среда, 27 октября 2010 г.

Qadın xəyanətinin səbəbləri

Həm kişilər, həm də qadınlar xəyanət etməyə qadir varlıqlardır. Heç bir yerdə “kişiyə xəyanət etmək olar, qadına isə qadağandır” sözləri yazılmayıb. Nəzərə alsaq ki, onların hər ikisi insandır və daim xoşbəxtliyə can atırlar bu zaman xəyanətin də olması tam realdır.

Qadın xəyanətinin əsas səbəbləri

Düzdür, statistikaya əsasən kişilər 4 dəfə tez və çox xəyanət edirlər. Qadın xəyanəti isə bir qədər fərqlidir.

1. Təbiət etibarılə qadın güclü, ehtiraslı və aktiv kişinin hakimiyyətində olmağa vərdiş alıb. Buna görə də müasir zamanın qadınları daim təşəbbüsü əlinə alan, güclü kişi arzulayır. Bu baxımdan əgər kişinin aktivliyi azalırsa qadında bir o qədər çatışmamazlıq yaranır və o, kənara qaçmağa başlayır. Arxa-dayağı başqa yerdə axtarır.

2. Təbiətən qadın öz övladına yaxşı ata axtarır. Uşağın real həyatda olub olmaması isə önəmli deyil. Qadın ilk növbədə anadır və onun düşüncələri də bu istiqamətdədir. Bəs “yaxşı ata” kimdir? Bu nəinki xeyirxah insandır, həmçinin mənən və fiziki güclü, maddi baxımdan təmin olunmuş insandır. Buna görə də qadınlar varlıların yanına qaçır. Tamahkarlıqdan yox, sadəcə təbiətən özünü beləsinə layiq görür. Bu da qadının instinktindən irəli gəlir və bu instinkt o qədər güclüdür ki, bütünlükdə qadınların dərrakəsinə təsir edir. Bu instinktin özünü büruzə verməməsi üçün kişilər onlardan tələb olunanları vaxtaşırı olaraq öz qadınına nümayiş etdirməlidir. Bu güc, ağıl, məsuliyyət, qayğı, təşəbbüs və məişət stabilliyidir.

Növbəti pillə isə kişilər üçün psixoloji məqamdır.

3. Uzun illər bir yerdə yaşadıqdan sonra kişilər öz qadınına qadın kimi yanaşmır, onların münasibıtlərində romantika olmur, münasibətlər daha çox məişəti xarakter daşımağa başlayır. Nəticədə qadın özünü qadınlıqdan çıxmış hesab edir. Axı qadının xoşagəlmə, arzu olunmaq, təəssürat oyatmaq kimi tələbatı var. Tədricən qadın özünü lazımsız, tənha hesab etməyə başlayır. Ağlında xəyanətlə bağlı fikirlər formalaşır. Daha yaxşı partnyor axtarışına çıxır. Bununla bərabər şüuraltı olaraq öz ərində mənfiliklər axtarıb tapır, köhnə söhbətlər yenidən gündəmə gəlir. Nəticədə həmin qadın ərinə qarşı mənfi emosional “bomba” hazırlamış olur, istənilən uyğun məqamda isə o, partlayacaq və xəyanət baş verəcək. Buna görə də kişilər unutmamalıdırlar ki, onların yanında nəinki qayğıkeş qadın, uşaqların anası, sözün əsl mənasında qadın var. Hərdən isə qadınlığını ona hiss etdirməlisiniz. Kişilərlə qadınlarda psixoloji olaraq xəyanət anlamı bir qədər fərqlidir. Kişilərdə həyata keçirmə ideyası qadınlara nisbətən daha tez baş verir. Kişilər xəyanət haqda ilk narazılıqlardan sonra düşünməyə başlayırlar. Təbiətən onlar daha aktivdirlər, buna görə də qərar qəbulu və həyata keçməsi daha tez baş verir. Qadın isə xəyanət haqda çox götür-qoy edir, əzab çəkir və dəqiq səbəb tapır. Təbii ki, yuxarıda yazılanlar heç də hamıya aid deyil. Lakin statistik göstəricilərə görə qadın xəyanətinin əksəriyyəti bu səbəblərdən baş verir. Bu biliklərdən istifadə edərək qadınlarınızdan diqqəti əsirgəməyin!

воскресенье, 24 октября 2010 г.

Apokalipsis

Qərbdə onları «survivalist» adlandırırlar. Ruslar isə onlara «vıjivalşik» deyir. Tərcümədə mənası «sağ qalmaq istəyənlər» deməkdir. Onlar qızğın şəkildə ərzaq ehtiyatı toplayır, yanacaq, hərbi sürsat yığır, sığınacaq yerləri yaradır və çağrılmamış qonaqlardan xilas olmağın yollarını məşq edirlər. Onlar postapokaliptik ədəbiyyatı dəlicəsinə sevir və birini də oxumamış buraxmırlar. Adi insanlar yaşamağın yollarını ədəbiyyatda arayarkən onlar ölməməyin yollarını axtarırlar. Çünki onlar hamı ölərkən sağ qalmaq fikrindədirlər. Onlar axirət günündə sağ qalmağın mümkünlüyünə də inanırlar.
Nəyin bahasına olursa olsun sağ qalmaq!

Son vaxtlar yaranan filmlər də ki, elə bil sifariş əsasında çəkilir. Hamı dünyanın sonundan, kataklizmlərdən, fəlakətlərdən danışarkən bu mövzu kinoya rahatlıqla yol tapdı. Əslində dəhşət filmləri sayılmayan bu filmlər insanlara dəhşət filmlərindən də dəhşətli gəldi. Çünki bu, həqiqətə çox yaxın görünürdü. Bəlkə də indi kinomatoqrafdakı filmlərin əksəriyyəti sağ qalmaq istəyənlərin bir növ sifarişidir. Amma onlar özləri üçün çıxış yolu axtararkən hamının tanıdığı cığırlarla getmək istəmirlər. Adi insan üçün hamı öləndən sonra qalmağın özü çox dəhşətli görünərkən onlar necə olursa olsun sağ qalmaq istəyirlər.

