Dovlatov ən məşhur, ən mükəmməl əsərini arvadına ithaf etmişdi. "Zapovednik" əsərinin girişində belə yazılıb: "Haqlı çıxan arvadıma ithaf edirəm". O vaxtlar hamı Dovlatovu avara, səfil, əyyaş, heç bir yerdə işləyə bilməyən adam kimi tanıyırdı. Dovlatovu çap etmirdilər. Onun üslubuna şübhəylə yanaşırdılar. Dovlatovun üslubu, seçdiyi mövzular ədəbiyyat aləmində qeyri-ciddi qəbul olunurdu. Çox təəssüf ki, Dovlatovun arvadı da belə düşünürdü. Qadın Dovlatovu ədəbiyyatı atmağa, maaşlı bir yerdə işləməyə səsləyirdi. Dovlatov məşhur "Zapovednik" əsərində öz uğursuzluğu haqda yazıb. Əsər isə məşhurluq qazandı. Beləliklə, zaman Dovlatovun haqlı olan arvadını haqsız çıxartdı. Dovlatov dəhşətli dərəcədə içirdi. Bir yerdə işləyə bilmirdi. Bu ucaboy, nəhəng adam həddən ziyadə tənbəl idi. Ərindiyindən başını üç aydan bir qırxdırırdı. Əyin-başına fikir vermirdi. Dovlatov işgüzar, aktiv insanları başa düşə bilmirdi. O, yazırdı: "Mən dağa dırmaşan, marka yığan adamları başa düşə bilmirəm". Bu mənada Dovlatov Qonçarovun məşhur Oblomovuna bənzəyirdi. Tənbəl və ərincək. Hər bir iş onu əsəbləşdirirdi. Məhz buna görə bir yerdə işləyə bilmirdi. Ucaboy olduğu üçün onu redaksiyadan yas mərasimlərindən reportaj yazmağa göndərirdilər. O içirdi. Onu işdən qovurdular. Dovlatov inşaatda işləyirdi. Orda da bir hoqqa çıxarırdı. Onu yenə işdən qovurdular.
Dovlatov Ufada anadan olmuşdu. Bəlkə də bu səbəbdən bəzi şit, savadsız adamlar Dovlatovun soyadını Dövlətov kimi yazırlar. Dovlatovun tatar, başqırd olduğunu düşünürlər. Gülməlidir. Dovlatovun anası erməni idi. Atası isə yəhudi. Ufada doğulub, Amerikada vəfat etdi. Qəribə insandır. Dovlatov rus ədəbiyyatının klassiki sayılır. Onun əsərləri su kimi asan içilir, amma asan oxunan bu əsərlər oxucunu haldan-hala salır. Dovlatovun nəsri güldürür, ağladır, düşündürür, depressiyaya salır, bəzən insanı həyata səsləyir, bəzən isə insanın ümidlərini asanlıqla öldürür. Xüsusən "Çemodan" əsərində Dovlatov bir yazıçı kimi necə yüksək texnikaya malik olduğunu tam nümayiş etdirə bilib. Həmin əsərdə Dovlatov sözləri kərpic kimi səliqəylə düzüb. Bu pinti, avara, içən adamın öz yaradıcılığına qarşı diqqətlə davranması çox təəccüblüdür. İlk baxışdan Dovlatovun nəsri adama bir az səliqəsiz görünür. Əslində isə Dovlatov çox səliqəli, həddən ziyadə sözlə ehtiyatla davranan yazıçıdır. Bəli, Amerikaya köçən Dovlatov özüylə bir çemodan aparır. Dovlatov çemodana yığdığı geyim əşyaları haqda hekayələr yazır. Həmin geyim əşyalarının arasında məşhur kommunist rəssam Fernan Lejenin gödəkçəsi də vardı. Dovlatov kommunist rəssamın bu sözünü çox sevirdi: "Renuar hiss etdiyi kimi çəkir. Mən isə başa düşdüyüm kimi çəkirəm". Geyim əşyaları haqda yazılmış hekayələri birləşdirən qırmızı xəttin adı çemodan idi. Həmin əşyalar Dovlatovun Amerikaya apardığı çemodanın içindən çıxmışdı. Beləliklə, Dovlatov hekayələr toplusunu asanlıqla romana çevirərək əsərə "Çemodan" adı verdi.
