суббота, 19 июня 2010 г.

Tükəzban

Sonya həm rahatlıq yaratmağa, həm yemək bişirməyə, həm də uşaq tərbiyə etməyə qadir qadın tipidir. Sonya teatra can atır, davamlı mütailə edir, az pulla sadə və zövqlə geyinməyi bacarır. Sonya tükəzbanın əbədi və ədəbi düşmənidir. Tükəzbanı özündən çıxardıb, əsəbləşdirmək üçün sonyaları azacıq tərifləmək kifayətdir. Ona görə də tükəzbanlar hər fürsətdə sonyaları pisləməyi, onlara şər atmağı peşə borcu sayırlar. Halbuki, bədbəxtlərin dekabristlərin üsyanlarından xəbərləri yoxdur.

“Sonyalar varkən, tükəzbanları neylərdin ilahi”

Bu misranı iki mənada anlamaq olar:
1.Ötən əsrin əvvəlində pullu və ağıllı kişilər tükəzbanlardan heç bir həzz almağın mümkünsüzlüyünü başa düşərək pulu sonyalara xərcləyirdilər.
2.Birbaşa məna... Yəni, sonyalar varkən tükəzbanlara həyatın heç bir sahəsində ehtiyac yoxdur.
Sonya həm rahatlıq yaratmağa, həm yemək bişirməyə, həm də uşaq tərbiyə etməyə qadir qadın tipidir. Sonya teatra can atır, davamlı mütailə edir, az pulla sadə və zövqlə geyinməyi bacarır. Sonya tükəzbanın əbədi və ədəbi düşmənidir. Tükəzbanı özündən çıxardıb, əsəbləşdirmək üçün sonyaları azacıq tərifləmək kifayətdir. Ona görə də tükəzbanlar hər fürsətdə sonyaları pisləməyi, onlara şər atmağı peşə borcu sayırlar. Halbuki, bədbəxtlərin dekabristlərin üsyanlarından xəbərləri yoxdur. Olsaydı bilərdilər ki, dekabristlərin arvadları nə qədər dözüm, mətanət, sədaqət nümayiş etdiriblər. Əgər tükəzbanlar Ostrovskinin həyatını oxumuş olsaydılar, bilərdilər ki, dünyada sonyalardan sədaqətli, əzmkar qadın tipi yoxdur. Bəziləri bilir. Və bildikləri üçün də sonyalara qarşı nifrət püskürürlər. Onlar bilirlər ki, sonyaların əllərinə su tökməyə belə layiq deyillər.
Savadlı tükəzbanlar
Sadəlöhv olduğum dövrlərdə tükəzbanların savadlanması, mariflənməsinin vacibliyi haqda düşünürdüm. Tükəzbanların haqları-filan haqda məqalələr yazırdım. Bəzi şeylər var ki, nə kinodan, nə də ədəbiyyatdan öyrənmək mümkün deyil. Gərək yaş üstünə yaş gələ. Həyat elə buna görə çox amansızdır. Zaman keçdi və anladım ki, ən qorxulu, ən iyrənc, ən murdar tükəzbanlar ali təhsilli, xarici dil bilən, Avropa gəzmiş tükəzbanlardır. Onlar daha təhlükəlidirlər. N rayonunun N kəndində inək sağan, pomidor əkən tükəzbanla mənim heç bir işim yoxdur. Onlar onsuz da bədbəxtdirlər. Bədbəxtlik doğulanda alınlarına yazılıb. Onların heç bir iddiası yoxdur. Mənim işim müxtəlif idealara sarılaraq, gündəmdən yapışan, sağçı, solçu, qolçu bakirə tükəzbanlarladır. 40 yaşlı bakirə aktrisalarladır.
