четверг, 25 февраля 2010 г.

Türkiyə və Azərbaycan Vatikan+Mason qarşısında

«BAKI VƏ İSTANBUL SİRLƏRİNİ MASONLUQDA SAXLAYIR VƏ MASONLUĞA DA QAYTARMALIDIR»

1 - Cİ QEYD: 1764 - cü il. Vyana kardinalı bəyan edir: “Biz ortaq məxrəcə gəlməklə əsas məqsədə nail ola bilərik. Bizim məqsədlərin həyata keçməsi üçün türk toplumunun İslam dünyasına sahib durmasının qarşısını almalıyıq”.

2 - Cİ QEYD: Məhəmməd Peyğəmbərin vəfatından 10 il sonra yeni mərhələyə qədəm qoyan Mason təşkilatının tövsiyəsi: “”Quran”ın müqəddəsliyinə şübhə yaratmaq üçün təhrif olunmuş nüsxələr hazırlansın və Şərqin ən həssas bölgəsində (indiki Azərbaycan ərazisində - E.E.) yayılsın. Biz orda istəyimizə nail olsaq, İslamı düşüncədə yox görüntülər də yaşadarıq”.

3 - CÜ QEYD: 1855 - ci il, London. Mason təşkilatı ilə Vatikanın razılığı haqqında əsaslı faktlar səslənir: “Türk və Şərq dünyasını əsarətdə saxlamaq üçün bu ölkələrin siyasi-maddi həyatı Masonluğun, ruhani-dini həyatı isə Vatikanın nəzarətində qalsın”.

SON QEYD: “Azərbaycan və İstanbul dünyanın ruhi enerji mənbəyi olaraq mütləq və mütləq BƏNNALARIN tam nəzarətində olmalıdır. Bunun üçün kütləvi qırğınlardan belə çəkinmək lazım deyil”.

Nəhayət, bu günün reallığında proqnozlaşdırılan siyasi nəticə: Türkiyə və Şərq ölkələri kütləvi qırğınların bir addımlığındadır.

İLK NƏTİCƏ - İraq, Əfqanıstan, Fələstin dövlət olaraq müstəqilliyini faktiki itirib. İran hədəfdədir. Qarabağ işğal edilib, Türkiyə barıt çəlləyinə çevrilib.

VƏ NÖVBƏTİ MƏRHƏLƏ…

… TÜRKİYƏ – ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASI ŞƏRTİ

Türkiyədə illər boyu siyasi hakimiyyətlər dəyişsə də, bu ölkənin AB - yə üzv olma istəyi dəyişmədi. Bunun qarşılığında isə AB – dən Türkiyəyə göndərilən şərtlər ağırlaşmağa başladı. Öncə Kıprıs Türk Cümhuriyyəti ilə bağlı güzəştlərin tələbi, daha sonra PKK-ya yanaşmada güzəştlərin istənilməsi, daha sonra kürd probleminin birdəfəlik həlli və nəhayət, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının artıq şərt olaraq gündəmi zəbt etməsi Türkiyənin siyasi maraqlarını demək olar kı, alt-üst həddə çatdırdı. Bütün bunların qarşılığında isə Türkiyənin daxili siyasəti iflic hala gətirildi. Ən əsası isə mərhum prezident Heydər Əliyevin illər öncə söylədiyi “TÜRK OVALIĞI” projesi demək olar kı, yerlə-yeksan oldu. Həqiqətən də 1992 - ci ildən başlanan yeni siyasi erada TÜRK OVALIĞI projesi deyilən yeni bir müttəfiqliyin cizgiləri görünməyə başlayırdı. Bu proje ilk mərhələdə türkdilli dövlətlərin birliyinin formalaşması, ikinci mərhələdə isə türk-ərəb ittifaqının yaranması istiqamətində irəliləyişlərə əsas verəcəkdi. Amma bunlar olmadı. Çünki bu projenin lokomotivi olacaq Türkiyə çıxılmaz vəziyyətə salındı. Daha doğrusu, yanlış siyasət nəticəsində Türkiyə nə qədər Avropaya doğru yüyürdüsə, bir o qədər də türkdilli dövlətlərin və Şərq dünyasının lokomotivi olmaq imkanlarından məhrum oldu. Bütün bunlara baxmayaraq, əsas həlqələrdən biri qalırdı: Türkiyə-Azərbaycan müttəfiqliyi.

