atlantidanın axtarışı tarixçilər, arxeoloqlar və digər mütəxəsislər tərəfindən davam edir. Onlar arxeoloji məlumatları, əfsanələri toplayırlar, heyif ki, əldə edilmiş nəticələr Atlantidanın doğrudan da mövcud olduğunu göstərən əsas sənədə ziddir. Bu sənəd qədim yunan alimi Platonun "Dialoqlar" əsəridir. Sənəddə Atlantidaya aid üç meyar göstərilir: Atlantida adadır, onun ölçüləri Liviya və Asiyadan böyükdür və o, 10-12 min il əvvəl su altında qalıb. Atlantik okeanında geoloqlar su altında qalmış belə nəhəng sahəni aşkar etməyiblər. Onların fikrincə, vulkanın törətdiyi fəlakət 10-12 min il əvvələ deyil, e.ə. II minilliyə aiddir. Atlantidanın Mərmərə dənizi sahillərində olması da həqiqətlə uzlaşmır, oradakı sahə ada deyil və ölçüsü çox kiçikdir. Yer kürəsində elə nəhəng ada var ki, "Dialoqlarda" göstərilmiş bütün meyarlara uyğundur. Bu yerin cənubunda yerləşən buz qitə - Antarktidadır. Orada həyatın olmasını sübut etmək üçün əvvəlcə şimala - Şimal buzlu okeanına yollanaq. Buralarda Atlantların yaşadığı dövrdə Ari adlanan əfsanəvi xalq yaşayırdı. Onlar bütün Avropa xalqlarının əcdadı hesab olunur. Şimal arilərinin yaratdığı əfsanələr Hindistan sakinləri tərəfindən qorunub saxlanılır. Vedi və digər qədim hind ədəbiyyatında arilərin vətənindən çox danışılır. Bu ölkənin səmasında Yerin Şimal oxunun tuşlandığı bir ulduz parlayırmış. Qütb gecələri aylarla davam edirdi, bəzən zülmət şimal işıqları ilə işıqlanırdı. O zamanlar qütb zonası isti idi, mədəniyyətin inkişafı üçün yaxşı şərait vardı. Alimlərin fikrincə, e.ə. XIII minillikdə iqlimin istiləşməsi sürətləndi, subarktik meşələr qütb sahələrindən 300 km şimala çəkildi. Sonra bütün Yer kürəsi üçün dəhşətli bir fəlakət baş verdi: şimal sahələrin iqlimi kəskin dəyişdi. Sibir və Yakutiya kimi ərazilərdə hələ də mamontların cəsədləri tapılır. Radiokarbon təhlili göstərir ki, onlar 11-12 min il əvvəl məhv olublar. Bu fəlakət Atlantidanın su altinda batması ilə eyni vaxta düşür. Beləliklə, 10-12 min il əvvəl şimal qütbündə iqlim isti idi, həyat vardi, amma böyük quru ərazi yoxdu. Belə ərazi yerin əks tərəfində - Cənub qütbündə, Antarktidada vardı. Alimlərin fikrinə görə, materikin buzlaşması 8-12 min il əvvəl baş verib. Əvvəllər buralar müxtəlif heyvanlarla dolu meşəlik imiş, indi isə qitə bir km-lik buz qatıyla örtülüb. Atlantidanı tapmaq üçün qədim xəritələrə diqqət yetirmək lazımdır. Onlardan biri türk admiralı və alimi Piri Rəisin məşhur "Bəhriyyə" kitabında (XVI) verilir. Admiral xəritəni tərtib edərkən, Makedoniyalı İsgəndərin dövrünə aid sənədlərə istinad edib. Xəritələrin birində Cənubi Amerika və Antarktidanın bir hissəsi təsvir edilib. Məlumdur ki, Antarktida 1820-ci ildə F.Bellinshauzen və M.Lazarev tərəfindən kəşf edilib. Qədim xəritədə Antarktidada yerləşən dağlar, çaylar, göllər göstərilir.



Bir xəritə də var. Onu naməlum bir xalq tərtib edib. Fransız riyaziyyatçı və coğrafiyaçısı Oronsi Finey 1531-ci ildə həmin xəritəni nəşr etdirib. Xəritədə buzlardan azad Antarktida göstərilir, qitənin konturları müasir xəritələrdəki təsvirlərə uyğundur, seysmik təhlillər müəyyən edib ki, buz qatı altında göllər, çaylar və dağlar var. Deməli, buzlaşmadan əvvəl hansısa əfsanəvi bir xalq Antarktidada yaşayıb və böyük ustalıqla xəritələr cızıb. Bu xalq mahir dənizçi olub, gəmilərlə Aralıq dənizinə gələrək ticarət edib, bəzən də başqa xalqlarla vuruşub. 10-12 min il əvvəl yerdə qəza baş verib, bəlkə nəhəng meteorit düşüb. İqlim kəskin dəyişib, qütbyanı sahələr daha çox zərər çəkib. Şimal ərazilərdə yaşayan arilər isti yerlərə köçüblər, okeanlar Antarktidanın materiklərlə əlaqəsinə mane oldu, dəyişmiş iqlim təbiəti məhv etdi. İnsaZnlar hara gedəydi? Tədricən Antarktidada həyata son qoyuldu, Atlantida haqqında məlumatlar isə Aralıq dənizi xalqlarının əfsanələrində yaşadı, Atlantida sakinlərinin tərtib etdiyi xəritələr isə indi də müasir insanın köməyinə gəlir.

MÜƏLLİF: Emin QULİYEV

вторник, 21 декабря 2010 г.