Evin yıxılsın Molyer. Səni daha başqa cür təhqir etmək mümkün olmazdı. Molyeri adi ölülərdən altı metr dərinlikdə basdırmışdılar. Üstünə də kimyəvi məhlul tökmüşdülər. Ki, birdən ruhu qalxıb adamları zəhərləyər. Amma yenə də Molyer belə təhqir olunmamışdı. Təsəvvür edin: teatr, səhnə və 40 yaşında bakirə aktrisa. Moyem isə ona görə deyirdi: "Səhnənin ətrafında baş verənlər, səhnədə baş verənlərdən daha maraqlıdır".
ZAQS
Tükəzban öz üzərində böyük bir qıfıl gəzdirir. Bu qıfılı kəsmək, sındırmaq mümkün deyil. Qıfılın açarı yoxdur. Əvvəldən olmayıb. Qıfılın üzərində hərflər var. Qıfılı açmaq üçün dörd hərfi ardıcıl yazmaq lazımdır: ZAQS. Bu dörd hərfi yığan kimi qıfıl "şaqq" eləyib, açılaraq yerə düşür. Uzunburun ayaqqabı geyinən, qızıldişli aftoş oğlanlar tükəzbanların dilini yaxşı tapıblar. Ən dikbaş, üç xarici dil bilən, qadın azadlığından danışan tükəzbana ağ gəlinlik paltarı geyindir, toy təşkil et, toya gələnlər gic-gic danışsın və bu ayinlərdən sonra tükəzbanı hansı formada istəyirsən, təhqir et. Söy, döy. Ən dikbaş tükəzban belə, səsini çıxarmayacaq. Çünki tükəzban gəlin paltarı geyməklə tilsimə düşür. Ağıllı adamlar nə etdiklərini bilirlər. Uzunburun ayaqqabı geyənlər və tükəzbanlar bir-birlərinin dillərini yaxşı başa düşürlər, vay bu dili başa düşməyənlərin halına.
ZAQS sözü tükəzban üçün sehirli bir gücə malikdir. Necə ki, nağıllarda xüsusi bir sözü dedikdə divin, cinin ürəyi gedir. Ən dikbaş, özündənrazı tükəzban belə ZAQS sözünün qarşısında əriyir.
Onlarla tükəzban tanıyıram, dünyanın yarısını gəziblər, hələ də bakirədirlər. Onlar bakirə olduqları halda, həm də gecə həyatı keçirməyi, barlarda nazlı-nazlı, qazlı-qazlı pivə içməyi çox ustalıqla bacarırlar. Təsəvvür edin, bir Avropa görünüşlü bakirə tükəzbana tutaq ki, Londonda bir barda ingilis qaqaş yaxınlaşır. Danışırlar, söhbət edirlər, mazaqlaşırlar. Ən son mərhələdə tükəzban "yox" deyir. İngilis qaqaş min variant düşünə bilər, amma bakirəlik əsla ağlına gəlməz. Lap ağlına gəlsə belə, düşünər ki, qız hansısa ciddi təriqətin üzvüdür. Üzr istəyər. Prinsiplərə öz hörmətini bildirər. Bizim üçün bakirə inqilabçılar, bakirə bar sakinləri, bakirə aktrisaların mövcudluğu adiləşib. Bir az dərindən fikirləşənlər üçün bu anlaşılmaz bir şeydir.
Amalım
İndi mən gənc dostlarıma, xüsusən sənətlə məşğul olan gənclərə tükəzbanın nə qədər qorxunc varlıq olduğu haqda məruzələr, monoloqlar söyləyirəm. Tükəzban yaradıcılığın düşmədir. Təbiət tükəzbanı qıcıqlandırmır. Təbiət tükəzbanın qarşısında acizdir. Tükəzban müdrükdür. Tükəzbanı aldatmaq, yoldan çıxarmaq mümkünsüzdür. Tükəzban şeiriyyatın üzünə yüz il bundan əvvəl tüpürüb. Tükəzbanın ən böyük arzusu prokuror arvadı olmaqdır. Tükəzban etnik və mədəni mənsubiyyətə həddən ziyadə sadiqdir. Dovlatov yazır: "Yazıçının arvadında üç şey olmalıdır.
1.Qadın yazıçının qayğısına qalmalıdır;
2.Qadın ərinin istedadına inanmalı və hörmət etməlidir;