Stalkerlərin zamanı keçdi

Struqatski qardaşları «Yol qırağında qəlyanaltı» əsərini yazanda təqvim hələ ki, 1976-cı ili göstərirdi. Həmin əsəri ekranlaşdıran məşhur rejisyor Tarkovski filmin adını «Stalker» qoyur. Bundan sonra fantastika sanki reallaşmağa başlayır. Artıq 1986-cı ildən sonra «zona» anlayışı təkcə cəza məssisəsi, türmə demək deyildi. İndi bu sözün başqa mənası da əmələ gəldi. Filmə baxandan sonra insan ayağı dəyməyə yasaq olan sirli yerlərə, girişi və çıxışı tamam fərqli meyarlarla ölçülən məkanlara «zona» deməyin gəlir. Çernobıl atom stansiyasındakı qəzadan sonra onun ətrafında qadağan olunmuş sirli, qorxulu, cəlbedici olduğu qədər təhlükəli zonanın yaranması ədəbiyyatda yeni janr – «stalker» janrının tərəfdaşlarının təxəyyülünü yeni materiallarla qidalandrmağa başladı. Filmə görə «zona» maymaqları, fərsizləri sevmir. Ona görə də zonaya bələdçilik edən adamın özü – stalker ölümünə imza atmış adam kimi hər dəfə risk edir və hər dəfə də geri qayıdıb qayıtmayacağında əmin deyil. Film ekranlara çıxandan sonra stalker obrazı müasirliyin qəhrəmanları sayılan kəşfiyyatçı, disantçı kimi riskli peşə sahibləriylə yanaşı qoyuldu. Stalkerlər məchul məkanlara aparan bələdçilər sayılır. Amma geri qayıda bilsə o, evində, rahat yatağında yatıb dincələ bilir. Yorulubsa, xəstədirsə, yaxud peşəsindən bezibsə onun bu işi atmaq imkanı da var. Filmin musiqisində tar Bayatı-Şirazı çalıb ürəyimizin yağını əridə-əridə belə bir zonanın olduğuna inandırırdı.

İlk survivalist Nuh peyğəmbərdir

İndi təsəvvür edək ki, ətrafımızda hər yer belə bir zonadır. Heç kim üçün bu zonadan çıxış yeri yoxdur. Və ölüm gələnədək burda qalıb mübarizə etmək gərəkdir. Bayaq adını çəkdiyimiz survivalistlərin idealogiyası və konsepsiyası belədir. Bu cərəyan stalkerlikdən daha qoca və daha da populyardır. Survivalist nəinki qlobal kataklizmə inanan adamdır. O, həmən günə, həmən ana hazırlaşır. Bu termini ilk dəfə amerikalı publisist Kurt Sakson ortaya atıb. O, ekstrimal şəraitdə sağ qalmağı öyrədən məlumat kitabçasının müəllifidir. Amma bir cərəyan kimi survivalizm daha əvvəl yaranıb.
Nuh peyğəmbəri bəlkə də ilk survivalist saymaq olardı. Yeri su basarkən nəinki insanların, bütün canlıların xilası naminə çalşan insan obrazı hələ də aktualdır və yeni-yeni versiyalarda ədəbiyyata, kinoya gəlməkdə davam edir. O, dünyanın sonuna hazırlaşan insanları həmişə ilhamlandırıb. ABŞ-da şəxsi nicat gəmilərinin kütləvi şəkildə hazırlanması keçən əsrin 50-ci illərindən başlayıb. O vaxtlar «soyuq müharibə» çox real görünürdü və minlərlə insanı qorxu içində saxlayırdı. Hər gün dünyanı «qırmızı kommunizm kabusu» dolaşırdı və əksəriyyəti atom müharibəsinin reallığına və labüdlüyünə inanırdı. Sadə amerikalılar bombalarda qorunmaq üçün yeraltı bunkerlər qazır, adam ayağı dəyməyən yerlərdə komalar tikib həmən bu dəhşətli günü gözləyirdilər. Məktəblərdə mülki müdafiə dərsləriylə uşaqları bu günə hazırlayırdılar. O vaxtlar dövlət bu kütləvi paranoyanı ciddi qəbul etmirdi. Onun ağlına da gəlməzdi ki, nə vaxtsa bu cərəyan nəzarət altından çıxa bilər. 3-cü dünya savaşı təhlükəsi get-gedə gerilədikcə çoxları əvvəlki kimi qayğısız həyat tərzinə qayıtdı. Amma ümumdünya kataklizmlərinə ürəkdən inanmış insanlar o qədər də optimist deyil. Onlar dünyanın sonuna daha də cəhdlə hazırlaşmağa başladılar. Bu dəfə təhlükə təkcə nüvə partlayışı təhlükəsi deyildi. İndi söhbət bütün dünyanın sonundan və məhvindən gedirdi.

