- “Atam məni ərə gedəndən sonra da zorlayırdı...”
- “Bunu ailəmizdə hamı bilirdi, amma qorxudan səsimizi çıxarmırdıq”
Oxuduğunuz bu hekayə hansısa bir yazıçının təxəyyülünün məhsulu deyil, Azərbaycanda bir ailənin başına gələn faciədir. Bu iş üzrə məhkəmə prosesi qapalı keçirildiyindən iş üzrə təqsirləndirilən, zərərçəkən kimi tanınmış şəxslərin adları dəyişdirilib. Hadisə Azərbaycanın rayonlarının birində baş verib. Həsrətovlar (şərtidir-F.Ə.) ailəsində törədilən qətl 4 ay gizli qalıb. Qətlin üstünün açılması isə ailənin 12 illik sirrinin üzə çıxmasına səbəb olub. Beləliklə, ittiham aktından götürülən faktları sizə təqdim edirik.
Dağılan ailə
Həsrətovlar ailəsi vaxtı ilə 6 nəfərdən ibarət olub. Ata Abdulla Həsrətov, ana Qızxanım, uşaqları Ramin, Raqif, Təranə və Gülarə. 10 il əvvəl Qızxanım ərinin onu və uşaqlarını incitdiyinə dözməyərək, Abdulladan ayrılıb başqasına ərə gedir (çox çəkmir ki, qadını ikinci əri vəfat edir). Bundan sonra Abdulla yenidən arvadının yanına qayıdır. Qızxanımla evli olduğu və boşandığı müddətdə Abdulla ailə üzvlərinə çox əziyyət verir. Əyyaşlıq edən Abdulla uşaqlarını, arvadını, hətta qoca anasını döyür, hamını bezdirir. Günlərin birində kənddə Abdullanın öldüyü barədə xəbər yayılır. Ölümün səbəbi kimi onun qan təzyiqi xəstəliyindən əziyyət çəkməsi göstərilir. Uşaqları və qohum əqrəbaları onun qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyini bildirirlər. Ramin atasını səhər vaxtı otağında yerə yıxılmış vəziyyətdə tapdığını və nəfəsinin gəlmədiyini gördüyünü deyir. Nə isə, Abdullanı el adəti ilə basdırırlar. Üçünü, yeddisini və qırx mərasimlərini verirlər. Hamı da onun təzyiqdən öldüyünü düşünür.
Birinci sirrin üstü açıldı
Hadisədən 4 ay vaxt keçəndən sonra rayon prokurorluğuna Abdullanın öz əcəlilə deyil, qəsdən öldürülməsi ilə bağlı məlumat daxil olur. Məlumat araşdırıldıqdan sonra bütün şübhələr Abdullanın böyük oğlu Raminin üzərində toplanır. İstintaq zamanı Ramin atasını öldürdüyünü boynuna alır və ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilir. O, istintaqa ifadəsində 2 il əvvəl ailə qurduğunu, həmin vaxtdan arvadı ilə başqa rayonda yaşadığını bildirir. Buna baxmayaraq, Ramin tez-tez atasıgilə gəlib-getdiyini də deyir. O ifadəsində göstərir ki, hələ balaca vaxtlarından atası Raminlə yaxşı davranmayıb. Tez-tez onları döyüb, işgəncə verib, nalayiq sözlərlə təhqir edib. Atası onları maddi cəhətindən heç vaxt təmin etməyib, onlarla övladı kimi maraqlanmayıb. Buna görə də balaca qardaşı Raqiflə birgə kiçik yaşlarından işləyərək özlərini və ailələrini dolandırıblar.
İkinci sirr: hamını şoka salan həqiqət
İndi isə gələk, hamını şoka salan ifadəyə... Ramin ifadəsində onu da bildirir ki, atası Abdulla bacısı Təranə hələ 15 yaşında olarkən onu zorlayıb. Bu münasibət Təranə ərə getdikdən sonra da davam edib. Belə ki, Təranə bəzən onlara qonaq gələrək, bir neçə gün anasının evində qalıb. Bu müddətdə də atası Abdulla Təranə ilə cinsi əlaqədə olub. Atasının bu hərəkəti həm onda, həm də balaca qardaşı Raqifdə hiddət doğurub. Ancaq onlar biabır olmamaq üçün bu haqda heç kəsə deməyiblər.