Hitlerin İblislə ittifaqı


Bir çox tədqiqatçılar yazır ki, Hitler xristianlığın ən böyük tutyalarından biri olan Taleyin Nizəsini əldə etmişdi. Ona həm də çarmıxa çəkilm İşisaya sancılan Longin Nizəsi deyirlər. Guya məhz bununla Roma legioneri Qay Kassiy "mərhəmət zərbəsi" vurmuşdu. Nəticədə Kassiy Longin adı alır, dinə inanır və müqəddəslər sırasına yazılır.

Taleyin Nizsəsinin mövcudluğu müəmmadır. Mübahisələr Turin kəfəni ətrafındakı qədər qızğındır.Guya Nizə İsanın zühurundan çox qabaq mövcud idi və o iudeylər qəbiləsinin başçısı İusus Navinə, Moiseyin varisinə məxsusidi. Moisey Vəd edilən Torpağı- Fələstini fəth edəndə Nizə çar Salamona dəyir və İudeylərdən bütpərəstləri qovmağa kömək edir.Sonra o qonşuları ilə müharibə edən çar İroda qismət olur. Nizənin sahibləri arasında Böyük Konstantinin, frankların kralı Birinci Teodorixin, imperator Yustinianın, Böyük Karlın da adları çəkilir. Sonra vəsiqələr peyda oldu ki, nizəni Roma imperatorları əllərində tutub.Yəni deyəsən həmin vaxtdan söhbət real əşya haqda gedir. Dünyada dörd Tale Nizəsi sayılır. Vatikanda, Ermənistanda (?? - tər.), Krakovda və Vyanada. Əsl Nizənin olub-olmaması məlum deyil Ekspertiza göstərir ki, sonuncu ən qədimidir. Deməli, yəqin ki, "ən əsli" də budur. O Vyanaya sonuncu sahibi pruss kralı İkinci Fridrixdən qalıb və 1938-ci ilə qədər orada saxlanırdı.

Avstriya reyxə birləşəndən sonra Nizə Nyurenberqə aparılır və müharibədən sonra Vyanaya qaytarılır. O indi dəVyana sarayı xəzinəsi palatasında saxlanılır. Okkult əfsanələrə inansaq, sarayda görmək mümkün olan Nizə saxtadır. Əslini isə Hitler oğurlayıb və indiyə qədər tapılmış bir çox mədəni dəyərlərlə birlikdə Antraktida buzlaqlarında gizlədib. GuyaHitler Longin Nizəsini Birinci Dünya Müharibəsi öncəsi görmüş, Nizənin dünya üzərində zəfər bəxş etməsi haqda əfsanəyə inanmışdır: "Kim onu özününkü elan edib sirrini açarsa, Xeyir və Şərin həyata keçirilməsi üçün dünyanın taleyini öz əlinə götürür".

Əslində isə

Hitlerin Nizəni oğurlaması haqda nağılı ingilis yalançı tarixçisi Trevor Ravenskroft uydurmuşdur. O, 1972-ci ildə bu versiya ilə kitab buraxmışdır. Bu zaman o kitabı kalan cəhalətlə də doldurmuşdur. Məsələn, inandırmaq istəyir ki, Hitler "öz astral bədənində makrokosma çıxmaq və zülmət qüvvələri ilə əlaqə yaratmağa cavabdeh olan mərkəzlər yaratmaq" qərarına gəlmişdi. Əslində isə Üçüncü reyxin rəhbərləri tərəfindən Taleyin Nizəsinə xüsusi maraq haqda heç bir məlumat tapılmamışdır. Amma həqiqətən də nəyə görəsə onu Vyanadan Nyurenberqə aparmışdılar.

Svastika

Guya Hitler inanırdı ki, svastikada tarixi idarə edə biləcək hansısa "zülmət sirr"i var.Və o qəsdən svaçtikanın istiqamətini saat əqrəbinə uyğun götürüb ki, bu nişana iblisanə xarakter gətirəcək. Svastika Buddizmdə Günəşin təcəssümüdür. Müharibəyə qədər Amerika svastika ilə koka-kolanı reklam edirdi. Onu həm də kolovrat adlandırırlar ki, bu da bəşəriyyət tarixində ən qədim simvollardan biridir. Nasistlər üçün elə bir emblem zəruri idi ki, bir yandan hamıya tanış olsun, digər tərəfdən rəqiblər tərəfindən "məngirlənməsin", hamı tərəfindən birmənalı olaraq müsbət reaksiya ilə qarşılansın və xalqı səfərbər edə bilsin. Svastika bu tələblərə ideal cavab verirdi. O xristian Avropası üçün tam ənənəvidi. Amma alimlər söyləyirlər ki, ari mənşəlidir. Bu isə sözsüz ki, almanlarda irqi instiktin oyanması üçün əlavə mühüm müsbətlərdən idi. Svastikanın hərəkət istiqaməti haqda isə (sağdan sola bilik, əksinə isə- əzəmət bildirir) Hitler o vaxt sadəcə olaraq, bilmirdi. Səhifədə yerin azlığı ucbatından yazıdakı "Anenerbe", Şambala, Antarktida haqda bölmələri buraxaraq son bölümə keçməyə məcburam.