İnsanın insana etibar etmədiyi bir gün

Survivalist üçün fərqi yoxdu ki, dünya nədən məhv olacaq. Dünyanın nüvə silahı dağıdacaq, yoxsa yadplanetlilərin atdığı bomba. Yer kürəsi iqtisadi böhranda çökəcək, yoxsa təbii fəlakətdən, qlobal istiləşmədən. Onunçün zombiləşmə də təhlükəlidir, adətkarda olduğu sivilizasiyanın məhv olması da. O, bu hadisədən sonra olacaq sosial xaosdan qorxur və məhz həmən günə hazırlaşır. Onunçün artıq faktdar ki, mağazalar əvvəl bağlanacaq, sonra qarət edilib dağıdılacaq. Elektrik cərəyanı tamam yoxa çıxacaq və kommunikasiya telləri qırılacaq. Hökümət hərbi vəziyyət elan edəcək, küçələr meyitlərlə dolu olacaq, sonra isə kütləvi epidemiyalar başlayacaq. İnsanlar nəinki radiasiya, virus və monstrlardan qorunmalı olacaq, insan insanın özündən təhlükə gözləyir. Belə bir dəhşətli gündə sağ qalmış insan üçün fərqi yoxdu ki, onu küçədə polis güllə ilə vurub yaralayacaq, yoxsa onu qaçqınlar üçün ayrılmış düşərgədə aclıq və xəstəliklərdən öldürəcəklər. Qəddarlaşmış və ümidini itirmiş insanlardan kimsəni normal saymaq mümkün olmayacaq, çünki onlar bir banka konserv üstündə, ya da bir tay ayaqqabıdan ötəri özükimisini öldürməyə hazır olacaq. Survivalizm bax belə bir şəraitdə salamat qalmağın yollarını axtarır. Çünki o, insanlara etibar etmədiyi qədər də dövlətə inanmır. Bir qab şorba almaq üçün ucu-bucağı görünməyən növbəyə dayanmış adamlara güclə nəzarət edən dövlət survivalist üçün qəbuledilməzdir. Çünki təhlükənin bəlkə də ən böyüyü ordan gəlir. Survivalist gücünü yalnız özünə hesablayır. Onun mənəvi ehtiyatı uzaqbaşı bir ailəyə, ya da kiçik qrupa çata bilər.
«Triffidlərin günü» (1951), «Otun ölümü» (1956) romanları, «Sıfırıncı günün təlaşı» (1961) kimi filmlər survivalistlərin az qala İncil səviyyəsinə qaldırdıqları əsərlərdir. Sonralar bu mövzuda yüzlərlə kitablar yazıldı və filmlər çəkildi. Sağ qalmaq istəyənlər üçün minlərlə kitabçalar, yol göstəricilər nəşr edildi. Sovet İttifaqı dağılan kimi müstəqil ölkələrdə də bu cərəyan işə düşdü. Maraqlıdır ki, 2-ci dünya savaşında mühasirədə qalma təcrübəsi olan Peterburqda onlar ən çox yayılıblar. Amma onlar heç vaxt nə ilə məşğul olduqlarını açıqlamırlar və dost-tanışla bölüşmürlər. Bəzən məşğuliyyətlərinin adını hobbi qoyurlar. Uzaqbaşı anonim niklə İnternetdə təcrübə mübadiləsi edirlər. Amma gizli yerlərini, tikintilrin layihələrini heç kimlə bölüşməzlər.

Sonuncu günün repetisiyası

Onları anlamaq olar. Həmin bu qara gün gələndə (onların terminalogiyasna görə bu gün BP, yəni «Böyük Pe» adlanır) heç kim istəməz ki, illər uzunu tikib hazırladığın sığınacağa tanımadığın insanlar girsin. Əgər stalker sirrlərlə dolu, qorxulu zona axtarırsa survivalist balaca təhlükəsiz «ada» yaradır. Bura evin zirzəmisi, qarajı da ola bilər. Əgər imkan varsa xüsusi tikilmiş bunker də, meşədə tapılmış mağara da. Bir az əvvəl ABŞ-da survivalistlər arasında «retreater» adlanın ideya populyar idi. İdeyanın əsasında kəndə köçüb təsərrüfatla məşğul olmaq dururdu. Amma onlar anlayırdı ki, hamı kimi sağ qalmaq istəyən fermerlər çağırılmamış qonaqlara sevinməyəcəkdi. Elə həmin səbəbdən survivalist konservlər və dənli bitkilər topladığı kimi silah da yığmalıdır. Qanunla icazə verilmiş ov silahı survivalist üçün postapokaliptik dünyada sağ qalmağın ideal variantlarından biridir. ABŞ-da tamamilə qanunu yolla bütöv bir silah arsenalı toplamaq olar. BP günündə hər şey yarayacaq- əlbəyaxa döyüş fəndləri, bıçaq atma bacarığı, balta və bellə işləmək adəti. Sağ qalmaq istəyən avtomobili təmir etməyi də bilməlidir, generatoru işə salmağı və ocaq qalamağı da. Soba tikməyi, vəhşi təbiətdə yemək tapmağı, suyu təmizləməyi, toxum cücərtməyi bilməyən adam əlbəttə ki, sağ qala bilməz.

«Köstəbəklər», «nuhlar» və «siçovullar»