Dovlatovun demək olar ki, bütün əsərlərinin qəhrəmanı özüdür. O, özünü yazırdı. İçməyini, pintiliyini, tənbəlliyini, uğursuzluğunu... O, birinci şəxsin dilindən yazırdı. Onun əsərlərini oxuyanda bir şeyi dəqiq müəyyən etmək olmur. Müəyyən etmək olmur ki, Dovlatov öz uğursuzluğu ilə barışmışdı, yoxsa biclik edərək öz uğursuzluğunu da artıq ədəbiyyat mövzusuna çevirmişdi. Məsələn, Eduard Limonov belə bir bicliyə əl atıb. Limonovun ən məşhur əsərlərindən biri "Uğursuz adamın gündəliyi" adlanır. Bu əsərin adı Qorkinin "Gərəksiz adamın gündəliyi" əsərinin adına bənzəsə də, mövzular başqadır. Limonov həmin əsərdə birinci şəxsin dilindən öz uğursuzluğunu, heç kəsə lazım olmadığını yazmışdı. Amerikada yaşayan Limonov bütün günü ətrafına qarğışlar, lənətlər yağdırır, hamını söyürdü. Limonovdan fərqli olaraq, Dovlatov açıq-saçıq səhnələrə, söyüşlərə bir o qədər də meyl etmir. Alman əsilli Amerika yazıçısı Henri Miller də öz uğursuzluğunu əsərlərinin mövzusuna çevirə bilmişdi. Henri Miller demək olar ki, bütün əsərlərində heç nə yaza bilmədiyindən bəhs edir. Miller də birinci şəxsin dilindən yazırdı. Millerin də əsərləri çox asan oxunur. Miller də oxucunu haldan-hala salır. Milleri də çap etmirdilər. 1960-cı ilə qədər Amerikada Millerin əsərlərinin çapına qadağa qoyulmuşdu. Qadınlar Millerə nifrət edirdilər. Ona dinclik vermirdilər. Buna baxmayaraq, Henri Miller beş dəfə rəsmi evlənmişdi. Sonuncu arvadı özündən 24 yaş balaca idi. Miller Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini çox sevirdi. Ümumiyyətlə, rus nəsrinə böyük qiymət verirdi. Birinci şəxsin dilindən yazan Miller deyirdi: "Mənim həyatım iki yerə bölünür. Dostoyevskiyə qədər və Dostoyevskidən sonra". Limonovu, Henri Milleri, Dovlatovu birləşdirən xəttin adına "asan oxunan yazıçılar" deyə bilərik. Lakin burda Somerset Moemin bir sözünü xatırlamaq yerinə düşür: "Əsərin asan oxunması o demək deyil ki, əsər çox asanlıqla yazılıb".
Nə qədər dağıdıcı görünsələr də, söyüşlər yazsalar da, yuxarıda adlarını çəkdiyim yazıçılar romantik idilər. Onlar öz hisslərindən utanmırdılar. Məsələn, Limonov uğursuz adamın gündəliyi" əsərində yazır: "Mətbəxin pəncərəsindən yağan qara baxıb şiddətlə ağladım". Bu cümləni yazan Limonov açıq-saçıq səhnələr yazan, söyüşdən gen-bol istifadə edən Limonova əsla bənzəmir. Bu həmin Limonovdur ki, Puşkini "kalendar şairi" adlandırmışdı. Dovlatov da öz hisslərindən utanmırdı. O, özü haqda bacardıqca açıq yazırdı. Öz tənbəlliyindən, pintiliyindən, avaralanmasından, içməyindən utanmırdı. Dovlatov bir az Oblomova oxşayırdı. Heç bir iş görmək istəmirdi. Hətta zahiri xoşbəxtlik üçün onun hər bir şeyi var idi. Amma o darıxırdı. Bir yerdə dayana bilmirdi. Dalaşırdı. Başına min oyun gəlirdi. O, daima gərginlikdə idi. Rahat oturmağı bacarmırdı. Dovlatov sanki Rudinin, Oblomovun, Peçorinin birləşməsindən yaranmış bir insan idi. Dovlatov bir az da Çexovun məşhur İvan Dimitriçinə oxşayırdı. İvan Dimitriç "6 nömrəli palata"da yatırdı. Dovlatov isə "zon"da yatdı.