3.Qadın yazıçını rahat buraxmalıdır;
Bu üç şeydən heç biri tükəzbanda yoxdur. Tükəzban ən istedadlı, iradəli yaradıcı adamı öz məişət söhbətlərinin bataqlığında asanlıqla boğmağa qadir bir qadın tipidir. Ostrovskinin arvadı iflic, kor bir yazarın qayğısını çəkməklə bərabər, həm də Ostrovskinin ağızdan söylədiklərini yorulmadan vərəqə köçürürdü. Sonya qayğısını çəkdiyi yaradıcı adamın yaradıcılığında öz payını, öz fədakarlığını görməyi bacaran qadın tipidir. Bu hiss tükəzbana tamam yaddır. Ona görə də tükəzbanla ailə qurmuş yazar dostlarıma bədbəxt kimi baxıram. Tükəzban çox istedadların başını yeyib. Ümumiyyətlə, qələminə, fırçasına, sənətinə, istedadına hörmət edən adam tükəzbana ciddi baş qoşmamalıdır. Mən bu fikirləri hər imkan düşdükcə, gənc dostlarıma deyirəm. Qəzet səhifəsinə çıxarılması mümkün olmayan fikirləri həmçinin... Əməl edib, etməyəcəkləri öz işləridir.
Tükəzbandan qorunmağın yolları
Ola bilsin ki, bir tükəzban sizin gözünüzə mərhəmətli, məlahətli, bəlağətli, fərasətli, kəramətli görünsün. Aldanmayın. Tükəzban ağzını büzə-büzə danışmağı, yeməyi çəngəlin ucuyla götürüb, ağzına atmağı bacaran, müxtəlif cəlbedici üsullarla özünü mataha mindirə bilən bir məxluqdur. Yenə də təkrar edirəm, ən iyrənc, ən qorxulu tükəzban ali təhsilli, xarici dilin arxasında gizlənən, Avropa gəzən tükəzbandır. Və elə bir an var ki, dil arxasında gizlənən, yeməyi çəngəlin ucuyla yeyən, ağzını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxır. Həmin an xarici dilin arxasında gizlənən, dodağını büzə-büzə danışan, Avropa gəzmiş tükəzbanın dayandığı nöqtə ilə Cəfər Cabbarlının heykəli arasındakı məsafə asanlıqla yox olur. O zaman, yəni Avropa gəzmiş, dodağını büzə-büzə danışan tükəzbanın əsl sifəti ortaya çıxanda siz Cəfər Cabbarlının heykəlinin ətrafında gəzişənlərə daha çox hörmət etməyə məcbur olacaqsınız. Nədən ki, Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər müxtəlif ideyaları alver predmeti kimi istifadə edərək ortaya heç bir iddia qoymurlar. Cəfər Cabbarlının heykəli ətrafında gəzişənlər dodaqlarını büzə-büzə danışmırlar, xarici dilin arxasında gizlənmirlər. Məsələn, bir tükəzban var. Azərbaycanda liberal, Türkiyədə solçu olmağa qadir bir məxluqatdır. Bir ara qadın hüquqlarından-zadan danışırdı. Cırıq şalvar geyir, məqalələr yazır. Həmin tükəzbana bir-iki cümlə ilə ilişmişdim. Tükəzbanın əsl sifəti açıldı. Ondan belə bir mesaj aldım: "S...r başımdan". Lütfən nöktələrin yerini özünüz doldurun.
Xarici dillə, müxtəlif maneralarla maskalanmış tükəzbanın əsl sifətini açmaq böyük həzzdir. Maneralı tükəzbanın sifəti istənilən məkanda açıla bilər. Bu məkan filarmoniya, konservatoriya, hansısa konfrans zalı, lap elə redaksiya ola bilər.