Şeytan

Bir versiyaya görə Hitlerin içərisinə şeytan girib. Başqa birinə görə Hitler şeytanla müqavilə bağlayıb və xidmətlər müqabilində qəlbini ona satıb. Guya bu da "uğursuzun" qəfil yüksəlişini izah eləyir. Axı Hitleri ali məktəbdən qovmuşdular. O iki dəfə incəsənət Akademiyasında imtahanlardan kəsilmiş, hətta həbsə də düşmüşdü. Və birdən onun taleyində qəfil dəyişiklik baş verir. 1933-cü ildə Hitler artıq Almaniyanı idarə edirdi. Gizli "şeytan" sənədlərinin mövcudluğu haqda dörd il bundan öncə Muqəddəs Taxt-tacın baş ekzorsisti Qabriele Amort Vatikan radiosunda çıxışında danışıb. O söyləyir ki, Hitlerdə şeytanın möcudluğu aşkarlanıb. Hətta, bu yaxınlarda üzə çıxmış sənədlərə əsasən, İkinci Dünya müharibəsi vaxtı Roma Papası XII Piy "məsafədən" fürerdən şeytanı qovmağa cəhd etmişdi. Amma Amortun etirafına görə, bu eksperiment baş tutmamışdı. Hitlerin şeytanla müqaviləsi nağılının yaxınlarda iki yaşı tamam olacaq. Onda İnternetdə məlumat getmişdi ki, qanla yazılmış həmin müqavilənin özü tapılıb. Guya orada yazılıb ki, şeytan Hitlerə praktiki olaraq insanlar üzərində hüdudsuz hakimiyyət verir. Bu şərtlə ki, o bu hakimiyyəti ancaq şərə istifadə edəcək. Əvəzində fürer qəlbini düz13 il şeytana verməyi öhdəsinə götürüb.

Əlbəttə mistifikasiyadır. Amma çox inamla bəzədilib. Ekspertlər şərh edirlər ki, sənəd 30 aprel 1932-ci il tarixində imzalanıb. Və inandırırlar ki, Hitlerin imzası həqiqidir və onun 30-40-cı illərdə imzaladığı sənədlərdəkinə uyğundur. Mistifikatorlar əlbəttə bilirdilər ki, 30 aprel 1945-ci ildə "sənədin imzalanmasından" düz 13 il sonra bəşəriyyətin nifrətini qazanmış Adolf Hitler özünü öldürür.

MÜƏLLİF: Naməlum

пятница, 17 декабря 2010 г.

Bir qadını ağlatmayın

O zaman neçə mələyi güldürmüş olarsınız
Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.
Kişilər kimi yəni. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa,  ağladan onun ürəyinə çatıb  demək.
Amma o ürəyinin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək iynələri batırır ürəyinə.
O zaman böyük bir yumruq gəlir, tıxanır qadının boğazına. Udquna bilməz, nəfəs belə ala bilməz, çünki o böyük yumruq onu çox ağrıdır.
Gözləri nəmlənir qadının sonra.
”Ağlamayacağam” deyər içindən. Amma əngəl ola bilməz. Çünki biriləri onun ürəyinə qədər gedib çıxıb və iynələri saplamaqdadır.
Bu ağrıya nə qədər dözə bilər ki, qadın. İncə-incə süzülür yaşlar gözündən, əvvəlcə bir neçə damla, sonra leysan…
Və qadın ağlar, həm də çox…
Sanmayın ki, gedənə ağlayar qadın. Gedənin qopartdığı yerdir onu ağladan, orda qoyduğu yaradır.
O yaranın heç zaman qaysaqlanmayacağını, qaysaqlansa belə izinin qalacağını bilər qadın, buna görə ağlar.
Amma bilirsinizmi, ağlamaq qadını yetkinləşdirir. Hər damla daha çox qadın edən qadınları. Hər damla bir dərsdir çünki.
Bəzi qadınlar ağlayanda çox adam “ağlama, niyə ağlayırsan ki, o bu göz yaşlarına dəyməz” deyirlər.
Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamasalar ölərlər. İçlərindəki zəhərdir onları öldürən.
Ağlayaraq öz zəhərdən xilas olur qadınlar, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, o irin təmizlənməsə iltihaba çevrilir yaraları.
Amma gərək çevrilməsin yara iltihaba. Buna görə çox ağlayırlar. Zaman keçər sonra.
Qadınlar özlərinə sarılmağı, özlərini qucaqlamağı öyrənirlər. Ümid edirəm ki, öyrənirlər, yoxsa ruhlar əyri yollara vurarlar özlərini.
Yolunu azan ruhun doğru yolu tapması yeni acılar deməkdir. Bunu bilir qadınlar, buna görədə əvvəl-axır öyrənirlər özlərinə sarılmağı.
Çox ağlayan qadınlar çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirir qadınları, amma yetkinləşdikcə sadəlövhcə inandıqları eşq gerçəyi onların gözündə kiçilir.
Kiçildikcə dəyərini itirir və bax,  o zaman özlərinə sarılıb yeni bir qadın yaradırlar özlərindən. Güclü, məğlubedilməz, məğrur və… eşqə inanmayan.
Adamlar çox vaxt soruşurlar, nəyə görə bu qədər subay qadın var deyə; hamısı da karyera dərdində.
Çünki inanclarını itirdi o qadınlar. Zamanla ürəklərinə o qədər iynə saplandı, o qədər çox ağladılar ki.
Artıq özlərindən başqa doğru olmadığına inanırlar və buna görə özlərinə sarılırlar.
Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı, həm də heç bir zaman. Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.. Başqa nəyə görə sarılsınlar ki?
Niyə sarılaq ki?
Ətrafımızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, o böyüyür, yetkinləşir.
Bilin ki, o gerçəkləri qəbul etməyə başlamışdır.
Bilin ki, artıq eşqin olmadığına inanmışdır.
Bilin ki, qucaqlamalı ancaq bir şeyi qalmışdır.
O da kim, nə deyə soruşmayın.
Çox ağlayan qadınlar əvvəldə axırda özlərini qucaqlayırlar çünki.

воскресенье, 12 декабря 2010 г.

Xəyanətkar qadınlar bunu niyə edir?