BU MÜTTƏFİQLİK NƏ DEMƏK İDİ?

İki dövlətin bir araya gəlməsi ilk baxışdan təsirsiz birliyə oxşayır. Amma iç qatında sirli İstanbulla Bakının qovuşması əsrlər boyu sirli saxlanan ruhi dünyanın nəinki tamamlanması, həm də əhatə dairəsini genişləndirməsi deməkdir. Bu, bizim yanaşmanın mifik tərəfi… Siyasi tərəfinə gəldikdə isə bu əsrdə İstanbulun Bakılaşması və ya Bakının İstanbullaşması həm də bütövlükdə Şərqin idarə olunmasından tutmuş, dünyaya yanaşmasına qədər bir çox məsələlərə təsirini mütləq göstərməliydi və göstərəcək də….

Türkiyə-Azərbaycan birliyi Avropanın enerji açarı olmaq şansını yüzdə yüz faizə qədər təmin edəcəkdi. Bu gün istər Qərbin, istərsə də ABŞ-ın enerji təhlükəsizliyi problemi yaşanmaqda və idarəolunmaz Rusiyadan xilas olmaq arzusu qalmaqdadır. Bu problemin həllində Azərbaycanın əvəzolunmaz payı isə danılmazdır. Belə olan halda Türkiyə-Azərbaycan birliyi, həm də enerji təhlükəsizliyi demək olacaq. Bu bir tərəfdən Qərbin və ABŞ-ın maraqlarını təmin edirdisə, digər tərəfdən xristian-mason dünyasını türk-müsəlman dünyasından asılı duruma salır. Rusiyadan asılı duruma düşmək variantı isə həmişə daha məqsədəuyğun hesab edilib, nəinki Şərq dünyasına boyun əymək…

Türkiyə-Azərbaycan müttəfiqliyi enerji təhlükəsizliyinin sahibi olmaq deməkdirsə, həm də bu regiona sahiblik etmək və ya sahibin dəyişməsi deməkdir. Hər iki dövlət iqtisadi potensialını artırırsa, deməli, hadisələrə təsir etmək imkanlarını da gücləndirir. Bu isə regionda yeni güc mərkəzinin yaranması deməkdir. Yeni güc mərkəzinin formalaşması həm də istər-istəməz, regionda tədricən Moskva və Təl-Əviv liderliyinə son verməklə tamamlanar. Görünür, buna görə son bir ildə bölgədə qat-qat narahatçılıq keçirən iki mərkəz varsa, biri Rusiya, digəri isə İsraildir…

BU MÜTTƏFİQLİKDƏN NECƏ QURTULMALI?

Çünki müttəfiqliyi sıradan çıxarmaq üçün yuxarıda da göstərdiyimiz kimi, ciddi səbəblər var. Bəs səbəbdən qurtulmaq üçün nələr edilir və ediləcək? İlk növbədə hər iki dövlətin iqtisadi qüdrətinə sarsıdıcı zərbələr vurulmalıdır. Çünki on il öncəyə qədər hər iki ölkənin iqtisadi gücünün 80 faizi ölkə kənarında idisə, artıq bu dövlətlər iqtisadi təhlükəsizliklərini təmin etmək gücündədir. 1987- ci ildə baş verən bir məqamı yada salmaqla mövzunu davam etdirək. İraq sərbəst şəkildə dünya neft bazarının böyük hissəsinə nəzarət etməyə başladı. ABŞ prezidentinin bölgə üzrə yetkilisi bir neçə ildən sonra yazırdı: “Biz İraqın ölkəni sərbəst idarə etməsindən və mühafizə olunacaq iqtisadi potensiala sahib olmasından çox narahat idik. Bu güc günbəgün artardısa zaman gələcəkdi ki, dünya onların qarşısında diz çökəcəkdi”. Bəli… reallıq bu idi. Və həmin reallığı bu gün Azərbaycan və Türkiyə yaşayır. Sözsüz ki, Türkiyədən və Azərbaycandan qat-qat aşağı dünyagörüşə, mədəniyyətə və dövlətçilik ənənəsinə malik olan İraq nə cür “qələmi qırılmışlar” sırasına daxil edilmişdisə, deməli, hər iki ölkənin yaşadıqları bundan on qat çətin ola bilər. İlk çətinlik də malik olduqları mühafizəli iqtisadi gücü itirmək olacaq.