***
1924-cü ildə Əli Bayramov adına Qadın klubunda müsəlman qadınlarla görüşən Klara Setkin yazır: "Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, müsəlman qadınlarında insanlıq ləyaqəti oyanır". Nə qədər sadəlövh yanaşmadır. Klara Setkin çox tələsik qərar çıxarıb. Ola bilsin ötən əsrin əvvəlində ümumi canlanma Klara Setkini aldadıb. Tükəzbanın heç vaxt ləyaqəti olmayıb.

1924-cü ildə Əli Bayramov adına Qadın klubunda müsəlman qadınlarla görüşən Klara Setkin yazır: "Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, müsəlman qadınlarında insanlıq ləyaqəti oyanır". Nə qədər sadəlövh yanaşmadır. Klara Setkin çox tələsik qərar çıxarıb. Ola bilsin ötən əsrin əvvəlində ümumi canlanma Klara Setkini aldadıb. Tükəzbanın heç vaxt ləyaqəti olmayıb. Yoxdur. Yəqin ki, bu gedişlə olmayacaqdır. Ona görə, bu xalqın seçilmiş və ağıllı kişiləri başqa xalqın nümayəndələrinə üstünlük veriblər. Üzeyir Hacıbəyov, Zərdabi, Ordubadi, Qara Qarayev nə yaxşı ki, tükəzbanlardan uzaq düşməyi bacarıblar.
Heydər Əliyev həqiqətən dahi siyasətçi idi. "Xalq qəzeti"ndə 8 mart qadınlar günü ilə bağlı təbrik nitqində "Qadın insanın dostudur" sözlərini öz gözlərimlə oxumuşam. Özü də bu sözləri səhifənin yuxarısında böyük həriflərlə vermişdilər. Həmin qəzeti saxlamamağı hələ də özümə bağışlaya bilmirəm. O zaman yazı yazıb, "Xalq qəzeti"nin rəhbərliyini qadınlara həqarət etdiyinə görə bərk tənqid etmişdim. Uşaq idim. Hələ heç nəyi dərk etməmişdim. Haradan biləydim ki, dövlət qəzetlərinin başında ciddi, həyatı dərk etmiş, müdrik adamlar dururlar...

Əbülfəz Elçibəy ətrafındakı qadınları "xanım", Heydər Əliyev isə ətrafındakı qadınları "Azərbaycan qadını" adlandırırdı. "Azərbaycan qadını" - bir Allah bilir, bu sözün arxasında nələr yatırmış. Nə niyyətlə deyirmiş bu sözləri.
Tükəzbanın ümumi əlamətləri
Ciddidir. Kədərlidir. Yalanı sevmir. Xəyanəti bağışlamır. Guya romantikdir. Yağış yağanda pəncərədən bayıra baxmağı sevir. Ən pis xasiyyəti ürəyi açıq olması, insanlara tez inanmasıdır. Ən yaxın rəfiqəsi anasıdır.
Ana Tükəzban
Ötən yazıda qeyd etmişdim. Ola bilsin ki, hansısa Tükəzban gözünüzə mərhəmətli, bəlağətli, fərasətli kimi görünsün. Aldanmayın. Tükəzbandan qorunmağın müxtəlif formaları var. Məsələn, siz gözünüzə məlahətli, mərhəmtli görünən tükəzbanı arvadınız kimi təsəvvürünüzdə canladırın. Yaxud Tükəzbanın anasının necə ola biləcəyini düşünün. Əgər bir qram ağlınız varsa ya qorxacaqsınız, ya da iyrənəcəksiniz.
Kədərli Tükəzban
Tükəzbanlar nakam, kədərli sevgi hekayəti quraşdırmaqda mahirdilər. Onların hər birinin ehtiyatda dramatik sevgi hekayətləri var. Tükəzbanlar özlərinin quraşdırdıqları bu hekayətlərə inandırırlar. Əsl mərəkə də bundan sonra başlayır. Belə tükəzbanlar sanki bir qanadı sınmış quş kimi yaşayırlar. Zatən onlar özləri-özlərini belə də adlandırırlar. Tükəzbanın daha bir xüsusiyyəti var. Əgər Tükəzbanın hər hansı məkənla bağlı bir xatirəsi varsa, növbəti sevgilisin də həmin yerə aparıb, kədərli halda dayanır.