Mehmet Raufun “Eylül”, Xalid Ziya Uşaqlıgilin “Eşqi məmnu”, Lev Tolstoyun “Anna Karenina”, Peyami Səfanın “Şimşək” , Emil Zolyanın “Terese Raken”, Kürşat Başarın “Başucumda musiqi”, Əhməd Altanın “Aldatmaq”, Elif Şafakın “Eşq” romanlarında xəyanətkar qadınlar
Türk və dünya ədəbiyyatının bu ən sevilərək oxunan romanlarının movzu və ideyalarının fərqli cəhətələri olduğu kimi oxşar cəhətləri də vardır.İlk əvvəl bu romanların məzmununa və məzmunlardan çıxan ortaqlığa fikir verək:
“Eylül” ( Məhməd Rauf ) romanının baş qəhramanı Suat Sürəyya ilə evlidir. Bacısının münasibətinin olduğu və həyat yoldaşının yaxın dostu Nəcibin onların yaşadıqları evə gəl- getlərindən sonra ülvi bir yaxınlıq baş verir.Nəcib suatdan uzalşamağa çalışır tif xəstəliyinə tutulur.Yaxşılaşdıqdan sonra Suatın o xəstə olarkən unutduğu əlcəyini bacısı Həcərin tapmasından sonra bir çox insan bu məhəbətti öyrənmiş olur.Bununla da Suat da Nəcib də bir- birlərinə olan məhəbbətlərini bir – birlərinə etiraf edirlər. Yaşadıqları villada yanğın baş verir. Suatın içəridə qaldığını öyrənən Nəcib sürəyyadan əvvəl içəri atılır. Suat da Nəcib də yanaraq ölürlər.
“Eşqi məmnu”(Xalid Ziya Uşaqlıgil) romanının baş qəhramanı Bihtər 22 yaşında gənc və gözəl bir qadındır.O, yüngül xasiyyət qadənlar kimi ətraf mühit tərəfindən “Melih bəy dəstəsi” olaraq tanınan qadınlardan biridir. Firdevs xanımın qızıdır.50 yaşlarındakı dul, iki uşaq atası Adnan bəy ilə evlənmişdir.Həyatındakı əsklikliyi hiss etməyə başlayır və adnan bəyin gənc kef məclislərinin daimi sakini olan Behlüllə gizli münasibət yaşamağa başlayır. Adnan bəyin 15 yaşlı qızı Nihal Bihtəri xoşlamır.Qardaşı Bülənti, əməkdar işçilərini və tərbiyəçisini ondan Bihtər ayırmışdır deyə düşünür.Firdevs xanım xəstələnir və qızının evində yaşamağa başlayır.Behlülə Nihalla evlənməyi məsləhət görür. Bu müddət içərsində Behlül Bihtərə xəyanət edir. Bunu qəbul edərək münasibətinə davam edən Bihtər Behlülün Nihalla evlənəcəyi fikrinə qısqanclıqla yanaşır.Onların münasibətindən işçiləri və Nihala aşiq həbəşi Bəşir də xəbərdar. Bəşir vərəm xəstəliyinə tutulur. Behlüllə Bihtərin söhbətini eşidən Nihal özündən gedir. Hərşeyi atasına danışır. Bəşirin köməkliyi ilə xəyanət dəqiqləşdirlir.Otağına çəkilən Bihtər Adnan bəyin təkidlərinə baxmayaraq özünü öldürür.Behlül qaçır. Bəşir ölür.Adnan bəy qızı və oğlu ilə adaya bacısının yanına gedir. Daha sonra mürəbiyyəni və digər işçilərini geri qaytarır.
“Anna Karenina”( Lev Tolstoy) romanın baş qəhrəmanı anna bibisinin təkidi ilə Aleksandrovişlə evlənmişdir. Səkkiz illik evlilik müddətinə baxmayaraq o həyat yoldaşını sevə bilmir.Yoldaşı onla maraqlanmır bu səbəblə də anna ona yaxınlaşmaq yerinə ondan uzaqlaşır.Peterburqa gedərkən yolda Vronski ilə tanış olur.Ona vurulur.Annanın altı yaşında bir oğlu vardır. Vronskidən uzalaşmağa çalışır.Moskvadan Peterburqa geri qayıdır ancaq Vronski Peterburqa onun ardınca gəlir.Vronski Anna ilə münasibət yaşamaq üçün karyerasındaki uğurlardan belə vaz keçir.At yarışında Vronskinin atdan yıxıldığı vaxt narahatlığını gizləyə bilməyən annanın bu gizli eşqi ortaya çıxır.Həyat yoldaşı onla danışır və Anna hər şeyi etiraf edir.anna Vronskidən hamilədir.Aleksandroviç hər şeyi görməməzdən gəlməyə çalışsa da Annanın məşuqəsini evə çağırmasını gördüyü andan etibarən boşanmağa qərar verir.Anna doğum müddətində xəstələnir, etdiklərindən peşman olan qadın həyat yoldaşından onu bağışlamasını, peşman olduğunu dilə gətirir.Aleksandroviç vronskiyə annadan ayrılmayacağını deyir.Vronski intihar edir. Ancaq ölmür. Anna evinə geri qayıtsa da yenidən Vronskiyıə geri qayıdır.Bir müddət italyada sonra Peterbrurqda yaşayırlar.Ancaq Anna aleksandroviçlə rəsmi şəkildə evli olur. Vronski ilə ciddi problemlər yaşayan Anna depresiyaya girir.Uzun müddətdir ölüm haqqında düşünən qadın qəhrəman Vronskinin anasının onun üçün seçdiyi qızı görmək üçün getdiyini öyrənir özünü qatarın altına atır.Vronski bundan çox təsirlənir və ölmək məqsədi ilə müharibəyə gedir.Aleksandroviç Annann Vronskidən olan qızını yanına gətirir.
«Şimşək» ( Peyami Səfa) Əsərin bаş qəhrəmənı Pərvindir. О, zəif və хəstə Müfidlə еvlidir. Təmiz həyаt sürməyən Pərvin Müfidin dаyısı Sаcidlə münаsibətdədir. Bütün bunlаrdаn хəbərsiz Müfid şübhə hissi kеçirməyə bаşlаyır. Sаcid ilə yаnаşı bir çох kəslərlə də münаsibətdə оlаn Pərvin bəzən vicdаn əzаbı çəkir. Müfid isə еvi tərk еtmək, Sаcidi tənhа qоymаq istəyir. Şübhə hissi onsuz da sağlam olmayan Müfidi tаmаmən хəstə vəziyyətə sаlır. Şübhələrinə kiçik dəlillər tаpаn Müfid еvi tərk еdərək хаlаsının yаnаnа gеdir. Səhhəti daha da pis vəziyyətə düşür. Pərvin əfv diləmək üçün оnun dаlıncа gəlir. Pərvini bаğışlаmаsа dа Pərvin оnun yаnındа qаlır, Sаcid də gələrək Müfidin yаnındа оnun növbəsini çəkirlər. Qаrаnlıqdа şimşək çахır. Оtаğа düşən işıqdа Müfid, Pərvin və Sаcidin münаsibətini görür. Sаcidlə Müfid bir-birlərini öldürür. Pərvin isə аğlını itirir. Bаş vеrən hаdisənin yеgаnə şаhidi оlаn Pərvin sirlərini də içinə gömərək nеvrоlожi хəstəхаnаyа düşür.