XXX
Rus nəsrinin ortasından keçən qırmızı xəttin adı insandır. Heç bir xalqın ədəbiyyatında rus nəsrində olduğu qədər xarakter bolluğu yoxdur. Qonçarov dünya ədəbiyyatında o qədər önəmli yer tutmasa da, onun yaratdığı xarakteri, Oblomovu çətin başqa bir xalqın yazıçısı yarada bilərdi. Bu təlatümlü, insanın yanında olan ədəbiyyat heç vaxt rus xalqına rahatlıq verməyəcək. Daima Rusiyanın sakitliyini pozacaq. Necə ki, qəfildən peyda olan Bazarov karsanovların rahatlığını əbədi olaraq pozur. Zahiri xoşbəxtlik üçün əllərində hər cür imkan olan, rahat yaşaya biləcəkləri halda rahat yaşaya bilməyən, başqalarının da rahatlığını pozan xarakterləri başa düşmək üçün yalnız və yalnız o xarakterlərlə ruhən qohum olmaq lazımdır. Əks halda siz yalnız yazıçıların təsvirlərindən, texnikasından zövq almaqla kifayətlənəcəksiniz. Lap bu yaxınlara qədər bütün çətinliklərə baxmayaraq, bir çox yazıçıların yazmağının səbəbini güclü iradədə görürdüm. Hər şey sənin əleyhinədir. Rahatlığın yoxdur. Hətta zahiri xoşbəxtlik üçün bütün əlamətlər olsa belə, sən özün necə bədbəxt, gərgin olduğunu anlayırsan. Çünki insanı özündən yaxşı heç kim tanıya bilməz. Sən özün nə qədər cəsarətli, səxavətli, xəsis, ürəyiaçıq, qəlbiqara, xəsis, paxıl olduğunu sona qədər bilirsən. Sonra başa düşdüm ki, bütün çətinliklərə baxmayaraq, yazıçıları yazmağa vadar edən güclü iradə deyil, böhranlı vəziyyətin informasiyasını başqa qohum ruhlara ötürmək yanğısı idi. Yalnız bu yanğı kor, iflic, yataq xəstəsi Ostrovskini yazmağa vadar edə bilərdi. Yalnız bu yanğı Millerə, Dovlatova "yaz" deyirdi. Çünki onlar da öz qohum ruhlarını tapmışdılar. Maddi vəziyyətləri nə qədər acınacaqlı olsa da, Turgenev də Dovlatov kimi bir yerdə dayana bilmirdi. Dovlatov bu gərginliyini damarlarında köçəri qanının axmasıyla bir az əlaqələndirirdi. Turgenev deyirdi: "Bəlkə də mənim heç yerdə rahatlıq tapa bilməməyimin səbəbi damarlarımda axan köçəri qanıdır". Ölümündən beş gün əvvəl Turgenev intihar etmək üçün (səhv etmirəmsə Mopassandan) tapança istəmişdi. Dovlatov bir az Rudinə, Turgenevin məşhur qəhrəmanına bənzəyirdi. Rudin Parisdə, barrikadada öldü. Dovlatov isə Amerikada vəfat etdi. Rudin Oblomova, Peçorinə, İvan Dimitriçə nisbətən daha savadlı idi. Çünki Turgenev fəlsəfə fakültəsini bitirmişdi.
Gəncliyin manifesti
Mənə görə, Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsəri gəncliyin manifestidir. Yuxarıda da qeyd etdiyim kimi, Henri Miller "Zəmanəmizin qəhrəmanı" əsərini çox sevirdi. Həmin əsərdə Lermontov Peçorinin dilindən yazır: "Başqalarının bədbəxtliyinə səbəb olanda özüm də onlardan az bədbəxt olmuram". Miller qadınlarla çox kobud davranırdı. Qadınlara seksual tələbatı ödəmək üçün bir vasitə kimi baxırdı. Başqa heç nə. Lermontovun da qadınlara münasibəti birmənalı deyildi.
Bir göz gördüm. Ah, gözlər, nə gözlər...
Bu misraları yazan Lermontov elə "Zəmanəmizin qəhrəmanı" əsərində Peçorinin dilindən tamam başqa şeylər yazır: "Bəzi axmaq qadınlar şairlərin onları mələk adlandırmasına ürəkdən inanıblar. Amma onlar unudublar ki, şairlər xeyli yelbeyin şahları pulla tərifləyib dahi səviyyəsinə qaldırmışdılar". Bir sözlə, aldanma şair sözünə, əlbət yalandır,- məsələsi.