Ümumiyyətlə, Tükəzban çox maraqlı, çox qatlı, çox mərhələli bir məxluqatdır. Araşdırılmalıdır bu məxluqat. Onun qara enerjisinin "resepti" mütləq öyrənilməlidir.
Bəzi dostlar ötən yazımın konkret bir Tükəzbana həsr edildiyini sübut etməyə cəhdlər göstərirdilər. Ötən yazıda çox Tükəzbanın təsviri vardı. Sadəcə, dostlar onlardan birini - Azərbaycanda liberal, Türkiyədə solçu olmağı bacaran, hər zaman hadisələrin içində görünməyə can atan Tükəzbanı daha tez tanıdılar. Hərçənd, mən başqa tükəzbanların xarakterini açmaq üçün onu bir tip kimi seçmişdim. Gerçəkdən çox maraqlı araşdırmaya layiq, yazılarında bəzəkli quşlar "buraxan" Tükəzbandır. May ayında Türkiyəyə getmişdi. Rəfiqəsi onu evdən bayıra buraxmamışdı. Çünki, bayırda solçular mitinqə çıxmışdılar. Sən demə, bu Tükəzban da inqilabçıya oxşayırmış.
Nəsə, bu hadisə hələ çox danışılacaq, bu haqda çoxlu dastanlar qoşulacaq. Yox, əgər dostlarım konkret Tükəzban tipi axtarırlarsa, buyursunlar. Bir gombul Tükəzban var. Çox gombuldur. Kifayət qədər populyar kütləvi informasiya vasitələrindən birinin rəhbəridir. Bir dəfə ağılsız vaxtlarımda bu Tükəzbanla mübahisəyə girişdim. Əli Əkbər də həmçinin. Tükəzban mübahisəni uduzdu. Ən pis Tükəzban oxumuş, gəzmiş, xarici dil bilən Tükəzbandır. Nə isə, mübahisədə uduzmuş Tükəzban heç cürə məğlubiyyətini qəbul edə bilmirdi. Uduzmağını rüsvayçılıq kimi qəbul edirdi. Təsəvvüredilməz vəziyyətə düşmüşdür. Axı, bütün Tükəzbanlar kimi, onun da iddiası yorğanına görə deyil. Ümumiyyətlə, iki kitab oxuyan Tükəzban ən dözülməz Tükəzbandır. Bu, özünü bizimlə mübahisədə uduzmuş Tükəzbanın simasında da təsdiqlənib. Həmin vaxtı əsl simasını açan Tükəzban özünəməxsus çıxış yolu tapdı. Bizimlə ingilis dilində danışmağa başladı. Ayağa qalxdı. Və dedi: "Əgər siz ingilis dilini bilirsinizsə, mübahisəni davam etdirək, bilmirsinizsə, mən gedirəm". Tükəzban getdi. Hadisənin başqa şahidi var. Elmir Mirzoyev.
Həyat çox qəribədir. Az keçməmiş ingilis dilində danışmasıyla fəxr edən İlham Əliyev gombul Tükəzbanın rəhbərlik etdiyi radionu bağladı. Doğrusu, buna sevindim. Yaxşı, Tükəzban mübahisəni uduzanda ingilis dilində danışmasıyla guya çıxış yolu tapdı, bəs radio bağlananda bu ingilis dili niyə kara gəlmədi?
Son
Hansı iddiaya düşməsindən asılı olmayaraq, Tükəzban gəlir - çıxarını çox gözəl bilir. Biz qoca bir Tükəzbanı danışdırsaq, o, mütləq deyəcək. Ki, 16 yaşında məni bir oğlan istəyirdi, görəsən ona ərə getsəydim, necə olardı. Mən bunları yaxşı tanıyıram. Ona görə gənc dostlarıma Tükəzbanın necə iyrənc, necə ürəkbulandıran məxluqat olduqları haqda məruzılır söyləyirəm. Onları Tükəzbandan uzaq qaçmağa, əsla Tükəzbana baş qoşmamağa çağırıram. Müxtəlif əhvalatlar danışıram. Fikrimi əsaslandırmağa çalışıram. Bu, azdır. Paralel olaraq, evli dostlarıma Tükəzbanın neçə məxluqat olduğunu tez-tez xatırladıram. Tükəzbanla həyatın heç bir sahəsində rahatlıq tapmağın mümkün olmadığını tez-tez vurğulayıram. Zatən, onlar bunu gözəl anlayırlar. Sadəcə ağılsız vaxtlarında buraxdıqları səhvi düzəltməyə çalışırlar. Əlbəttə, onlar bilmirlər ki, Tükəzban istedadın düşmənidir. Tükəzban həyatı məhv etməkdən, mənasızlaşdırmaqdan savayı heç nəyə yaramır. Bunu bilirlər, üstəlik, mənim aramsız monoloqlarım öz təsirini göstərir. Məhz buna görə iki adam Tükəzbandan yaxa qurtarmağı bacarıb. Üçüncüsü isə tərəddüt edir. Tükəzbanın nifrətini qazanmaq çox böyük sevincdir.
Üç kitabın, yüzlərlə məqalənin müəllifiyəm. Müxtəlif müsabiqələrdə mükafatlar almışam. İki ailəni dağıtmaq bahasına olsa da, iki insanı iki Tükəzbanın cəngindən qurtarmaq, fikirimcə, həyatda qazandığım ən böyük uğrumdur...

MÜƏLLİF: Seymur BAYCAN

Комментариев нет:

Отправить комментарий