“Terese Raken”( Emil Zolya) əsərinin baş qəhramanı Raken uşaqlıqdan bibisinin yanında böyümüşdür. O, bibisinin xəstə və zəif oğlu Kamillə evləndirilir.Kаmilli sеvməyən Tеrеsе ərinin dоstu Lаurеntə vurulur. Ərinə оnunlа хəyаnət еdir. Lаurеnt Tеrеsin köməyi ilə əirini çаyа аtır. Kamill öldürülür. Kаmillin ölümündən sоnrа Lаurеnt ilə Tеrеsе bir-birindən nifrət еtməyə bаşlаyırlar. Əsərin sоnundа Kаmillin ölümündən sоnrа qаzаnılmış qоrхu və psiхоlожi böhrаn hissi ilə Tеrеsе ilə Lаurеnt bir-birini öldürürlər.
“Başucumda musiqi”( Kürşat Başar) romanının baş qəhrəmanı orta məktəbi bitirdikdən sonra gənc bir diplomatla öz istəyi ilə evlənərək Amerikada yaşamağa başlayır.O, Türkiyəyə gəldiyi vaxt Ankaradaki bir ziyafətdə Fuad bəyi görür.Fuad ondan yaşca çox böyükdür. Daha əvvəl o, on dörd yaşında ikən Fuadı görmüşdür.Fuada aşiq olur.Fuadda ona.Ailəli olmaqlarına baxmayaraq uzun müddət məktublaşır, telefonlaşan bu insanlar daha sonra çeşidli ölkələrdə görüşürlər.Daha sonra bu qadın qəhrəman hər şeyi öz həyat yoldaşına danışır.Boşanmağa qərar veirir və boşanır. Lakin Fuad siyasətçidir bu qalmaqal səbəbi ilə öz yoldaşından ayrıla bilmir. Siyasi vəziyyət çətinləşir.Baş qəhrəman Türkiyədən uzaqlaşaraq rəfiqəsigilə gedir.Orda da davamlı Fuadla danışır. Fuad həbs olunur.Ancaq buna baxmayaraq həpisxanadan ona məktub yazır. Bir səhər qardaşı zəng edərək Fuadın asıldığını xəbər verir.Qeyd edək ki, bu romanın mövzusu real həyatda baş vermiş əhvalatdan götrülmüşdür. Menderes dövrünün nazirlərindən biri olan Fatin Rüştü və məşuqəsi Vəsamət Kutlunun məhəbbət macərasından bəhs edir.
“Aldatmaq” ( Əhməd Altan) romanının baş qəhrəmanı Aydan yüksək səviyyəli bir bankda işləyir.Həyat yoldaşı ətraf mühit tərəfindən bəyənilən bir cərrahdır.Selin adlı qızı var. Qonşular ondan bir gün binanın həyətində tikiləcək uşaq oyun mərkəzinin proekti üçün qonşu memarla danışmağı xahiş edirlər.Cem zəngin bir ailənin övladıdır. Aydanın qonşusudur.Cemlə onun arasında fziki münasibıt başlayır.Ancaq həyat yoldaşını daha əvvəl iş yoldaşı Həsənlə də aldatmışdır.Cemlə olan gizli münasibəti bir müddət sonra Cem tərəfindən soyumağa başlayan aydan psixi probləmlər yaşayır.Getdiyi qonşu evlərindən xırda şeyləri oğurlamağa və daha sonra oğurladığı əşyaları zibil qutusuna atmağa başlayır. Şübhələnən qonşular polisə şikayət edirlər və şikayət ərizələrini geri götürürlər.Həmin axşam Aydan hər şeyi yoldaşına etiraf edir.Xaluq uzun müddət düşündükdən sonra Aydanı və qızını götürərək başqa bir şəhərə təyinat alır və İstanbuldan uzaqlaşır. Yazıçı- jurnalist Fateh Altaylı bu romanın mövzusunun Artur Haileyin “Təkərliklər” romanından götrülmüş roman içi qısa sujet olduğunu bildirmişdir.
“Eşq” ( Əlif Şəşəq) ( Bu roman Mövlana ilə Şəmsi Təbrizinin sufist ideologiyasından da bəhs edir. Biz romanın bu hissəsini nəql etməyəcəyik). Ella evlidir.Üç övladı var. Həyat yoldaşı ona xəyanət edir. Ancaq bu sadiq qadın ailəsinə sərf etdiyi zəhmətlərindən imtina etmir.O ədəbiyyat fakultəsini bitirmişdir. Ancaq heç vaxt işləməmişdir. Bir gün bir nəşriyyat evindən iş təklifi alır.Müəyyən əsərləri oxuyub bu əsərləri şərh etmək.Ona verilən ilk əsərin adı “Eşq şəriəti” adlanır.Əsərin müəllifini inernet saytlarında axtarırır onun mail adresini tapır.Fotoqraf Əzizlə yazışmağa başlayır.Heç vaxt aşiq olmayan Ella Əzizin ruhundakı sufi duyğulıarına vurulur.Ella hərşeyi ərinə etiraf eidr.Əzizlə görüşür. Lakin Əziz ona fiziki yaxınlıq göstərmir.Çünkü ellanın vicdani baxımdan narahatçılıq yaşamağını istəmir.Əziz xərçəng xəstəsidir. Ömrü az qalmışdır. Buna baxmayaraq Ella onunla birlikdə öz ailəsini tərk edir.Əziz Konyada Şəmsi Təbrizinin və Cəlaləddin Ruminin dəfn edildiyi yerdə dəfn edilməyi istəyir.Ömrünün son günlərini Konyada keçirir və burda ölür. Ella onu dəfn etdikdən sonra Bossona qayıdır.
“Eylül” romanını baş qəhrəmanı Suat həyat yoldaşını çox sevdiyini düşünür romanın ilk hissələrində. “Terese Raken”in baş qəhrəmanı isə bibisi oğlu Kamile bağlanmışdır, çünkü uşaqlıqdan bir yerdə böyümüşlər. “Başucumda musiqi” romanının qadın qəhrəmanı özü evlənib diplomat əri ilə Amerkaya getmişdir. “Eşq”ın qəhrəmanı Ella həyat yoldaşına sadiq bir qadın olaraq təsvir edilmişdir. “Aldatmaq” romanının baş qəhrəmanı Aydan isə yoldaşı Xaluqu sevir.Ancaq bütün bu qadın obrazlarının həyat yoldaşları ilə olan sədaqət əlaqələri yeni sevdalara qapıların açıldığı gün sona yetir.