Tutaq ki, BP günü (qulaqlara qurğuşun) gəldi. Bəs sonrası necə olacaq? Məqsədlərinə görə survivalistlər 3 qrupa bölünürlər. Birinci və ən çoxsayıl hissəni «kostəbəklər» adlandırırlar. Onlar passiv və etinasızdır. Məqsədləri öz gizlin yerlərində salamaq qalıb gizlətdikləri peçenyeni xırtıldadaraq çay içib «Hamı ölsə də mən sağ qalacam» devizi ilə yaşamaqdır. İkinci qism survivalistləri «nuhlar» adlandırırlar. Onlar nəinki özləri xilas olmaq istəyir, həm də müxtəlif gəmi tipli üzən qurğular tikirlər ki, daha artıq bir şeylər xilas edə bilsinlər. Onlar elmin, tərəqqinin nailiyyətlərinə də qiymət verirlər deyən bunları gələcək nəsillərə çatdırmaq üçün də çalışırlar. Onlar seçim qarşısında olsalar Şekspirin kitabı əvəzinə bir kanistr benzini tullayarlar. Survivalistlər arasında «siçovullar» daha təhlükəlidir. Alimlərin fikricə yer kürəsinin başına bir iş gəlsə bütün canlılar arasında siçovulların ən çox şansı var ki, planetin yeni sahiblərinə çevrilsinlər. Həmin bu keyfiyyəti əllərində bayraq edən «siçovullar» da belə davranmağı düşünür. Onlar indidən gizli cəmiyyətlər yaradır, bir-birinə dayaq olurlar. Onların planına görə BP günü hamı başını itirib çığıra-çığıra ora-bura qaçarkən silahı ələ alıb bütün dəyərli yerləri nəzarətə götürmək lazımdır. Mağazalar, benzin doldurma məntəqələri ilk məqsədləridir. Sonra federal qoşunları şəhərdən qoparıb muxtariyyat əldə etməkdir. Artıq indidən bu arzuyla yaşayan bu qruplaşmalar dama-dama köynək geyib «Tenerin gündəlikləri» kitabını oxuyaraq «Milli atıcılıq assosiasiyası»nın tərkibində ola-ola ətraflarındakı hər adama düşmən kimi baxırlar. Bu səbəbdən onlar artıq indidən dövlət tərəfindən ciddi nəzarət altındadırlar.
***
Tərs kimi də mayya qəbiləsinin təqvimi 2012-ci ilin 12 dekabrından o yanı göstərmir. Onların dediyinə görə 5-ci Günəşin zamanı bitir. Dünyanın sonu gələn günü öncəgörməlik edən müxtəlif sektalar insanların başını dumanlandıraraq adətən varidat toplamaq məqsədi güdürlər. Dini kitablarda danışılan axirət günü ilə camaatı qorxudaraq şəxsi həyatlarını təmin edirlər. Amma onlara inanan yüzlərlə insan köstəbək kimi yer altında komalar qazıb indidən ora doluşur və dünyanın sonu gələcək gündə özünü qarantili hiss etmək istəyirlər. Müqəddəs kitablar deyir ki, Allah əvvəl mömin bəndələrinin canını alacaq ki, qiyamət gününün əzabını onlar görməsin. Həmən günü sağ qalmağın nə mənası var?

MÜƏLLİF: Gülnarə RƏFİQ

понедельник, 18 октября 2010 г.

Qədim dövrün eyibləri. İsa Məsihin gəlişi

Xristianlığa qədərki Avropa. Roma imperiyasında cəmiyyət. Əxlaqsızlığın çiçəklənməsi. İsa Məsihin gəlişi

Dini və elmi kitab nəşrlərində, həmçinin digər kütləvi informasiya vasitələrində İslamaqədərki dövr, həmin dövrün insanlarının cəhalət və xurafat bataqlığında çabalaması artıq bir çoxlarına aydındır və tarixi faktlarla işıqlandırılıb. Qadınlardan qul kimi istifadə edilməsi, ona cansız əşya kimi baxılması, cansız əşyaların isə tanrı hesab edilməsi, yeni doğulan qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi iyrənc adətlər, insanlıq əxlaqına sığmayan digər ənənələrin geniş vüsət alması, belə halların cəmiyyətin həyatının ayrılmaz tərkib hissəsi olması və bu zaman Muhamməd (s.a.s) peyğəmbərin sonuncu elçi kimi Allah tərəfindən insanları haqq yola dəvət etməsinin tarixi Azərbaycan gənclərinə artıq məlumdur. Lakin bu zaman ortaya sual çıxır. Bəs VII əsrdən əvvəl bəşəriyyəti haqq yoluna dəvət etmək üçün uca Allah öz elçilərini göndərirdimi? Xüsusilə Qərb cəmiyyətinə, Avropa mədəniyyətinə, hansı ki, müasir tarixçilər sivilizasiyanın əsasının həmin mədəniyyət olduğunu təkid edirlər. Bu hansı mədəniyyət idi ki, hətta indiki tarixçilərin əksəriyyəti hələ də həmin dövrə belə vuğundurlar. Gəlin həmin dövrün tarixinə birgə nəzər salaq.

Bu mədəniyyət tarixə qədim Roma və qədim Yunan mədəniyyətləri kimi daxil olub. İndi isə həmin mədəniyyətlərdən yalnız tarixi faktlar, sayı çox olmayan əyani irslər, qanunlar və danışdıqları, kitablarında qorunub saxladıqları latın dili yadigar qalıb. Xüsusilə Roma mədəniyyətinin əksər hissəsi Yunan mədəniyyətinə hopub və məhz onların vasitəsilə dövrümüzə qədər gəlib çatıb. Bəs görəsən qədim dünyada ən böyük quldar dövlət olan, demək olar bütün dünyaya, bütün insanlara hakimlik edən, yüksək mədəniyyətə sahib olan, sarsılmaz hərbi ənənəyə malik, qanunları müasir qanunların sələfi olan və öz vətəndaşlarına hər cür azadlıq verən, ilk respublika quran Böyük Roma İmperiyasını nə sarsıtdı? Onu Yer üzündən hansı səbəblər sildi?

Bütün yollar Romaya aparır

O dövrdə Roma şəhəri mədəniyyətin və ticarətin paytaxtı hesab olunurdu. Şərqdən, Cənubdan, Şimaldan tacirlər, səyyahlar, hərbçilər, elm adamları buraya axışırdılar. Makedoniyadan,Elladadan, Nubiyadan, İlliriyadan, Qalliyadan, Kaledoniyadan, Finikiyadan, Misirden, Ispaniyadan, Skandinaviyadan buraya xız-dıri, suiti yağı, nadir balıq növləri, sidr ağacından hazırlanan məmulatlar, geyimler, şüşə və qiymətli daşlardan hazırlanmış bəzək əşyaları, silahlar, vəhşi döyüş heyvanları və kölələr göndərilirdi. Roma şəhərində isə vətəndaşlara yeyib-içməkdən, əyləncə və yatmaqdan başqa heç nə qalmırdı. Məhz buna görə də o vaxtkı Romada zəhmətlə başa gələn məşğuliyyətdən savayı hər şey-qarıtçilik, uşaqbazlıq, əkscinsçilik, fahişəlik, fırıldaqçılıq, intriqa, işgəncə üsullariı, əylənce metodları, növbənöv istirahət ocaqları, termlərdə baş alıb gedənəxlaqsızlıq, bunları tənzimləmək məcburiyyətindən doğan qanunlarıin qəbulu və bu qanunları hazırlayan filosoflar zamanın və məkanın tələbi ilə bir-birilə paralel inkişaf edirdi.