Henri Miller adamlarla sərt davrandıqda, onların hissləri ilə oynadıqda böyük əzablar çəkirdi. Lakin yenə də öz əməllərinə davam edirdi. Sanki o, başqalarının azad yaşaması, necə azad yaşamağı başqalarına göstərmək üçün öz iradəsinin əleyhinə gedərək istəmədiyi işləri görürdü. Bəlkə də onun naturası belə idi. Məsələn, yaxın tanışının anası vəfat edir. Heç kimi olmayan bu adam Henri Millerden ona kömək etməyi xahiş edir. Miller vağzalda tabutu evə gətirməkdə tanışına kömək edəcəyinə söz verir. Henri onun şəhərdə tanıdığı yeganə adam idi. Amma Henri Miller tanışına kömək etmək əvəzinə eşqbazlığa gedir. Bu da azmış kimi sevgi prosesini uzatmaq üçün tez-tez tabutu xatırlayır. Beləliklə, sevgi prosesini xeyli uzatmağa müyəssər olur. Təbii, bu, qəddarlıqdır. Miller bu qəddarlığından zövq almır, əzab çəkir.
Henri Miller, Limonov, Dovlatov lazım olduğundan da azad olmaq istəyirdilər. Heç harda işləmək istəmirdilər. Dovlatov deyirdi: "Yazıçı necə yazmaqdan başqa 30 yaşına qədər bütün problemlərini həll etməlidir". Amma məsələ ondadır ki, Dovlatov necə yazmaq problemini həll etmişdi. Necə çap olunmaq problemini isə həll edə bilmirdi. Herni Miller deyirdi: "Mənə bir masa, bir yazı makinası lazımdır. Başqa heç nə". Miller bir masa, bir yazı makinası problemini həll edə bilmirdi. Ən yaxşı halda kirayədə yaşayırdı. Hər gecə bir yerdə yatırdı. Özü haqqında deyirdi: "Mən yazmağı və içməyi bacarıram. Mənim ətrafımdakı insanların hamısı uğursuzlardır. Uğur qazanmışlar isə mənim üçün maraqsızdırlar".
Qəribə bir hadisəni sizinlə bölüşmək istəyirəm. Henri Miller o vaxtlar artıq tanınmış Knut Hamsuna məktub yazaraq, əsərlərinin çap olunmasını Norveç yazıçısından xahiş edir. Çünki Milleri heç kim çap etmirdi. Knut Hamsun isə öz növbəsində cavab məktubunda Henri Millerdən əsərlərinin Amerikada çap olunmasına kömək etməyi xahiş edir. Miller Knut Hamsunun məktubunu oxuyanda şoka düşür.
Çap olunmamasına baxmayaraq, Miller yazıçılıq iddiasından əl çəkmir. Onun dirənişi öz sözünü deyir. Herni Miller XX əsrin ən böyük, qalmaqallı yazıçılarından birinə çevrilir. Ömrünün sonuna kimi Miller öz azadlığına sadiq qaldı. O, bir dəfə özünə belə sul vermişdi: "Nəyimə lazımdır bu azadlıq mənim?". Bu sual Peçorinin sualı idi. Gəlin görək Lermontov "Zəmanəmizin qəhrəmanı" əsərində nə yazır: "Mən duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim. Mənim qəlbimin ümidsizliyi tapança gülləsi ilə müalicə edilən ümidsizlik deyil. Bu, mehribanlıq və yaxşı təbəssümlə pərdələnmiş, soyuq, gücsüz bir ümidsizlikdir. Mənim kədərimə şərik olmağı sizdən rica etmirəm. Mənim hərəkətim sizə gülünc görünürsə, gülün. Bunun məni kədərləndirməyəcəyini sizə əvvəlcədən xəbər verirəm. Bəzi adamlar var ki, onların kədəri də məzəlidir. Mənim məhəbbətim kimsəyə bəxtiyarlıq gətirmədi. Mən özüm üçün, öz zövqüm üçün sevirdim. Onların hisslərini, sevinc və iztirablarını udarkən qəlbimin qəribə bir ehtiyacını təmin edirdim. Evlənmək sözü mənim üzərimdə sehrli bir hakimiyyətə malikdir. Bir qadını nə qədər şiddətli ehtirasla sevsəm belə, onu almalı olduğumu mənə hiss etdirən kimi, əlvida məhəbbət! Mənim qəlbim daşa dönür. Mən evlənməkdən başqa hər cür fədakarlığa hazıram. Həyatımı 20 dəfə təhlükəyə ataram. Lakin azadlığımı satmaram. Nədən ötrü? Bu azadlıq mənim nəyimə lazımdır?"
MÜƏLLİF: Seymur BAYCAN
Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda doctorigbinovia93@gmail.com və ya whatsapp-a +2348144480786 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ya viber-də +2348144480786 nömrəli ünvana müraciət edə bilərsiz və bu da sizdən alınacaq .....
ОтветитьУдалить