Uşaq vaxtı ən böyük istəyim tezliklə böyüyb məktəbə getmək, sonra ali məktəbə qəbul olmaq idi.
Artıq zaman keçdi orta məktəbin sonlarında fikrimi dəyişməyə başladım. Gözəl olum, hər kəsi özümə cəlb edim, bir sözlə daimi diqqət mərkəzində qalım. O zamanlar təbii ki, uşaq ağlı ilə düşünürdüm. Axı mən hardan bilərdim ki, zamanında istədiyim diqqətlər vaxt gələcək bu qədər mənasız olacaq. Zamanla istəklərim reallaşdı. Ancaq indi dərk edirəm ki,çox iyrənc istəkmiş. Bu gün metroya düşəndə əksər kişilərin necə ac qurd kimi baxmaları adamı tamamilə nevroz həddinə çatdırır. Kimi həyasızcasına, kimi görməmişcəsinə, kimi guya öz aləmində ehtiraslı baxışlarla adamı lap hövsələdən çıxarır. Jeleli saç, bəzəkli cins şalvar, saxta “Emporio Armani” gödəkçələr…Özlərini super hesab edirlər. Əgər bunların heç biri yox, ciblərində sadəcə bahalı, gözəgəlimli telefon varsa, hesab edirlər ki, istədikləri hər şeyə çatacaqlar. Ağızlarını açanda isə söz yox, sanki şorba tökülür. Peşman olursan ki, dayanacaqda marşrut gözləyəsən. Ətraf 5 dəqiqə ərzində sərgi salonuna dönür. Düşünürəm ki, bütün bunlar cinsi aclıqdan irəli gəlir. Elələri var ki, öz ana bacısını tanımayıb arxadan söz atanlardır.
Küçədə yolda qadın görəndə çoxları ona müştəri gözü ilə baxırlar. Yol keçəndə güya hörmət naminə yol verirlər. Halbuki, yolu ona görə verirlər ki, qadın keçəndə bir neçə dəqiqəlik olsada onu arxadan süzsünlər. Gənclərdə demək olar ki, vəhşiləşmə gedir. Vaxt var idi liderlər gənclərlə hakimiyyət devirir, çevrilişlər edirdilər. Ancaq bu günkü gənclərlə çətin ki, bir iş görmək olsun. Əksər qızlarımız düşünür ki, unversitetə qəbul olan kimi birini tapıb ərə getsin. Əks halda ikinci, üçüncü kursdan sonraya qalsa çox pis şeylər ola bilər. Məsələn, “qonşular mənim haqqımda nə düşünər əgər ailə qurmasam? Rəfiqələrim birdən gedər mən qalaram, bəs onda mənim haqqımda nə düşünər qohumlarım?” Bir müddət keçir. Qız birini tapıb ailə həyatı qurmağa hazırlaşır. Nişan zamanı qız üzük seçmək haqqında çoxlu götür qoy edir. Təbii ki, anası da öz məsləhətlərin əsirgəmir, “qızım gərək elə üzük aldırasan ki, xalan, bibin baxanda çatlasın”. Qızın isə öz planları var. Düşünür ki, “mən elə üzük almalıyam ki, qrup yoldaşlarım heyran qalsın. Əgər üzük çox yox, azacıq ucuz olsa bəs mənim haqqımda nə düşünərlər?” Bu proses bu cür davam edir. Heç vaxt düşünmürük ki, ailə həyatı qurmağa hazırıq? Öz həyatımızı düşünmək əvəzinə onun maddi tərəflərin düşünürük, kimlərinsə haqqımızda nə düşünəcəyini düşünürük. Budur bizim bədbəxçiliyimiz.
Yaşadığımız zaman ərzində ən azı bir dəfə də olsun özümüzü düşünüb hərəkət etmirik. Hər dəfə bir iş görəndə düşünürük ki, bunu belə etsəm adamlar mənim haqqımda nə düşünər? Elə olmasa kimlərsə mənə yaxşı baxmaz axı. Budur bizim gəncliyimiz. Böyüklərimiz, cəmiyyətimiz, lazımsız ortamımız nə əkirsə bizdə onu biçirik. Keçmişimizə və gələcəyimizə baxaq. Ən azı bir dəfə özümüz üçün yaşayaq. Kimlərinsə haqqımızda nə düşünməsinə baxmadan komplekssiz bir həyata nə deyirsiniz?
MÜƏLLİF: Türkay
Комментариев нет:
Отправить комментарий