Ramin hadisə baş verəndən bir gün əvvəl qardaşı Raqifin ona zəng edərək atasının onları incitdiyini və bundan bezdiklərini söylədiyini bildirib. Ramin bu sözləri eşitcək yollanır atası gilə. O, evə gələndə atası və qardaşı evdə olmayıb. Nənəsi Pəri və bacısı Gülarə atasının onları söyüb təhqir etdiyini və işgəncə verdiyini deyirlər. Axşam saatlarında atası evə gəlir. Onunla söhbət eləmək istəyən Ramin pis cavab alır. Atasından nə üçün “bu hərəkəti edirsən” soruşanda atası onu itələyir və “əcəb eləyirəm” deyir. Ramin bu sözdən əsəbiləşir. Atasına “nə üçün bacımı zorlamısan” sualını verir. Atası qışqıraraq, “kefim belə istəyib, sən kimsən” deyir. Bu, atasının axırıncı sözü olur. Ramin atasını kəllə zərbəsi ilə vuraraq, yerə yıxır. Sonra isə onu əlləri ilə boğur. Evdəkilər də bu hadisənin şahidi olurlar. Lakin Abdullaya qarşı olan bu nifrət hissi heç kəsi tərpənməyə qoymur. Hamının ürəyindən olur bu hadisə. Ramin evdəkilərə “hamıya deyərik ki, atamız təzyiqdən ölüb” deyir: “Onsuz da hamı onun təzyiqini yuxarı olduğunu bilir”. Meyiti evdə bir gün saxlayandan sonra kəndə xəbər yayırlar ki, bəs Abdulla ölüb. Əsl həqiqəti isə evdəkilərdən başqa heç kəs bilmir. Abdullanın bacı-qardaşlarına da onun qan təzyiqindən öldüyü bildirilir.
Məhkəmə
Amma hər şey ailənin planladığı kimi getmir. Günlərin birində prokurorluğa müraciət edən şəxs Abdullanın öldürüldüyünü deyir. Bununla da cinayətin üstü açılır. Ramin prokurorluğa çağırılır və elə ilk ifadəsində cinayəti etiraf edir. Cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə Ramin ifadə verir ki, atasını bacısını zorladığına görə öldürüb. O, atasının bacısını 15 yaşından bəri zorladığını, bacısının isə indi 27 yaşı olduğunu bildirir. Hakim ondan atası ilə bacısı arasında belə münasibətin olduğunu haradan bildiyini soruşur. Ramin isə bunu nəinki onun, bütün qohum əqrəbanın bildiyini söyləyir: “Atam bacımı ilk dəfə 15 yaşında zorlayıb. Bu hadisədən hamının xəbəri vardı. Sadəcə, biabır olmamaq üçün heç yerdə demirdik”.
Məhkəmədə şahid qismində dindirilən Təranə qardaşının ifadəsini təsdiqləyib. O, atasının onu ilk dəfə 15 yaşında olarkən zorladığını bildirib: “Evdə heç kəs yox idi. Atam məni yataq otağına salıb zorladı. Mən nə qədər müqavimət göstərsəm də, o, istədiyini elədi, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Daha sonralar isə hamının gözü qarşısında məni zorla yatağına salaraq, cinsi əlaqədə olurdu. Heç birimiz ona bir söz deyə bilmirdik”. Təranə ailə həyatı qurandan sonra da atası iyrənc əməlindən əl çəkməyib: “Ailə həyatı qurandan sonra da atamgilə gələndə o, məni zorlayırdı. Bu dəfə qeyri təbii yolla deyil, təbii yolla cinsi əlaqədə olurdu”. Məhkəmədə ifadə verən Raminin bibisi Şahnaz Abdullanın ailəsinə işgəncə verdiyini bildirib. Ən maraqlısı isə bibi ifadəsində vaxtı ilə Abdullanın də atasını öldürdüyünü söyləyib: “Nə tökərsən aşına, o da çıxar qaşığına. Abdulla şərəfsizlik eləyib, bu cür ölümə layiq idi...”

Qeyd edək ki, Təranə məhkəməyə 10 aylıq uşağı ilə gəlmişdi. Körpənin atasının kim olması isə hamıda maraq doğurur. Sonda, bu yaxınlarda Raminə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Müəllif: Fərid ƏKBƏROV
Müəllif: Fərid ƏKBƏROV
Комментариев нет:
Отправить комментарий