Hitlerin 1940-cı illərdə Türkiyə Cümhuriyyətini devirərək, yerində öz istədiyi formada dövlət qurmaq üçün hazırladığı planlar 70 ildən sonra ortalığa çıxarılıb.
Araşdırmaçı-yazar Özdenin İngiltərə arxivlərində "çox gizli" dərkənarı ilə saxlanan sənədlərə vasvasılıqla baxması tarixə işıq salıb. Alman kəşfiyyatı tərəfindən hazırlanan sənədlərə görə, başında Hitler olan Almaniya, Cumhuriyyət rəhbəri İsmət İnönü və Türkiyə hökumətinin siyasətlərindən bir xeyli narahat imiş. Azadlıq mübarizəsindən qalib çıxan və yavaş-yavaş ayağa qalxmağa başlayan Türkiyə Cümhuriyyətinin məhvi üçün Almaniya plan hazırlayıbmış. Bunun üçün Türkiyənin İkinci Dünya müharibəsinə qatılmaq istəməyən rəhbəri İsmət İnönünün 1941-ci ilin öldürülməsi lazım imiş. İnönünün öldürülməsindən sonra Cumhuriyyət rejiminin asanlıqla devriləcəyini düşünən Almaniya rəhbərliyi, özləriylə tam razılıq halında işləyəcəyinə inandığı sultanlığı geri gətirməyi planlaşdırırmış. Sözügedən sənəddə, Almaniyanın Türkiyə səfiri Von Papenin, səltənətin başına Misirdə sürgündə yaşayan Osmanlı şahzadəsi Ömər Faruk Əfəndini gətirmək istədiyi aydın olur. Sənədlərdə, Almaniyanın Türkiyənin Osmanlıdan bu yana əlaqə içində olduğu bölgə ölkələrinin dəstəyini aldığı məlumatları da yer alır.
Plana görə İran, Əfqanıstan, Ərəbistan və İraq hökumətlərinin mövzu haqqında məlumatlandırıldığı və plana qarşı çıxmadıqları da ifadə edilir. Misir kralı Faruka da, məsləhətçiləri tərəfindən baş verəcək hadisələr qarşısında səssiz qalmasının tövsiyə edildiyi məlumatları da sənədlərdə mövcuddur. Atası son Osmanlı xəlifəsi II Əbdülməcid, anası isə Şahsuvar Başkadın Əfəndi idi. Məktəbi-Sultaniyə (Qalatasaray Liseyi) oxudu, arından Almaniyada Potsdam Hərbi Akademiyasını bitirdi. Birinci Dünya müharibəsində Verdin cəbhəsində döyüşdü. Türkiyəyə döndükdən sonra əmisi oğlu Vahdeddinin qızı Sabiha Sultan ilə evləndi və bu evlilikdən Neslişah, Hanzade və Necla Sultan doğuldu. 1919-cu ildə 21 yaşındaykən "Fənərbaxça" klubunun başçısı oldu. 4 mart 1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin xilafəti ləğv etməsiylə Osmanlı xanədanı üzvü olaraq ölkədən çıxarıldı. 45 il sürgündə yaşadı. Bir daha Türkiyəyə dönə bilmədi. 28 mart 1969-cu ildə Qahirədə vəfat etdi. Ancaq ölümündən 5 il sonra, Osmanlı xanədanının üzvü olan şəxslərin ölkəyə dönmələrinə icazə verildi. İllər sonra hökumətin səssizcə nəql edilməsi şərtiylə verdiyi xüsusi bir icazəylə qəbri Türkiyəyə gətirildi və 10 mart 1977-ci ildə Cağaloğlundakı II Mahmud Türbəsinə dəfn edildi.
Sənədlərdə bu keçid müddətini sürətləndirmək üçün Almanların dövrün Türk Silahlı Qüvvələrini də plana daxil etdikləri diqqət çəkir. Çünki Türk Silahlı Qüvvələrində vəzifəli olan və Almaniyada hərbi təhsil almış bir çox zabitin də plana verdiyi dəstəkdən bəhs edilir. Hitlerlə olan yaxınlığı hər kəs tərəfindən bilinən Von Papenin bu planında sürgündəki Osmanlı xanədanı Ömər Faruk Osmanoğlu ilə görüşüb təklifini təqdim edib-etmədiyi isə göstərilmir.
MÜƏLLİF: Cavad TURAN
Комментариев нет:
Отправить комментарий