Bu qadınların hamısı ailəlidirlər. Həyat yoldaşları ilə məhəbbət əskikliyi yaşasalar da onlarla dost olmaq istəyindərirlər. Əsasən Bihtər, Ella, Pərvin, Aydan və “Başucumda musiqi” əsərinin baş qəhrəmanı bu mövzuda daha çox istəklidir. Anna, Bihtər, Aydan, Pərvin “Başucumda müsiqi”nin qadın qəhramanı( müəllif əsərdə onun adını əks etdirməmişdir) Terese həyat yoldaşlarını fiziki olaraq da aldadırlar. Suadla Ella isə mənəvi xəyanət edirlər.Hamısı axtardıqları məhəbbəti tapdıqlarına inandıqları üçün təhlükədən qorxmurlar.Bihtər, Aydan və Terese bu barədə daha cəsarətlidirlər.Bu qadınların çoxusu həyat yoldaşlarına xəyanət etdikləri üçün mənəvi narahatlıq yaşayırlar.Anna, Bihtər, Terese və Suad ən çox narahatlıq yaşayanlardır.Terese və Bihtər özləri ölümə doğru gedən qadınlardır. Pеyаmi Sаfаnın «Şimşək» rоmаnındаkı Müfid оbrаzı Еmil Zоlyаnın «Tеrеsе Rаkеn» əsərindəki Kаmill оbrаzınа çох bənzəyir. Hər iki оbrаz həyаt yоldаşı tərəfindən хəyаnətə məruz qаlmış, hər iki оbrаz fiziki cəhətdən zəif оlmuş (bu zəiflik uşаqlıqdаn həyаtlаrının sоnunа qədər dаvаm еtmişdir), hər ikisi аrvаdlаrının məşuqlаrı tərəfindən qətlə yеtirilmişlər. «Şimşеk»in qəhrəmаnı Müfid Pərvinlə оnа хəyаnət еdən dаyısı Sаcid tərəfindən, Kаmill isə həyаt yоldаşı, dаyısı qızı Tеrеsе ilə оnа хəyаnət еdən Lаurеnt tərəfindən öldürülmüşdür. Bu iki qəhrəmаnın fərqlərindən biri Müfid Zоlyа qəhrəmаnındаn fərqli оlаrаq hеç оlmаsа хəyаnətə məruz qаldığını hiss еtməsi, görməsi və Sаcidi öldürməsidir.
Bütün bu romanların hamısı əsər qəhrəmanlarının əsərin əvvəlində saf və qərarlı təsviri ilə başlayır. Ancaq hadisələr inkişaf etdikcə qəhrəmanlar realist həyatın bəxş etdiyi hadisələrə iradəsizlik göstərirlər.Bu bütün obrazlarda eyni deyildir.Bəziləri sevgi, bəziləri ehtiras qurbanıdır.Məsələn: Peyami Safanın “Şimşək” romanının baş qəhramanı Pərvin məhəbətdən çox ehtirasın qurbanıdır.Bu mövzuda Lev Tolstoyun Anna, Xalid Ziya Uşaqlıgilin Bihtər, Zolyanın Terese, Əhməd Altanın Aydan obrazı eynilik təşkil edir. Məhməd Raufun “Eylül”,Əlif Şəfəqin “Eşq”, Kürşat Başarın “Başucumda musiqi” romanlarının qəhrəmanları ehtirasdan çox aşiq olduqları üçün ailəli olduqları həyat yoldaşlarına xəyanət edirlər. Bu romanlar içərsində Eyül, Eşqı məmnu,Terese Raken, Anna Karenina romanlarının qadın qəhramanları aldatdıqları zaman böyük bir vicdan müharibəsinə düçar olurlar. Əsər boyu çeşidli formalarda qadınların özləri ilə sual cavabları təsvir edilmişdir. Qadınlardan sadəcə “Başucumda musiqi” romanının qadın qəhrəmanının məşuqu evlidir.Bu səbəblə də baş qəhrəman öz həyat yoldaşından ayrılsa da qarşı tərəfin ailəli olması səbəbi ilə sevdiyi insanla qanuni şəkildə yaşaya bilmir. “Eşqı mənmu” romanının baş qəhramanı Bihtər 50 yaşlarındakı adnan bəylə evlənmuşdir.Maddi məsələlər üçün və mənəvi dayaq axtarma istəyi Terese Raken əsərinin baş qəhrəmanı Rakendə və Anna Karenina romanında Bihtərlə eyni sayılır.Bu səbəblə də daha sonra bu üç qadın həyatlarında əskikliyin fərqinı varmağa başlayırlar. Rakenin həyat yoldaşı xəstə bibisi oğludur.Gəncliyinə baxmayaraq o xəstədir.Anna da Vronskini Aleksandroviçdən bezdiyi günlərdə tapmışdır. Aydan qonşusu Cem ilə sadəcə fiziki ehtiyac üçün bir yerdədir.Bu mövzuda Bihtərlə yaxındır.Suat Nəcibə,Rakenin məşuqəsinə bağlandığı kimi sənət və fərqlilik səbəbi ilə bağlıdır. “Eşq ” romanının baş qıhrəmanı Ellaxoşbəxt deyil.O, bunu özünə etiraf etmir.Lakin, qızı ilə arasında çıxan münaqişədə oxucu buna şahid oluruq: “Ben senin derdinin ne olduğunu biliyorum anne” dedi Kanette aniden. “Sen benim mutluluğumu kıskanıyorsun.Gençliğimi çekemiyorsun.Benim de tıpkı senin gibi olmamı istiyorsun.Mutsuz, pasif, can sıkıntısından bunalmış bir ev hanımı!”. Ella midesinin ortasına koca bir taş gelip oturmuş gibi kalakaldı.Demek böyle görüyordu onu öz kızı? Mutsuz, pasif, can sıkıntısından bunalmış bir ev hanımı…” ( 2., s. 23.). Əhməd Altanın “Aldatmaq” romanında isə Aydanın ilk dəfə həyat yoldaşını aldatma hadisəsi belə nəql edilmişdir:
-Daha önce hiç kocanı aldattın mı?
Aydan hemen “hayır” demişti.
Sonra da aynı hızla “evet”diye cevabını değişmişti.
…Zaten aradığım sevişme filan değildi aslında kendimi kadın hissetmeyi özlemiştim…” (1,s.120-121).