Roma ordusu

Məğlubedilməz Roma ordusu əsasən iki növdən təşkil olunmuşdu. ə. Süvari kavaleriyadan, hansı ki, başljrını qırmızı saçaqlı dəbilqələr qoruyan döyüşkən patrisilərdən təşkil olunmuşdu və s. Legionlardan, hansı ki, piyada plebey və digər xalqlarıin nümayəndələrindən olan legionerlərdən ibarət idi. Roma ordusunun işgallarında legion qoşunları mühüm rol oynamışdır. Orduda sərt nizam-intizam var idi. Bir legion 50 senturiyadan təşkil olunurdu. Hər senturiya ə00 legionerdən təşkil edilirdi və başında senturion adlanan yüzbaşı dururdu. Ümumiyyətlə ordu çox dözümlü idi. Hərbi xidmət bir peşə idi. Imperiyanının ucqar sərhədlərini qoruyan döyüşçülər orada yaşayıb orada da ömürlərini başa vururdular. Lakin onlarin ə illik gəliri adi roma vətəndaşının 5 illik gəlirinə bərabər idi. Ona görə də vətənlərinə ürəklə xidmət edir, ölümü özlərinə şərəf sayırdılar. Legionların düzülüşü Makedoniyalı Isgəndərin ordusundakı falanqalarını xatırlatsa da, legiondakılar daha çox silahlı və universal əsgər idilər. Biz ona görə Roma ordusu haqda belə müfəssəl məlumat veririk ki, eyş-işrəti sevən bu imperiyaya qarşı digər xalqların nə üçün səsini çıxarmadan uzun zaman rəiyyətlik etdiyi oxucuya tam aydın olsun.

Romada cəmiyyət

Romalı vətəndaşlar ya kasıb plebey, ya da çox zəngin patrisilərdən ibarət idi. Romalı ailə qohumluq əlaqəsinə daha çox əsaslanırdı. Ailənin əsasında matron adlanan qadın dururdu. O ailə adından ziyafətlərdə iştirak edir, ailə üzvlərinin imtiyazlarıni paylaşdırırdı.
Ailədəki uşaqlar məktəbə gedir, orada rəsm, latın dili, hesab və s. öyrənirdilər. Qızlar oglanlarla birgə əyləşirdilər. Yol boyu Roma küçələri ilə keçib gedən məktəblilər səkilərin üstünə düzülən ədəbsiz qadın heykəlciklərini, çılmaq rəsmləri, intim xidmət göstərən qadınları görürdü.

Matronlar qızlarını böyük qonaqlıqlara aparır (bal ziyafətləri sayağı), orada onlara ər seçir, digər qohumluq əlaqələrinin təməlini qoyurdular. Bu cür qonaqlıqlarda müəyyən saatlardan sonra hər kəs paltarlarını soyunur, öz bədənlərinin qüsursuzlugunu və biçimliliyini də nümayiş etdirirdilər. Hətta bir-birlərini bəyənən cütlüklər məxsusi otaqlarda intim münasibətlər qururdular. Cəmiyyətin əksər ailələri namus və sədaqət hissindən uzaq idilır. Qadının istənilən qədər aşiqi, kişinin sayını belə itirdiyi məşuqələri ola bilərdi və hər ikisi bunda bir qəbahət görmürdülər. Romalılarda ər yaxud arvad dəyişmək öz paltarlarını dəyişməkdən belə asan olmuşdu (legale adulterio). İş o yerə gəlib çatmışdı ki, senat hamilə qadınları, bir qədər sonar isə müddətli boşanmaları qadağan edən qanunlar silsiləsi qəbul etməyə məcbur olmuşdu. Lakin pozulan cəmiyyətə bunlar da kömək etmidri. Roma vətəndaşlarının gündəlik həyatı yeknəsəq idi. Qladiator döyüşlərinə baxmaq, fillərin qulları ayaqları arasında əzməsinə tamaşa etmək, cinsi əlaqədə olmaq, yemək, içmək və yatmaq. Qonaqlıq zamanı zadəganlıar ləziz yeməklərdən doya-doya yeyirdi, çox yemək bir ədəb hesab olunurdu və ev sahibinə xoş gəlirdi. Hər bir evdə valmatoriya var idi. Burada doyan qonaqlar qulların köməyi ilə yediklərini qaytarır və sonar gəlib yenidən süfrəyə əyləşirdilər. Cəmiyyətdə intihar halları da artmışdı. Boş bir şeyə görə özünəqəsd az qala hər gün baş verirdi. İnsanlar yeyib-içməkdən, gəzməkdən, yatıb-durmaqdan bezir və özlərini öldürürdülər. Marselin adlı bir romalı qarın ağrısına iki gün səbr etməmiş və özünü öldürməyi qərara almışdır. İnsanlar sanki həyatdan doymuşdular. Özünü öldürmək o biri dünyaya səyahət kimi sevilirdi. Yupiterə heç kəs ibadət etmirdi. Hətta uşaqlarda da müqəddəs bri şeyə inam duyğusu qeybə çəkilmişdi. Mistik qüvvələrə inam, falçılara hörmət artmışdı. Yeni bir dinə, mənəvi saflığa ehtiyac hiss olunurdu və bu özünü çox gözlətmədi… BU, O DÖVR ÜÇÜN BİR SİVİLİZASİYANIN İNKİŞAFA ÇATDIĞI PİK NÖQTƏ İDİ...

MÜƏLLİF: Nurlan MƏMMƏDLİ

четверг, 7 октября 2010 г.

