Dünya yaranandan bəri evlənmək, cütləşmək bəşəriyyətin ən ali qanununa çevrilib. Bu qanuna riayət etmək isə əksər subay dünya sakininin arzusudur. Amma maraqlıdır ki, kişi və qadın məhz birlikdə yaşayanda… niyəsə kökəlirlər
Amma bu yaxınlarda alimlər dünya üzrə araşdırma aparıb belə bir qənaətə gəldilər ki, enlənmək insanı, xüsusilə də qadınları kökəldir. Araşdırmaların nəticələrinə görə, 3 il evlilik dönəmində qadınlar 10 kq kökəlirlər. Bunun bir çox səbəbləri var. Çünki evləndikdən sonra qadınlar daha çox yeyirlər. Xüsusən də gecə saatlarında. Gündəlik nəsə yesələr də, mütləq ərləri ilə şam yeməyini də yeyirlər. Kişilərin isə qəlblərinə gedən yol mədələrindən keçir. Ərini razı sala bilmək üçün onlara dadlı yeməklər bişirməyə çalışırlar. Dadlı xorəklərin hazırlanmasında isə daha kalorili və yağlı məhsullardan istifadə edilir. Xanımlar öz həyat yoldaşlarına dadlı və daha kalorili yeməklər təklif edirlər. Çünki, sağlam və yağsız yeməklər kişilər tərəfindən qəbul olunmur. Səbəblərdən biri də, evləndikdən sonra xanımların ürəyi nisbətən sakitləşməsidir. Çünki, yanlarında həmişə onları sevən, olduğu kimi qəbul edən həyat yoldaşları var. Amma özünü formada saxlaya bilmək hər bir xanım üçün vacibdir. Çünki, kişilərin yaddaşı xanımlara nisbətən daha zəifdir. Onlar qadınların görünüşünü baxdıqları zaman gördükləri kimi qiymətləndirirlər yəni ki, öz həyat yoldaşlarının əvvəl necə arıq, gözəl olmasını unudurlar. Kişilərin qadınlara xəyanət teməsinin 80% səbəbi qadının özünə baxmaması, kökəlməsi və xüsusilə hamiləlikdən sonra formasını itirməsidir. Bu hallarla rastlaşmamaq üçün qadınlar özlərinə diqqət yetirməli, hətta lazım gələrsə pəhriz saxlamalıdırlar. Amma pəhriz saxlayan xanımların da rastlaşdığı bir neçə problem var. Bunlardan ən əsası isə həyat yoldaşları ilə eyni qidaları yeyə bilmədikləri üçün pəhrizə davam edə bilməməkləridir. Bu problemə aid araşdırmalar apardım və həmin araşdırma nəticəsində öyrəndim ki, orta hesabla hər bir normal kişi gün ərzində qidalanması nəticəsində 3000 kkal qəbul edir. Pəhrizdə olan qadının isə gün ərzində 1200 kkal qəbul etməlidir. Apardığım araşdırma nəticəsində belə bir qənaətə gəldim ki, gün ərzində qadın və kişi birlikdə 1800 kkal qəbul etsə, həm qadın formasını qoruya, həm də öz həyat yoldaşını normal qidalandıra bilər.
Belə ki, orta hesabla hər bir normal kişi gün ərzində səhər yeməyinə 50 q kolbasa və ya sosiska ilə 2 yumurtanın qayğanağını yesə (450 kkal), səhər yeməyindən sonra qənd ilə bir stəkan çay içsə (30 kkal), kişinin səhər yeməyinə qəbul etdiyi qida 480 kkal təşkil edir. Pəhrizdə olan qadın isə səhər yeməyinə suda az bişirilmiş 2 yumurta (174 kkal) və şəkərsiz çay (1kkal) ilə qidalanmalıdır. Amma kişi və qadın birlikdə pomidor və soğanlı 2 yumurtanın qayğanağı (220 kkal) ilə qidalansa səhər yeməyinə 220 kkal qəbul etmiş olacaqlar. Nahar yeməyinə isə normal qidalanan kişi orta hesabla 250 ml şorba (140 kkal), qızardılmış kotlet və kartof (530 kkal) və bir stəkan kola (320 kkal) ilə qidalanmaqla 990 kkal qəbul etmiş olur. Pəhrizdə olan qadın isə 250 ml bulyon (30 kkal), suda bişirilmiş 200q toyuq əti (275 kkal), 200q tərəvəz salatı (60kkal) və 1 damcı zeytun yağı əlavə edilmiş bir stəklan kök şirəsi (70kkal) ilə qidalanmaqla 440 kkal qəbul etmiş olur. Amma qadın və kişi birlikdə düyü şorbası (70 kkal), qrildə bişən 200 q toyuq əti (230 kkal), qozlu qırmızı salat (150 kkal) və bir stəkan portağal şirəsi qəbul etməklə 570 kkal qəbul etmiş olacaqlar.
Nahardan sonra adətən kişilər şokoladla çay içirlər və beləliklə, 550 kkal qəbul edirlər. Pəhrizdə olan qadın isə həzmi rahatlaşdırmaq məqsədilə 50 q pendir yeməklə 170 kkal qəbul etmiş olur. Amma onlar birlikdə mürəbbə ilə çay içsələr, 230 kkal qəbul etmiş olacaqlar. Şam yeməyinə isə kişi 200 q qızardılmış balıq (420 kkal) və çorək (330 kkal) yesə və 500 ml pivə (230 kkal) içməklə 730 kkal qəbul etmiş olacaq. Pəhrizdə olan qadın isə 200 q qaynadılmış balıq (180 kkal), 100 q buxarda bişmiş tərəvəzlər (45 kkal), 1 dilim qara çörək (50 kkal) və nahardan sonra isə bir stəkan portağal şirəsi (55 kkal) və bir stəkan yaşıl çay (85 kkal) qəbul etməklə 415 kkal ilə qidalanmış olacaq. Amma onlar birlikdə qrildə bişmiş 200 q balıq (200 kkal), pomidor, şirin bibər və badımcandan ibarət 200 q tərəvəzli raqu (280 kkal), çörək (200 kkal) və kompot (100 kkal) ilə qidalanıb 780 kkal qəbul edə bilər. Bu tip qidalanmaya əməl edən ailədə qidalanma ilə bağlı heç bir problem yaşanmaz və beləliklə, kişinin qarnı tox, qadının forması isə yerində olar. Hamınıza sağlam qidalanıb həmişə formada qalmağı arzu edirik.
MÜƏLLİF: Nura
Комментариев нет:
Отправить комментарий