Başucumda musiqi romanının qadın qəhramanı Fuadın “məşuqəsi, aşnası” kimi yaşamağı gözə alacaq qədər hazırdır! Fuad onun ilk və son məhəbbətidir, həyatına çox-çox əvvəl, hələ o, on dörd yaşında ikən girmişdir. Ən mühüm olan isə budur ki, bu məhəbbət qarşılıqlıdır. Fuadla onun münasibətləri, fiziki yaxınlıqları uzun sürmür, təxminən 4-5 il davam edir və Fuadın asılaraq edam edilməsi ilə bitir, lakin mənəvi münasibətləri bir ömür boyu – həm Fuadın sağlığında, həm də onun yoxluğunda sürür. Romanın həm də təhkiyəçisi olan qəhrəman qız ötən əsrin ortalarında yaşadığı bu müqəddəs duyğuları Fuadın ölümündən keçən 40 il müddətində də qoruyub saxlayır. Bütün bu olub-bitənlər də romanda aradan keçən bu uzun ayrılığın sonunda onun dilindən nəql edilir. O, sevib seçdiyi və ya seçib sevdiyi üçün o heç bir zaman peşmançılıq hissi keçirmir. Yalnız L.Tolstoyun məşhur romanının Annası kimi ara-sıra özü ilə, öz duyğuları ilə haqq-hesab çəkir, özünü məzəmmətləyir, hərəkətlərinin milli-mənəvi adət-ənənələr, qəbul edilmiş ümumbəşər əxlaqı, şərqli mentaliteti və türk törə-kodeksi ilə uyuşmadığına görə utanır.Bu mövzuda ella da adı çəkilən qadınlar kimi gözü qaradır.Gözünü bağlayan tək şey vardır. Eşq! Eşq bütün bu qadınların bəzən ehtiras pərdəsi, bəzən ülviyyət pərdəsi ilə gözünü bağlayan tək vasitədir. Həyat yoldaşının qətlində iştirak edən Raken daha sonra uğrunda qatilliyi gözə aldığı Laurentdən nifrət etməyə başlayır. Əsərin sonraki mərhələsi Raken və Laurentin vicdan müharibəsi ilə təsvir edilmişdir.Vicdanın sual cavablarına tab gətirə bilməyən bu iki aşiq və məşuq bir birlərini Rakenin düzəltdiyi zəhəri içərək öldürməyi planlaşdırılar.Romanlar içərsində ölüm mövzusu çox təqdim edilmişdir. Əsərlərdən, “Eylül”də Suat və Nəcib yanğında ölümüşdür. “Terese Raken” də Raken və məşuqəsi Laurent qərar verərək bir0 birlərini öldürmüş, yəni birlikdə intihar etmişdir. “Eşqı məmnu”da Bihtər xəyanəti ortaya çıxdıqdan sonra intihar etmişdir. Eyni formada “Anna Karenina” romanının Anna obrazı da intihar etmişdir ancaq Tolstoyun baş qəhramının xəyanəti əsərin ortalarında həyat yoldaşı aleksandıra məlum olmuşdur. Uşaqlıgilin qadın qəhrəmanın isə xəyanəti əsərin sonlarına doğru öyrənilir. “Şimşək ” romanında Pərvinin xəyanət etdiyi yoldaşı Müfid məşuqəsi tərəfindən öldürülmüşdür. “Başucumda musiqi” romanında isə qadın qəhrəmanın məşuqəsi Fuad hökümət tərəfindən asılmışdır. “Eşq ” romanında isə Ella altı ay ömrü qalmış Əziz (Zahara) ilə qaçmasına baxmayaraq Əziz vəfat etmişdir.Romanlar içərsində təkcə “Aldatmaq” romanında ölüm mövzusu təqdim edilməmişdir. “Terese Raken ” romanında Rakenin çətin geçirdiyi həyatını yazıçı aşağıdakı kimi təsvir etmişdir:
“Son derece soğukkanlı bir kızdı. Sakin görünüşünün altında patlamaya hazır, coşkulu bir mizacı vardı. Kendini hep hasta bir çocuğun yanında sanıyordu. Yavaş konuşan, ağır hareket eden, durgun, sessiz, yaşlı bir kadın gibiydi” (3, 2003, 14). “Eylül”də isə aldatmağın ancaq ailə içərisi xəta deyil evlilik modeli ilə bağlı bir xəta olduğunu açıqlamaq üçün yazıçı aşağıdakı cümlələri təqdim etmişdir: “Birden Necip’in “hep kabahat daima aynı hayatı sürmekte,” sözü kulaklarını yırttı. Evet değişmek gerekmez miydi? Eğer bugün yalnızca varlığıyla kocasını bEşqa isteklerinden uzak tutamıyorsa ve bunun sebebi hayatlarının daima tek renk olması ise… Bundan sonar o korktuğu geleceğe egemen olabilmek için hayatını değiştirmeli miydi? Şimdiye kadar hayatlarını hiçbir hesapla düzenlememiş, hep olayların akışına uydurmuştu” (5, s.30-31). Romanlarda yaşanan evlilik mövzusundakı bənzər və fərqli cəhətlərin yanında xəyanət mövzusunda da bənzər və fərqli cəhətlər mövcuddur.Bənzər tərəfi bütün qadınlar bu və ya başqa formada həyat yoldaşlarını aldaırlar.Əsərlərdən “Terese Raken”in Rakeni qohum evliliyini yaşayır.Bəzi qəhrəmanlar isə maddi səbəblər üçün evlidirlər.(“Eşqi məmnu”, “Anna Karenina”)Yuxarda sadalanan bütün yaşayış formaları və səbələr bu qadınların sədaqətini axıra qədər aparıb çıxarmır. “Eşq” romanının sözü gedən qəhrəmanı özü də həyat yoldaşı tərəfindən aldadılır. Qəhrəmanlar ailələrində əldə edə bilmədikləri uğuru( mənəvi və ya fiziki) birlikdə xəyanəti reallaşdırdıqları kişilərdə axtarırlar.Romanlardakı xəyanət fəsilləri və vaxtları fərqlidir.Əsərin sonlarına doğru qadın qəhrəmanların mənəvi aləmlərinə baxarsaq bəziləri etdiyi xəyanət səbəbi ilə peşmandır, bıziləri isə peşman deyil. “Eşqi məmnu”nun Bihtəri, “Anna Karenina”nın Annası, “Terese Raken”in Rakeni, “Eylül” ün Suadı, “Aldatmaq”ın Aydanı( az da olsa), “Başucumda musiqi”nin baş qəhrəmanı ( az da olsa) peşmançılıq hissi içərsində təsvir edilmişdir. Sadəcə Ella (“Eşq”) bu hissdən kənarda təsvir edilmişdir.
MÜƏLLİF: Qəmər ALXANOVA