Seksual mədəniyyət və harmoniya


Akademik A.A. Boqomoltsev yazmışdır ki, istəyi qorumaq gərəkdir; o, yaradıcılıqda, məhəbbətdə, uzunömürlülükdə yenilməz stimuldur. Bunun üçün kişilər ilk növbədə cinsi funksiyanı qorumağı bacarmalıdır; belə ki, fiziki əmək və mədəniyyətlə, idmanla məşğul olmalıdır.

Akademik N. F. Qamaleya göstərmişdir ki, uzun müddətli cinsi funksiyanı saxlamaq üçün cinsi istəyi daima gözləmək vacib şərtdir. Deməli, sağlamlıq intim həyatdan ayrılmazdır. Bu mənada seks ər-arvad arasındakı məhəbbəti və harmoniyanı qoruyur, inkişaf etdirir. Biz onda itiririk ki, qadınla kişinin bir-birini baş düşməsində seksin yaratdığı harmoniyanı adamlardan gizlədirik. Qadın və kişi bilmədir ki, seks — təkcə bioloji tələbat olmayıb, həzz mənbəyidir. Hər iki partnyor bir-birinin seksual tələbatını bilməli və mənimsəməlidir. Məhz belə məqamlarda intim münasibət harmonik mühit yaradır və sevinc, həzz mənbəyinə çevrilir. Seksin yalnız fiziki mənada uzunömürlülükdə rolunu dar çərçivədə təsəvvür eləməməliyik. Əgər cavan nişanlılar evlənməkdən qabaq seks haqqında aydın və müəyyən təsəvvürə, biliyə yiyələnmirsə, sonralar ayrılmaq təhlükəsi uzaq olmaz. Belə ki, cinsin əks xüsusiyyətlərini mənimsəməli, seksin anatomik və fizioloji cəhətlərindən baş çıxarmalıdır. Seksin uzunömürlülük yollarında bir faktor olması qədim çin fəlsəfəsi təlimdə — daoizimdə də geniş əksini tapmışdır.
Qadın-kişi münasibətindəki seksual harmoniya hər iki tərəfin bir-birinə bağlılığını şərtləndirir. Daosist Sun Syu Ma qeyd eləmişdir ki, kişi qadınsız ömür sürməməlidir, eləcə də qadın kişisiz. Axı, intim münasibət dərin emosiya və həzz mənbəyinə çevrilir, insanın instinktiv davranışın ödəyir: əgər intim münasibətlər heyvanlara da instinktiv verilibsə, deməli seksologiyanın tarixini araşdırmaq lazım gəlir. E. ə. II əsrdə yaşamış məşhur həkim Qalen maraqlı fikir söyləmişdir: «Yaxınlıqdan sonra bütün canlılar kədərlənir, yalnız qadınlar və xoruzlardan savayı».
İntim münasibətin qorunması kişi üçün zəruri keyfiyyətdir, ailə həyatının harmoniyası üçün. Ona görə ki, insanlar yüksək dərəcədə məhəbbət, xoşbəxtlik hissləri keçirirlər. İnsanları belə bir davamla həzz müşayiət eləyirsə, bədbəxtliyi kənar amillərdə axtarmaq əbəsdir. Eyakulativ vəziyyəti idarə və nəzarət etməlidir ki, həyat axarından qalmasın. Məşhur Çin həkimi Li Lunsyan (XII əsr) yazmışdı: «Мужчина должен научиться и развивать способность к задержанию эякуляции до полного удовлетворения полового партнера».
Gənclərimiz sağlam ailə mühitində yaşayırsa, onların sağlam uşaqları dünyaya gəlir və təbiidir ki, çox da ömür sürərlər. Bu isə İnsana verilmiş əvəzsiz nemətdir.
Seksual mədəniyyət anlayışı barədə danışmağa mənim fikrimcə, daha çox ehtiyac duyulur. Seksuallıq kompleks sahələri özündə ehtiva edirsə, bu harmoniyanı birləşdirən, mütəhərrikləşdirən seksual mədəniyyətdir. Dünyanın tanınmış seksoloqlarından Qalen (e.ə.II əsr), Li Luisyan, A. Kinzi, David Royben, L. Jukovskaya, I.S. Kon, Mastess, D. Kapustin, Yeji Qarelik və qeyriləri seksual mədəniyyətə bu və ya digər şəkildə toxunmuşlar. Əgər bəşər nəsli özünün təbii genetik dəyərini qorumağa cəhd göstərir və bu prosesi yerinə yetirirsə, bəs mane olmağa hansı əsasla çalışırıq? Sual daima cavabsız qalmışdır. Amma belə bir fikir də bizə yad deyil: İnsan hər şeydən öncə, ona görə sevilir ki, partnyorlar bir-birinə yaraşır (zövq və zahiri baxımdan) və seksual cəhətdən qarşılıqlı ehtiyac duyulur. Bu amillər eyni dərəcədə qadına və kişiyə aiddir. Əlbəttə, seksual mədəniyyətin daşıyıcısı öncə qadındır. Beləliklə, qadın kişi cazibəsində yaşamaq istəyirsə, bəzi keyfiyyətləri, şərtləri qorumalı, əməl eləməlidir:
Birincisi qadın özünü zahiri gözəlliyinə daima diqqət eləməlidir. Bu o deməkdir ki, o, həm də emosionallığını, kövrəkliyini, qadınlığını qoruyur. Qadın gözəlliyi qədim Şərqdə daha qabarıq olmuşdur. VII – VIII əsrlərdə yaşamış ərəb liriki İbn İsmayıl əl-Yəmən Vaddax hərarətlə qadın gözəlliyini vəsf etmişdir: Qadın gözəldir, doğan günəş kimi. Qadın üzünü Ayla ilk dəfə müqayisə eləyən Cəmil ibn Abdullah olmuşdur. Gözəllik ümumən insanın düşüncə tərzinə və davranış psixologiyasına müsbət təsir göstərən amildir. Gizlin deyil ki, bəzi qadınlar təvazökarlıq naminə (həqiqətən əqidələrincə) özlərinə lazımi fikir vermirlər, sanki ətrafından və özündən narazıdır. Belələri səhv etmiş olur. Əvvəla, gözəllik, qəşənglik, xoşagəlimlilik o deməkdir ki, mənən yaşayır, sanki yaşın qarşısına zərif örtük çəkir. Və ailədə uşaqlara bu nikbinlik müsbət təsir eləyir, ərini intim yaxınlığa hazırlayır. Bu gün dünyanın məşhur kino ulduzlarından Sofi Loren kimi yaşın arxasından qalib görkəmiylə boylanan qadınlar nümunə olmalıdır!
İkincisi qadın intim yaxınlıqda zəngin fantaziyaya malik olmalı və bu keyfiyyəti psixologiyasında aşılamalıdır. Çox vaxt «Seks və fantaziya» anlayışları qoşa işlədilir. Bundan o məna çıxmasın ki, söhbət yaradıcılıq fantaziyasından gedir. Xeyr. Hər bir adam intim aləmində, necə deyərlər, realist təcrübə nümayiş etdirməməlidir. Mənim bu yozumuma real məna da verilməsin. Xüsusilə, gənc ər-arvad ovqatının müəyyən dəqiqələrində intim yaxınlıq məqamlarına qədər psixoloji momentləri fantaziyasında yaşatmalıdır.
Müşahidələr göstərir ki, belə hallar ailə möhkəmliyinə şərait yaradır. Göstərildiyi kimi: «Təsəvvür məhəbbəti zənginləşdirə və bəzəyə bilər, ancaq onun əsasını təşkil etmək şərtiylə. Təsəvvür şərti reflekslərin inkişafında müstəsna rol oynayır. Hiss üzvlərindən beyin mərkəzinə daxil olan impulslar təsəvvürdə müəyyən ovqat əmələ gətirir və bunun köməyi ilə mənfi və müsbət seksual emosiyalar baş verir.»