İqtisadi gücü əldən almaq üçün isə lokal münaqişələr yaratmaq, milli qarşıdurmaları inkişaf etdirmək və rəqibi hər zaman mühafizə olunmaq məcburiyyətinə salmaq əsas şərtdir. Bu gün istər Türkiyə, istərsə də Azərbaycan bu gərginliyi yaşamaqdadır. Və proqnozlar da təsdiqləyir ki, vəziyyət daha da mürəkkəbləşəcək. Hər iki ölkənin siyasi mühitini stabil nöqtədən çıxartmaq; Siyasi hakimiyyəti mövcud durumunu qorumaq üçün kənar təsirlərdən asılı şəklə salmaq. Bu proses də artıq göz qabağındadır. Beləcə, istifadə olunan bu üsul və variantlar istənilən dövləti ya avtoritar - diktatura rejiminə aparıb çıxaracaq, ya da oyuncaq hakimiyyətlərin iki gündən bir dəyişməsinə…

MÜTTƏFİQLƏRDƏN QURTULMAQ YOLUNDAKI BOŞLUQLAR…

Bu gün yuxarıda göstərdiyimiz məqamları həyata keçirtmək üçün nələrdən istifadə olunacaq-sualına cavab tapmaq əsas məsələlərdəndir. Beləliklə,

TÜRKİYƏNİN YAŞADIĞI BOŞLUQLAR

Türkiyənin hələ də PKK problemindən xilas olmaması əsas məsələdir. Son illər həyata keçirilən siyasət isə PKK-nın qurum olaraq sıradan çıxarılması görüntüsünü yaratsa da, əslində PKK-nın məqsədlərini kütləviləşdirdi. Bu gün Türkiyədə yaşayan kürd üçün PKK-nın məqsədləri qəbul olunan və siyasiləşən şərtlərdir. Və Türkiyə hökuməti kürd açılımı proqramının tam iflasından sonra PKK-ya qarşı savaş açarsa, qarşısında milyonluq kürd toplumunu görəcək. Bu isə sadəcə olaraq Türkiyənin qan gölündə boğulması, dövlət olaraq çökməsi deməkdir. Türkiyədə siyasi mühitin gərginləşməsi, iqtidar-müxalifət münasibətlərinin ifrat düşmənçiliklə əvəzlənməsi Türkiyədə siyasi hakimiyyətin bir müddətdən sonra oyuncaq hakimiyyətə çevrilməsi ilə nəticələnəcək. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin düyünə düşməsi və Ermənistanın son zamanlar atdığı addımlarla Türkiyəni çıxılmaz vəziyyətə salması prosesləri daha da gərginləşdirəcək. Bunun bədəlini yaşayan isə istər-istəməz Türkiyə olacaq. Necə ki, bu gün Ermənistanın siyasi “blef”lərinin qarşılığında istər Qərb, istərsə də ABŞ Ermənistana yox, Türkiyəyə təzyiqləri artırır. Və sabah sərhədlər açılmasa, bütün dünya “erməni soyqırımı”nı tanımaqla Türkiyənin demokratik imicinə zərbə vuracaq, Ermənistanın maddi təzminat istəməsinə və Türkiyə ərazisinə olan iddiasının rəsmiləşdirilməsinə şərait yaradacaq. Bu isə iflasın başqa formasıdır.

