Həm kişilər, həm də qadınlar xəyanət etməyə qadir varlıqlardır. Heç bir yerdə “kişiyə xəyanət etmək olar, qadına isə qadağandır” sözləri yazılmayıb. Nəzərə alsaq ki, onların hər ikisi insandır və daim xoşbəxtliyə can atırlar bu zaman xəyanətin də olması tam realdır.
Qadın xəyanətinin əsas səbəbləri
Düzdür, statistikaya əsasən kişilər 4 dəfə tez və çox xəyanət edirlər. Qadın xəyanəti isə bir qədər fərqlidir.
1. Təbiət etibarılə qadın güclü, ehtiraslı və aktiv kişinin hakimiyyətində olmağa vərdiş alıb. Buna görə də müasir zamanın qadınları daim təşəbbüsü əlinə alan, güclü kişi arzulayır. Bu baxımdan əgər kişinin aktivliyi azalırsa qadında bir o qədər çatışmamazlıq yaranır və o, kənara qaçmağa başlayır. Arxa-dayağı başqa yerdə axtarır.
2. Təbiətən qadın öz övladına yaxşı ata axtarır. Uşağın real həyatda olub olmaması isə önəmli deyil. Qadın ilk növbədə anadır və onun düşüncələri də bu istiqamətdədir. Bəs “yaxşı ata” kimdir? Bu nəinki xeyirxah insandır, həmçinin mənən və fiziki güclü, maddi baxımdan təmin olunmuş insandır. Buna görə də qadınlar varlıların yanına qaçır. Tamahkarlıqdan yox, sadəcə təbiətən özünü beləsinə layiq görür. Bu da qadının instinktindən irəli gəlir və bu instinkt o qədər güclüdür ki, bütünlükdə qadınların dərrakəsinə təsir edir. Bu instinktin özünü büruzə verməməsi üçün kişilər onlardan tələb olunanları vaxtaşırı olaraq öz qadınına nümayiş etdirməlidir. Bu güc, ağıl, məsuliyyət, qayğı, təşəbbüs və məişət stabilliyidir.
Növbəti pillə isə kişilər üçün psixoloji məqamdır.
3. Uzun illər bir yerdə yaşadıqdan sonra kişilər öz qadınına qadın kimi yanaşmır, onların münasibıtlərində romantika olmur, münasibətlər daha çox məişəti xarakter daşımağa başlayır. Nəticədə qadın özünü qadınlıqdan çıxmış hesab edir. Axı qadının xoşagəlmə, arzu olunmaq, təəssürat oyatmaq kimi tələbatı var. Tədricən qadın özünü lazımsız, tənha hesab etməyə başlayır. Ağlında xəyanətlə bağlı fikirlər formalaşır. Daha yaxşı partnyor axtarışına çıxır. Bununla bərabər şüuraltı olaraq öz ərində mənfiliklər axtarıb tapır, köhnə söhbətlər yenidən gündəmə gəlir. Nəticədə həmin qadın ərinə qarşı mənfi emosional “bomba” hazırlamış olur, istənilən uyğun məqamda isə o, partlayacaq və xəyanət baş verəcək. Buna görə də kişilər unutmamalıdırlar ki, onların yanında nəinki qayğıkeş qadın, uşaqların anası, sözün əsl mənasında qadın var. Hərdən isə qadınlığını ona hiss etdirməlisiniz. Kişilərlə qadınlarda psixoloji olaraq xəyanət anlamı bir qədər fərqlidir. Kişilərdə həyata keçirmə ideyası qadınlara nisbətən daha tez baş verir. Kişilər xəyanət haqda ilk narazılıqlardan sonra düşünməyə başlayırlar. Təbiətən onlar daha aktivdirlər, buna görə də qərar qəbulu və həyata keçməsi daha tez baş verir. Qadın isə xəyanət haqda çox götür-qoy edir, əzab çəkir və dəqiq səbəb tapır. Təbii ki, yuxarıda yazılanlar heç də hamıya aid deyil. Lakin statistik göstəricilərə görə qadın xəyanətinin əksəriyyəti bu səbəblərdən baş verir. Bu biliklərdən istifadə edərək qadınlarınızdan diqqəti əsirgəməyin!
Комментариев нет:
Отправить комментарий