Təəssüf ki, seksoloji ədəbiyyatda seks və fantaziya anlayışlarının fizioloji-psixoloji və sosioloji mənbələri lazımi dərəcədə araşdırılmamışdır. Üçüncüsü seksual riskə malik olmaqdır. Bu, adətən qadının fərdi-intim xüsusiyyətilə bağlıdır. Bizi o cür anlamasınlar: Qadın hər hansı anda seksual ovqatından irəli gəlib riskə yol verməlidir. Əsla. Seksual risk o deməkdir ki, qadın hər hansı qeyri-ovqatdan, şəraitdən, qorxu və çəkinmədən asılı olaraq, özünün seksual davranışı boğmamalıdır. Uzun illik ər-arvad münasibətlərində seksual riskə bir o qədər ehtiyac qalmır. Lakin gənclərdə bu, özünü başqa şəkildə doğurur. Seksual riskin tibbi əhəmiyyəti də vardır; belə ki, əsasən sifilis və honoreya xəstəliklərinin qarşısını alır. Bu isə təbii ki, orqanizmin sağlamlığı ilə bağlıdır. Dördüncüsü seksual həvəsin, istəyin olmasıdır.
Həvəs elə bir nemətdir ki, qadınlara guya bunun xiffətini çəkməyə dəyməz. Belələri süni, anadangəlmə cinsi həvəslə şüurlu, orqanizmin təbii tələbatından doğan həvəsi qarışdırırlar. Qadın mikromühitinin axarında seksual həvəsini bərpa eləməli və onun reallaşmasına çalışmalıdır, əks halda o, xeyli vaxt özünü əzgin, yorğun, əhvalsız hiss eləyir. Qorxulu cəhət odur ki, bu amillər uzun müddət hökmranlığını saxlaya bilər… Seksual həvəsin ən müsbət cəhəti qadında və kişidə cinsi iqtidarı oyatmasıdır. Bu seksual mühitdə böyük məsələdir. Məşhur alim V.S. Lukyanov qeyd etmişdir ki, seksual iqtidar son dərəcə zəruri keyfiyyətdir və adamlarda uzun illər qalırsa, müntəzəm idmanla məşğuldurlar. Təəssüf ki, qadınlarımız idmana pis baxır, ümumiyyətlə məşğul olmaq istəmirlər. Hətta bunu mətbəxdəki məşğuliyyətləriylə müqayisə etməklə özlərinə təsəlli verirlər. Beləliklə, seksual həvəsin cinsi iqtidarda qovuşması qadına imkan verir ki, həm kişinin bədən xüsusiyyətini mənimsəsin, həm də fiziki həzz, xoşhallıq alsın.
Beşincisi seksual etikadır. Etika bilavasitə davranışla, münasibətlər psixologiyası ilə əlaqəli anlamıdır. Ona görə də elə rəy yaranmasın ki, seksual etikada ifrat eleqantlıq, nəzakət, əzizləmə və s. əsas amildir. Bu sadalananlar onsuz da qadında mütləq olmalı və onun davranış mədəniyyətini stimullaşdırmalıdır. Seksual etikanın ən incə nöqtəsi: qadın yaxınlıq elədiyi kişiylə rəfiqəsini, uzaq qohumunu tanış etməməsidir. Uzaq olmayan bir əhvalatı xatırlatmaq istərdim. Mühəndis qadındı, ərindən ayrılmışdı. Kövrək xasiyyətli və ürəyi açıqdı. Tanıyanlar ona hörmət bəsləyirdi. İş rəfiqələri onu bir neçə dəfə pəjmürdə görürlər. Nəhayət, səbəbini soruşurlar. O, sözü yayındırmağa çalışırsa, bu, mümkün olmur, kövrəlir: — Rəfiqəmin bəlasını çəkirəm deyir, — yaxınlıq elədiyim adamla məndən nisbətən cavan rəfiqəmi tanış eləmişdim. Bir-iki dəfə məclisdə üçümüz olmuşuq. Sən demə, sadəlövhlüyümdən istifadə eləyib, yaxından dostlaşıblar. Bir-iki həftədən sonra məsələ tamam aydınlaşdı… Söhbət həmin mühəndis qadının təhqir olunmasından deyil, bir kişiyə və bir rəfiqəyə inamın ölməsidir. Seksual etikada daima diqqətdə dayanan qeyri-əxlaqi hərəkətə yol verməmək, saf münasibət bəsləməkdir.
Şübhəsiz, şərti, hələ tamamlanmamış və hər şeydən öncə, elmi-sosioloji tamlığını tapmayan bu amillər (şərtlər), cəhətlər bu və ya digər şəkildə kişi xislətində də mövcuddur. Seksual mədəniyyət kişilərin payına daha çox düşür. Onlar zərif, kövrək varlığa dərin hörmətlə yanaşmalı və özlərini qadının fövqünə qoymamalıdır. Müşahidəmizcə, seksual mədəniyyətdə aşağıdakı cəhətlər nəzərə alınmalıdır: Birincisikişi eqoizmdən, özünüsevənlikdən uzaq olmalıdır. Bu o hallarda meydana çıxır: a) yaş tələblərində; b) vəzifə məqamında. Cavan, həyatı hələ irəlidə olan kişi qadına münasibəti lazımınca qiymətləndirmir və ona elə gəlir ki, qadın daima intim həyata hazırdır. Hərçənd, bu fikrə gəlməkdə həqiqət var, lakin bunu qadın hiss eləyirsə özünə təhqir sayır. Bəllidir ki, gənc qadın seksual çətinliklə hər məqamlarda qarşılaşmır. Vəzifə stolunda kişi ola bilsin tamamilə dəyişsin və bu bir sıra səbəblərdən asılıdır:
a) vəzifə statusu ifrat qayğılarla bağlıdırsa, kişi fiziki cəhətdən hədsiz yorulursa, əsəbiləşirsə seksual harmoniya pozulur və intim həyat öləziyir;
b) şəxsi öyünmə hətta elə faciəyə gətirir ki, ər sadə, dəyişməz arvadını bəyənmir, məclislərə aparmır, həyatına təəssüflənir;
v) vəzifə əhatəsində xoşuna gələn qadınla yaxınlıq eləyir, ailəsində soyuyur. Beləliklə, ən vacib, təbii əlaqəni — seksual harmoniyanı itirən seksual eqoizmin dikər uçurumu yaranır kişi sadəcə seksual baxımdan formada olmur və bunun bərpası qayğısına qalmır. Yaranmış fasilə ona təhqiredici görünür. İkincisi seksual istedaddır və qadın hisslərini ani duyub qiymətləndirməyi bacarmaqdır. İstedad sözünün məna yükü aydındır və bizim nəzərimizdə qeyri-adi fantaziya, nəyisə yaratmaq və s. canlanır və doğurur. Lakin seksual istedad kişidə fitrətən olan qabiliyyətdir. Bunu qadın asanlıqla başa düşməsə də, hiss eləyəndə xüsusilə qiymətləndirir. Seksual istedad sosial, mənəvi və fizioloji baxımdan dəyəlidir, intim həyatın bütün nöqtələrinə nüfuz eləyir, ömrü canlandırır. Həqiqətən, bu keyfiyyətli kişilər qadının hisslərinə təmiz, yüksək yanaşır. Unutmayaq ki, seksual mədəniyyəti şərtləndirən bir cəhət də tərəf-müqabillərin bir-birini emosional ovqatda başa düşmələridir.