AZƏRBAYCANIN YAŞADIĞI BOŞLUQLAR…

Qarabağ problemində Azərbaycanın artıq təklənməsi, istər Rusiyanın, istərsə də Qərblə ABŞ-ın Azərbaycanı güzəştlərə məcbur etməsi unudulmamalıdır. Bu isə sadəcə olaraq Azərbaycanın yenidən itirilməsi deməkdir. Bu itki ilə razılaşmayan Azərbaycan son nəticədə Ermənistanın timsalında Rusiyanın hərb maşını qarşısında əziləcək, Qərbin və ABŞ-ın siyasi təzyiqlərinə rəğmən isə dünyadan təcrid olunmuş bir bölgəyə çevriləcək. Siyasi hakimiyyətə təzyiqlər yetərli qədər artacaq və Türkiyədəki ssenariyə uyğun olaraq ələbaxan hakimiyyət yaranana qədər siyasi proseslərə kriminal elementlər qarışdırılacaq. Əsas resursu olan neft və qaz Azərbaycanın özü üçün problemə çevriləcək. Bu gün dörd istiqamətdə qaz və neft siyasəti həyata keçirən Azərbaycan sabah istiqamətsiz halda “kompas əqrəblərini” axtarmaqdan başqa yol tapmayacaq.

TƏK ÜMİD…

Bu gün tək ümid labirintin əvvəlindən geriyə qayıtmağadır. Necə ki, Davos forumu zamanı bunun işartıları göründü. Azərbaycan prezidenti bəyan etdi ki, Qarabağ probleminin həlli ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Ermənistan-Türkiyə sərhədləri bu problem həll olunmadan açıla bilməz. Əslində bu bəyanat da zaman-zaman verilən bəyanatların oxşarı idi. Amma onda maraqlı bir ştrix də vardı. İlham Əliyev tək öz mövqeyini ortaya qoymadı, “Türkiyə problem həll olunmadan sərhəddi açmayacaq”- bəyanatı ilə həm də Türkiyənin adından danışdı. Bu bəyanatdan dərhal sonra Türkiyənin baş naziri də eyni mövqeni təkrarladı. Bu isə o demək idi ki, son 6 ay ərzində ilk dəfə olaraq Türkiyə-Azərbaycan müttəfiqliyi yenidən meydana çıxdı. “Bu müttəfiqliyin, yuxarıda sadaladığımız problemləri dəf etməyə gücü çatacaqmı” sualına cavab verə bilməsək də, bu halın yeganə ümid yolu olduğunu demək mümkündür.

SON

“İNCİL”dən SİTAT: “ Biz bənnalar (Masonluq - E.E.) tikilən binada o daşa fikir vermədik. O isə binanın əsas sütununa çevrildi (İsa peyğəmbər nəzərdə tutulur -E.E.). Beləcə, görünməmiş çətinliklər yaşadıq. Amma bizi qarşıda daha böyük zülmlər gözləyir (İslam dininin gəlişi nəzərdə tutulur - E.E.).

SON QEYD: “Tövrat”ın və “İncil”in təhrif olunduğu Quranda əks olunub. Bir sıra Qərb alimləri isə bildirir ki, təhrif olunmuş hər iki kitab əslində Mason və Vatikanın fəaliyyət proqramıdır. Yeri gəlmişkən, “İncil”də yazılan “Bənna” sözü diqqəti çox cəlb edir. Çünki “Bənna” adı Mason təşkilatında ən yüksək məqama çatan insana verilən rütbədir.

Görəsən, Mason təşkilatı “İncil” kitabı yazılmamışdan qabaq var idi?


MÜƏLLİF: Eldəniz ELGÜN

Комментариев нет:

Отправить комментарий