вторник, 7 декабря 2010 г.

Qadın və kişi


Bir qadınla söhbət edirdik. Tanıdığı cütlükdən danışdı.” Onlar heç vaxt ikilikdə olmurlar. Mütləq yanlarında kimsə olmalıdır. Sevgililər gününü də dostarla keçirirlər”-dedi. Onları “təklik” birləşdirmir. Baş-başa qalanda darıxırlar . Bu sevgidirmi?

Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!

Öyrəncə. Birgəlikdə öyrəncə amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrəncə, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bumu birləşdirir” məsələsi sual və problem doğura bilər.

İnasanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə- birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini , xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır.

Ehtiras. Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır.

1 .ağıl

2 .əxlaq

3 .şirindillik-pozitivlik

4. sadiqlik

5. alicənablıq

6.gözəllik-çəkicilik

Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər.

Qadınlara psixoloqların bir neçə məsləhəti.

1. narkoman və alkoqoliklərdən uzaq olun. (nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin)

2. xəsis kişilərdən qaçın

3. öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin

4. yaxınları- dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.

İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçgili halın arxasında gizlənən bir gözəllik idi bu.

Əməlli başlı araq düşgünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu. İçgi sinir sitemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir. Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın.

Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur.

Yaradıcı adamların içində içgiyə narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.

Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq.

Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə.

Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər. Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək. İstər maço olsun, istər ligth güvən yarada bilməyən erkəyi qadınlar sevmir.

Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür qoy – edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.

Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər- arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı –qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yaradır. Çünki ər sevgili də olmaq istəyir.

Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.

Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox, öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.

Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyət görünməkdən qorxur. Kişi isə düşünür: Yəqin məndən xoşlanmır. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.

Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal –əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.

İnternettə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb. Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq.

Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir.

Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meyilli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa deməli işgüzar deyil,məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün.

Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil.

Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır.

Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instink onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq –saçıq geyinmə , tək başına ora- bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir…

“Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.”- V.P. Şeynov.

MÜƏLLİF: Aysel ƏLİZADƏ