MÜƏLLİF: Allahverdi EMİNOV, "Şərq qadınıarının sirri"

суббота, 2 октября 2010 г.

Qadın-kişi

Bir qadınla söhbət edirdik. Tanıdığı cütlükdən danışdı.” Onlar heç vaxt ikilikdə olmurlar. Mütləq yanlarında kimsə olmalıdır. Sevgililər gününü də dostarla keçirirlər”-dedi. Onları “təklik” birləşdirmir. Baş-başa qalanda darıxırlar . Bu sevgidirmi?

Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
Öyrəncə. Birgəlikdə öyrəncə amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrəncə, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bumu birləşdirir” məsələsi sual və problem doğura bilər.
İnasanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə- birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini , xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır.
Ehtiras. Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır.
1. ağıl
2. əxlaq
3. şirindillik-pozitivlik
4. sadiqlik
5. alicənablıq
6. gözəllik-çəkicilik
Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər.
Qadınlara psixoloqların bir neçə məsləhəti.
1. narkoman və alkoqoliklərdən uzaq olun. (nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin)
2. xəsis kişilərdən qaçın
3. öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin
4. yaxınları- dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.
İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçgili halın arxasında gizlənən bir gözəllik idi bu.
Əməlli başlı araq düşgünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu. İçgi sinir sitemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir. Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın.
Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur.
Yaradıcı adamların içində içgiyə narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.
Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq.
Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə.
Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər. Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək. İstər maço olsun, istər ligth güvən yarada bilməyən erkəyi qadınlar sevmir.
Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür qoy – edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.
Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər- arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı –qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yaradır. Çünki ər sevgili də olmaq istəyir.
Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.
Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox, öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.
Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyət görünməkdən qorxur. Kişi isə düşünür: Yəqin məndən xoşlanmır. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.
Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal –əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.
İnternettə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb. Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq.
Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir.
Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meyilli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa deməli işgüzar deyil,məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün.
Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil.
Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır.
Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instink onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq –saçıq geyinmə , tək başına ora- bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir...
“Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.”- V.P. Şeynov.

MÜƏLLİF: Aysel ƏLİZADƏ